Prezident: Turizm dünya iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır

07/06/2019 [17:58] - Siyasət (90)



“Artıq ayrıca sənaye sahəsinə çevrilmiş olan turizm sektoru hazırda dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanı onun təbii sərvətləri və rəngarəng coğrafi landşaftı, zəngin mədəni irsi və yenilənmiş infrastrukturu turizm baxımından cəlbedici edir. Bu mədəni və ekoloji turizm potensialı nəzərə alınaraq respublikamızda turizm sektorunun inkişafı ən prioritet hədəflərdən biri elan edilmişdir. Məqsəd təbiət abidələrimizi və xalqımızın böyük keçmişinin izini yaşadan qədim mədəniyyət yadigarlarını geniş miqyasda tanıtmaqdır”.

APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda bildirilib.

Məktubda qeyd edilir ki, müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülüb: “Yaşayış yerlərinin mühəndislik və nəqliyyat infrastrukturu modernləşdirilib, yüksək səviyyəli otellər və neçə-neçə sosial obyekt inşa edilib. Bu işlərin uğurla gerçəkləşdirilməsi memarlarımızın fəaliyyəti ilə sıx əlaqəlidir. Onlar ölkəmizdə mədəni özünəməxsusluğun qorunub saxlanması və əcdadlardan qalma mirasın gələcək nəsillərə layiqli şəkildə çatdırılması naminə var qüvvələri ilə çalışırlar. Son illər memarlarımızın xüsusən tarixi şəhərlər və kütləvi turizm arasında ahəngdarlığın təmin edilməsi üçün Beynəlxalq Memarlar İttifaqı ilə münasibətləri zəminində göstərdiyi təşəbbüs və atdığı addımlar təqdirəlayiqdir.

Hörmətli forum iştirakçıları!

Sizi ölkəmizin paytaxtında “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun öz işinə başlaması münasibətilə səmimi təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Biz ilk mötəbər forumunuzun unikal memarlıq abidələri və eyni zamanda, modern üslublu binalarla zəngin, təkrarsız görkəmə malik Bakı şəhərində təşkilini yüksək qiymətləndiririk. Bu, şəhərsalma və memarlığı özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür. Turizmin müasir problemləri, o cümlədən dövrümüzün reallıqları ilə yaxından səsləşən kütləvi turizm fenomeni ətrafında müzakirələrin məhz belə tarixi məkanda aparılması forumunuza aktuallıq qazandırır.

Ümidvaram ki, forum çərçivəsində memarların tarixi yerlərdə kütləvi turizmin idarə olunmasında roluna dair aparacağınız diskussiya və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər turizmin aktual məsələlərinin həllinə öz töhfəsini verəcək, həmçinin əməkdaşlığınızın daha da dərinləşməsi və yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət edəcək”.
Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
Mərkəzi Bankın şübhəli tenderi
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
"Volvo" 500 min avtomobilini geri çağırır
Erməni əsgərin postda meyiti tapılıb
Xəbər lenti
22/07/2019 [10:27]:
Gürcüstanda erməni kilsəsi qarət olunub
22/07/2019 [01:27]:
Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
22/07/2019 [01:01]:
Mərkəzi Bankın şübhəli tenderi
22/07/2019 [00:00]:
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21/07/2019 [23:56]:
"Volvo" 500 min avtomobilini geri çağırır
21/07/2019 [22:48]:
“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub
21/07/2019 [21:09]:
İyulun 22-ə hava proqnozu
21/07/2019 [19:37]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
21/07/2019 [17:59]:
Erməni əsgərin postda meyiti tapılıb
21/07/2019 [16:18]:
Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər
21/07/2019 [14:43]:
Britaniya İrana qarşı sanksiyalar hazırlayır
21/07/2019 [13:36]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
21/07/2019 [11:47]:
İstanbulda əməliyyat: 217 nəfər saxlanıldı
21/07/2019 [10:21]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
20/07/2019 [23:24]:
İyulun 21-ə hava proqnozu
20/07/2019 [23:15]:
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
20/07/2019 [23:13]:
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20/07/2019 [22:37]:
ADA Universitetinə qəbul qaydaları dəyişdi
20/07/2019 [20:58]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [19:53]:
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
20/07/2019 [19:26]:
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20/07/2019 [19:13]:
Universiada qaliblərini mükafatlandırıldı
20/07/2019 [18:16]:
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20/07/2019 [17:54]:
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatıb
20/07/2019 [16:12]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
İmişlidə məktəb daxmada yerləşir - fotolar
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
"Keşikçi dağ"-da Azərbaycanın sərhəd naryadına qarşı insident törədilib - yenilənib
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
Vətəndaş mədəniyyətinin təbliği - layihə
166 nəfəri öldürən terrorçu ələ keçdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin