Güclü külək və leysan Azərbaycanın bəzi rayonlarında fəsadlar törətdi

27/05/2019 [15:22] - Gündəm (154)



Mayın 25-dən etibarən müşahidə olunan güclü külək və leysan Azərbaycanın şimal-qərb rayonlarında fəsadlar törədib.

Quba və Qusar rayonlarında bir neçə saat davam edən gülək nəticəsində daha çox elektrik və rabitə təsərrüfatına ziyan dəyib. Qaz xətləri, işıq dirəkləri sıradan çıxıb, külək çoxlu sayda ağacı yollara və yaşayış binalarının üstünə aşırıb. Quba şəhər 1 saylı orta məktəbin divarının üstünə iri gövdəli ağac aşıb, rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq ziyan vurub. Şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb.

Ötən gün Qusarın şəhər mərkəzi ilə bərabər kəndlərinin 70 faizə yaxın hissəsində elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə qazın verilməsi dayanıb. Qusar rayonunda əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan dəyib. Güclü külək şəhər 2 saylı və Yasab kənd orta məktəblərinin, o cümlədən, 20-dən çox evin dam örtüyünü uçurub.

Qax rayonunda güclü külək iri gövdəli ağacları aşırıb. Ötən gün axşam saatlarında əsən güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini qırıb. Nəticədə rayonun Qorağan, Zəyəm, Lələli, Tasmalı və Turaclı kəndlərində elektrik enerjisi kəsilib.

Zaqatala rayonunda isə yaşayış evini ildırım vurub. Rayonun Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv.m. sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində ailə üzvlərindən xəsarət alan olmayıb.

Təbii fəlakət nəticəsində dağıntıların baş verdiyi rayonlarla əlaqə saxlayaraq hazırki vəziyyətlə bağlı məlumat almağa çalışdıq. Qusar RİH başçısının birinci müavini Şahid Fərəməzov bildirdi ki, küləyin törətdiyi dağıntılar hazırda tamamilə aradan qaldırılıb.

“Araşdırmalı bir şey yoxdur, nə var demişik. Nə ki ziyan dəyib, aradan qaldırılıb, yıxılan ağaclar götürülüb. Damı qırılan məktəblə bağlı Təhsil Nazirliyinə müraciət olunub və gəlib baxıblar və sair və ilaxır…” - icra rəsmisi suallarımıza əsəbi şəkildə cavab verərək telefonu söndürdü.

Qax RİH başçısının köməkçisi Cəlil Cəlilov isə  bildirib ki, təbii fəlakət rayona ciddi ziyan vurmayıb. Yalnız elektrik naqilləri qırılıb ki, bu da artıq təmir olunub. Rayonun bütün kəndlərinə elektrik enerjisinin verilişi bərpa olunub.

Quba RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov  bütün fəsadların aradan qaldırıldığını deyib.

“Bizim rayona elə də ciddi ziyan dəyməyib. Ağaclar, elektrik naqilləri qırılıb düşüb. Qubanın Kürgün kəndində yalnız bir evin damından 20-dək şiferi külək vurub atıb. Alpan kəndində bir tövlənin üzərindən şiferləri qopardıb. Dəymiş ziyan bundan ibarətdir. Qalanlar xırda hadisələrdir və tezliklə bərpa olunub”.

X.Heybətov həmçinin deyib ki, dolu düşmədiyinə görə, təsərrüfata da heç bir ziyan dəyməyib (Virtualaz.org).
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
19/09/2019 [23:58]:
Qubada 148 ailə özünüməşğulluq proqramına cəlb edilib
19/09/2019 [22:40]:
İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı
19/09/2019 [21:23]:
Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib
19/09/2019 [20:32]:
Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq
19/09/2019 [20:08]:
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
19/09/2019 [19:41]:
İmişlidə ana oğlu ilə birgə özünü çaya atmaq istəyib
19/09/2019 [18:47]:
Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb
19/09/2019 [18:14]:
Astara sakinindən heroin götürülüb
19/09/2019 [17:47]:
Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb
19/09/2019 [17:35]:
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
19/09/2019 [17:20]:
Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
19/09/2019 [16:52]:
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
19/09/2019 [16:30]:
Xaçmazda dəyərindən ucuz satılan qızıllar oğurluq imiş
19/09/2019 [16:18]:
Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"
19/09/2019 [16:05]:
Gənclər narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirilib
19/09/2019 [16:00]:
Yazıçı Əli Əmirlinin yenicə çapdan çıxmış kitabının imza günü olacaq
19/09/2019 [15:35]:
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
19/09/2019 [15:20]:
MBNP-də İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib
19/09/2019 [15:00]:
Mbappenin transferi üçün rekord məbləğ
19/09/2019 [14:43]:
Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb
19/09/2019 [14:31]:
“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatıb
19/09/2019 [14:21]:
İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur
19/09/2019 [14:00]:
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19/09/2019 [13:46]:
Milli İncəsənət Muzeyində uşaqlar üçün yeni layihə -“Musiqi xəzinəsi”
19/09/2019 [13:34]:
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin