Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat

26/05/2019 [23:34] - Siyasət (155)



“Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa heç nəyə yaramayan, çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və desturiktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda ölkəmizdə başladılmış islahatlara dəstəyini ifadə etməsinə münasibət bildirərkən söyləyib.

Azərbaycan hakimiyyətinin başladığı islahatlara ABŞ-ın da dəstək verməsinin vacibliyini bildirən Qüdrət Həsənquliyev diqqəti xüsusilə kadr dəyişilmələrinin aparılmasına, o cümlədən xaricdən mütəxəssislərin cəlbinin gərəkliliyinə yönəldib: “Biz xaricdən ölkəmizdə bazar iqtisadiyyatının mexanizmələrini yarada bilən mütəxəssislər cəlb edə bilərik. Bəzi diletantlar söyləyir ki, əsas Prezidentin siyasi iradəsidir, əgər islahatlar başladılıbsa, bu, iqtisadiyyatın inkişafına mütləq öz müsbət təsirini göstərəcək. Bu,  kökündən yalnış yanaşmadır. İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər. Söhbət islahatlar barədə Prezidentin tapşırıqlarının necə icra olunmasından gedir. İstedadı, həm də bununla yanaşı, mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə, tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir. Azərbaycanda siyasi hakimiyyətdə bu cür addımlar atmalı olan çoxlu insanlar var. Amma onlar Prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində. Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və desturiktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır. Travmatoloq-cərrahın görməli olduğu iş sınıqçıya tapşırılanda, xəstə, ən yaxşı halda, şikəst olacaq”.

Qüdət Həsənquliyev hesab edir ki, islahatların uğurlu aparılması üçün, bir növ, “sınıqçı” deyil, “cərrah” tipli – daha hazırlıqlı mütəxəssislərə ehtiyac var və keçid dövrü üçün belə mütəxəssislər xaricdən də cəlb edilə bilər: “Azərbaycanda belə mütəxəssislər varsa da, kifayət qədər deyil. Digər tərəfdən, onlar da ayrı-ayrı qruplara bağlı olduqlarından, hətta yüksək vəzifələrə təyin olunsalar belə, lazımı effekti verməyəcəkdir. Ona görə xaricdən savadlı, təcrübəli mütəxəssisləri keçid dövrü islahatlarını aparmaq üçün dəvət etmək olar. Onlar hazırladıqları “Yol xəritəsi”nin həm də icrası ilə məşğul olmalıdırlar”.
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Paşinyan Qarabağda müharibə istəyir
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
Xəbər lenti
20/06/2019 [23:16]:
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub
20/06/2019 [22:42]:
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
20/06/2019 [21:33]:
Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır
20/06/2019 [20:29]:
“Keşikçidağ” məsələsi müzakirə olunub
20/06/2019 [19:18]:
Azərbaycan boksçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib
20/06/2019 [18:43]:
İyunun 21-ə hava proqnozu
20/06/2019 [18:16]:
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
20/06/2019 [17:39]:
“Bakcell” və “INNOLAND” birgə inkubasiya proqramının iştirakçılarını seçdi
20/06/2019 [17:23]:
Qırğızıstanın keçmiş prezidentinin toxunulmazlığı ləğv oluna bilər
20/06/2019 [17:06]:
Elinanın qəbri təhqir edilib – Yeni cinayət işi başlanıb
20/06/2019 [16:34]:
Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək
20/06/2019 [15:48]:
İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib
20/06/2019 [15:02]:
Azərbaycanda müdafiə xərcləri artırılır
20/06/2019 [14:19]:
Qazaxıstanda təyyarə qəzaya uğradı
20/06/2019 [13:21]:
Paşinyan Qarabağda müharibə istəyir
20/06/2019 [12:14]:
Serbiyalı diplomat Bakıda qəzaya düşdü
20/06/2019 [11:57]:
Azərbaycanın yunan-Roma güləşi yığması Avropa ikincisi olub
20/06/2019 [10:13]:
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
19/06/2019 [23:41]:
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
19/06/2019 [22:27]:
Tokio-2020 Olimpiadasının boks yarışları formatında dəyişikliklər edildi
19/06/2019 [21:36]:
ABŞ-da dollarla bağlı mühüm qərar qəbul edildi
19/06/2019 [21:27]:
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
19/06/2019 [20:54]:
Azərbaycanın mədəniyyət brendi yaradılır: Loqonun ilkin variantı hazırdır
19/06/2019 [20:09]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
19/06/2019 [19:15]:
Çempionlar Liqasında "Qarabağ"ın potensial növbəti rəqibi məlum olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
Daha bir həkim səhlənkarlığı: Yanlış cərrahiyyə əməliyyatı xəstəni iflic etdi
AzTV-də qarşıdurma- veriliş yayımdan çıxarıldı
Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - yenilənib
Keçmiş məhkum 8 nəfəri güllələdi: 4 öldü, 4 yaralı...
Mehriban Əliyeva Elçibəyin xanımının vəfatı haqda
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin