Məleykə Abbaszadə: "İlk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb"

04/06/2019 [11:38] - Cəmiyyət (302)



“Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilib. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranıb”.

ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, məhz bunun nəticəsində 2007-ci ildə ilk “700 ballı”ları müşahidə etmək mümkün olub: “Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə tapşırıq və ya pul ilə nəyisə həll etmək nəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir. Ballar məhz bunun üçün lazımdır. İkincisi, bəzi yazılarda DİM-in əvvəlki fəaliyyətinin İsveçrə saatının işi ilə müqayisəsi, əlbəttə ki, bizə xoş gəlməyə bilməz, lakin əfsuslar olsun ki, bu ifadə elə bir kontekstdə verilib ki, elə bil müəllif bu İsveçrə saatını bizə 27 əvvəl hədiyyə edib, biz müvəffəqiyyətlə ondan istifadə etmişik, indi isə onu sökməyə qərar vermişik.

Nəzərinizə çatdırırıq ki, DİM-in strukturu açıq sosio-texniki sistem kimi son 25 il ərzində formalaşıb. Bu sistem kütləvi prosesləri və 2 milyondan artıq insan haqqında verilənlər bazasını idarə etməyə imkan verən, xüsusi olaraq qurulmuş aparat-texnoloji istehsalatdan ibarətdir. Bu da İT mütəxəssisləri kollektivinin gərgin əməyinin nəticəsidir.

DİM-in strukturuna, həmçinin menecerlərin, imtahana cəlb olunan nəzarətçi və imtahan rəhbərlərinin, markerlərin hazırlanması və təkmilləşdirilməsi, bu mütəxəssislərin sertifikatlaşdırılması sistemi də daxildir və bütün bunlar saat kimi işləyir!”.

M. Abbaszadə qeyd edib ki, DİM-in strukturuna keçirilən bütün imtahan növlərinin məzmununun formalaşdırılmasını və təhlilini həyata keçirən elmi-metodiki bölmələr də daxildir: “Bu işdə 5 mindən çox ekspert – alim və pedaqoq iştirak edir. Artıq indidən 2020-25-ci illərdə həyata keçiriləcək imtahanların məzmununu müzakirəyə çıxaran onlarla ekspert şuraları var və onlar da saat kimi işləyir! DİM-in strukturuna imtahanların maddi təchizatı və prosesin logistikası ilə məşğul olan bölmələr də daxildir. DİM-in strukturuna bütün prosesləri müşayiət edən hüquqi və psixoloji xidmətlər də daxildir. DİM-in strukturuna elektron xidmətlərin göstərilməsi və bütün kütləvi proseslərin informasiya təminatı daxildir və bütün bunlar saat kimi işləyir! Nəhayət, DİM-in tərkibinə hər il keçirilən bütün imtahanların nəticələri əsasında statistik araşdırmalar apararaq ictimaiyyətin diqqətinə təqdim edən analitik bölmə daxildir. “Abituriyent” jurnalının 12-ci sayı dərc olunur, regionlar üzrə məlumatlar məcmuə şəklində hər bir rayona göndərilir, məktəblər üzrə məlumatlar “Mənim məktəbim” saytında, bütün statistik məlumatlar DİM saytının “Tədqiqat” bölməsində yerləşdirilir. Yeri gəlmişkən, 2018/2019-cu tədris ili üzrə “Abituriyent” jurnalının 12-ci sayı işıq üzü görüb ki, hər kəs oradakı məlumatlarla tanış ola bilər. Ölkənin təhsil və qiymətləndirmə sistemlərinin yaxşılaşdırılmasına dair məsləhətlər verənlərə sualım var: siz hansı göstəriciləri yaxşılaşdırmağı təklif edirsiniz? 2018/2019-cu tədris ili üzrə “Abituriyent” jurnalının 12-ci sayı 6 paraqrafdan və 517 səhifədən ibarətdir. Jurnalın birinci paraqrafının 1-ci hissəsi “Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul” başlığı altında, 24 qrafik və 71 cədvəldən ibarət olan statistik təhlilin nəticəsi kimi təqdim olunub. Sizin fikrinizcə, biz nəyin səviyyəsini aşağı salmışıq? Yaxud, əksinə, qaldırmışıq? Təhsil sistemi qarşısında duran məsələlərin hər zaman çoxparametrli olduğunu, yoxsa məktəb təhsilinin əsas məqsədi kimi şagirdlərin şəxsiyyətyönümlü inkişafının qoyulmasını və bu məqsədin başqalarının əməyi hesabına özlərini “piar” edənlərin məqsədlərindən 
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin