Qadağan edilmiş çimərlik ərazilərinə daha ikisi əlavə olundu

07/06/2019 [15:32] - Cəmiyyət (155)



Builki çimərlik mövsümünə hazırlıq məqsədilə Bakı, Abşeron və Sumqayıtda dəniz suyunun müayinəsi başa çatıb, sahilyanı zonalarda isə nəzarət tədbirləri davam etdirilir. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Kazımovun sözlərinə görə, builki mövsümdə Hövsan və Türkan çimərliklərindən istifadəyə qadağa qoyulub. Çünki hər iki ərazidə çirklənmə səviyyəsi yüksək olub. “2010-cu ildən Qaradağ rayonundakı Sahil çimərliyi və Səbail rayonundakı Şıx çimərliyi istifadəyə yararsız elan olunub, çünki həmin ərazilərdə dəfələrlə aparılan monitorinqlərin nəticələrinə görə bağırsaq çöpləri aşkar edilib. Ərazidə təmizləyici qurğu olmadığından çirkab dənizə axıdılır. Bundan əlavə, Sumqayıt çimərliyi də yararsızdır”, - şöbə müdiri deyib.

“Duzlu göl” də yararsız çimərliklərin siyahısındadır, bu il aparılmış müayinələrdə göl suyunda yenə də çirklənmə qeydə alınıb. Baxmayaraq ki, yüzlərlə sakin şəfa tapmaq istəyi ilə gölə üz tutur.

Kazımov deyir ki, istifadəyə yararsız çimərliklərlə bağlı rayon icra hakimiyyətlərinə, polis bölmələrinə, eləcə də bələdiyyələrə məlumat verilir, müvafiq icra orqanı tərəfindən çimərlik ərazisində bununla bağlı elanlar vurulur. Amma bütün tədbirlərə baxmayaraq hələ də həmin ərazilərdə çimənlər məsuliyyəti özləri danışırlar.

Bəllidir ki, yalnız dəniz suyu ilə məsələ bitmir, sahilyani zonalarda zibil qutuları azlıq edir, tullantılar vaxtlı-vaxtında daşınmır, ətraf zibilliklə əhatələnir. Bu da müxtəlif yoluxucu xəstəliklərə tutulma risqi daşıyır. Kazımov deyir ki, qanuni icazəsi olan çimərliklərdə icra orqanlarının tələbi ilə abadlıq işlərinə başlanılıb, mərkəz isə həmin ərazilərə nəzarət tədbirləri həyata keçirir. Abadlıq işləri mövsüm başlayanadək tamamlanacaq. Çimərlik mövsümü iyunun 15-dən açıq elan edilir.
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
14/11/2019 [10:42]:
Avrozonada sənaye istehsalı artmaqda davam edir
14/11/2019 [10:00]:
AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb
13/11/2019 [23:59]:
“Sevgi şərbəti” operasının tamaşası olacaq
13/11/2019 [22:30]:
Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var
13/11/2019 [21:40]:
Gəncədə mikroavtobus piyadanı vurub
13/11/2019 [20:40]:
İtaliya və Almaniya Avropa İttifaqını miqrantların paylaşdırılması paktına qoşulmağa çağırır
13/11/2019 [19:12]:
Avtomobil idxalına gömrük rüsumlarının tətbiqi təxirə salınacaq
13/11/2019 [18:27]:
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
13/11/2019 [17:34]:
Paşinyan: "Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur”
13/11/2019 [16:44]:
Gimnast məşq zamanı dünyasını dəyişib
13/11/2019 [16:18]:
Dünyanın ən məşhur robotları Bakıya gələcək
13/11/2019 [16:07]:
Prezident İlham Əliyev Cavid Qurbanovu qəbul edib
13/11/2019 [15:53]:
Azərbaycan idmançıları dünya çempionatında 20 medal qazanıblar
13/11/2019 [15:21]:
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
13/11/2019 [15:16]:
Dövlət başçısı Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13/11/2019 [15:06]:
Prezident İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
13/11/2019 [14:52]:
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
13/11/2019 [14:47]:
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək
13/11/2019 [14:31]:
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
13/11/2019 [13:54]:
"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib
13/11/2019 [13:27]:
Quru Nanak Dev - “tək Allah” ismarıcını yayan insan
13/11/2019 [13:20]:
İspaniya Superkuboku ilə bağlı narazılıq yaranıb
13/11/2019 [12:58]:
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
13/11/2019 [12:40]:
Lavrov: "Məqsəd Suriyanın bu hissəsini qoparmaqdır"
13/11/2019 [12:22]:
Quba sakini dəm qazından boğularaq ölüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
BƏƏ naziri Bakıya gəlir
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Maddi sıxıntısı olan 22 yaşlı tələbə özünü yandırdı
Sürücülər “qara sevdası”na görə cərimələnəcəkmi?
Səfirlik: “Hindistan Konstitusiyası bütün dini icmaların bərabər inam, etiqad və ibadət azadlıqlarına təminat verir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin