DİM 2 milyonluq iddia qaldırıb

07/06/2019 [19:44] - Gündəm (76)



Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qanunsuz yolla “pirat” dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “Abituriyent” jurnalının nümayəndəsi bildirib ki, təqsirlənidirilən şəxslərin cinayət əməlləri nəticəsində “Abituriyent” jurnalına milyonlarla manat zərər dəyib. O, təqsirləndirilən şəxslərin hər birinə qarşı 1 milyon manatlıq iddia qaldırıb və məhkəmə istintaqı dövründə məbləğin artırılacağını da istisna etməyib.

Müdafiə tərəfinin etirazına baxmayaraq, məhkəmə mülki iddianı icraata qəbul edib. Təqsirləndirilən şəxslərin əmlaklarının üzərinə həbs qoyulması ilə bağlı zərərçəkmiş tərəfin nümayəndəsinin vəsatəti isə təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

İttihama görə, Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edilib, orijinal nəşrlərin nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda Türkiyədə nəşr olunaraq Azərbaycana gətirilib. Bundan başqa, həmin vəsaitlər gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilib və respublika ərazisində satışa çıxarılıb.

Dəstə üzvləri Şahmar Abdullayevə, Şirzad Abdullayevə, F.Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X. Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
İyulun 21-ə hava proqnozu
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
İnzibati-İqtisad Məhkəmələri ləğv edilib, yeni məhkəmələr yaradılıb - siyahı
Azərbaycan voleybolçuları Rusiyaya uduzub
Xəbər lenti
21/07/2019 [22:48]:
“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub
21/07/2019 [21:09]:
İyulun 22-ə hava proqnozu
21/07/2019 [19:37]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
21/07/2019 [17:59]:
Erməni əsgərin postda meyiti tapılıb
21/07/2019 [16:18]:
Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər
21/07/2019 [14:43]:
Britaniya İrana qarşı sanksiyalar hazırlayır
21/07/2019 [13:36]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
21/07/2019 [11:47]:
İstanbulda əməliyyat: 217 nəfər saxlanıldı
21/07/2019 [10:21]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
20/07/2019 [23:24]:
İyulun 21-ə hava proqnozu
20/07/2019 [23:15]:
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
20/07/2019 [23:13]:
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20/07/2019 [22:37]:
ADA Universitetinə qəbul qaydaları dəyişdi
20/07/2019 [20:58]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [19:53]:
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
20/07/2019 [19:26]:
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20/07/2019 [19:13]:
Universiada qaliblərini mükafatlandırıldı
20/07/2019 [18:16]:
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20/07/2019 [17:54]:
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatıb
20/07/2019 [16:12]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
20/07/2019 [14:47]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [13:28]:
Azərbaycanda qızıl bahalaşıb
20/07/2019 [11:49]:
Elmar Məmmədyarov Çinin Azərbaycandakı yeni səfirini qəbul edib
20/07/2019 [10:33]:
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi müəyyənləşdi
19/07/2019 [23:40]:
Ali Məhkəmənin cinayət kollegiyası hərbi işlərə də baxacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
İmişlidə məktəb daxmada yerləşir - fotolar
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
İnvestisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid - təhlil
"Keşikçi dağ"-da Azərbaycanın sərhəd naryadına qarşı insident törədilib - yenilənib
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil
Vətəndaş mədəniyyətinin təbliği - layihə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin