BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub

23/05/2019 [15:42] - Gündəm (291)



BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi vəzifəsinə təyin edilən Alessandro Frakassetti BMTİP-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini  xarici işlər nazirinə təqdim edib.

İstiqlal.az xəbər verir ki, BMTİP-in Azərbaycan ofisinin Rezident Nümayəndəsi vəzifəsində A.Frakassetti BMTİP-in ölkədə həyata keçirdiyi bütün fəaliyyətlərinə rəhbərlik edir və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq Azərbaycanın milli prioritetlərinə dəstək göstərmək üçün milli səviyyədə maraqlı tərəflərlə və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.
Görüş zamanı A. Frakassetti vurğulayıb ki, BMTİP, ölkənin məqsədyönlü inkişaf gündəliyinin yerinə yetirilməsində Azərbaycan Hökumətinə tam dəstəyini davam etdirəcək və inklüziv məşğulluq və sahibkarlıq, gənclər və qadınların səlahiyyətlərinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyalardan istifadə və Azərbaycanda ətraf-mühitin mühafizəsi işinin və enerjidən səmərəli istifadə potensialının gücləndirilməsi kimi əsas prioritet sahələrdə təcrübə və innovativ həll yollarını təklif edəcək.

Hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq və “Heç kim kənarda qalmasın” prinsipinə riayət edərək, BMTİP-in proqram fəaliyyətləri kənd icmaları, qadınlar və gənclər, işsizlikdən əziyyət çəkən şəxslər, əlilliyi olan insanlar, müharibə veteranları və məcburi köçkünlər daxil olmaqla həssas əhali qruplarının firavan yaşamaqları üçün bərabər imkanları təşviq edir.

Alessandro Fracassetti 2018-ci ilin dekabr ayından bəri BMTİP-in Azərbaycan Ofisinin rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edirdi. O, beynəlxalq inkişaf sahəsində yüksək səviyyəli rəhbər vəzifələrdə işləyib və bu sahədə 22 ildən artıq iş təcrübəsinə malikdir. BMTİP-in Rezident Nümayəndəsi vəzifəsinə təyinatından öncə, o, 2016-cı ildən bəri BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışıb. Daha əvvəl, Alessandro Frakassetti 2011-2016-cı illərdə BMTİP-in Şimali Makedoniya Ofisi, ondan öncə isə 2006-2011-ci illər ərzində BMTİP-in Xorvatiya Ofisi və 2004-2006-cı illərdə BMTİP-in Belarus Respublikasında fəaliyyət göstərən ofisinin Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışıb. 1996-cı ildən etibarən, cənab Frakassetti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bosniya və Herseqovina, eləcə də Xorvatiya ofislərində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən siyasi məsələlər üzrə baş müşavir və seçki məsələləri üzrə baş müşavir vəzifələrində çalışıb. 

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin və cəmiyyətlərin qurulması sahəsində yerli icmalar və müxtəlif sosial təbəqədən olan insanlarla birgə çalışan təşkilatdır. BMT-nin inkişaf sahəsində çalışan ən böyük agentliyi olan BMTİP hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təşviq edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, BMTİP insanların həyat və rifahlarını yaxşılaşdırmaq və dünya miqyasında güclü dövlət modeli qurmaq məqsədi ilə qlobal perspektivli və yerli miqyaslı təhlillər irəli sürür.

1992-ci ildən Azərbaycanda ilk fəaliyyətə başlayan BMTİP 30 ildən artıq zamandır ki, ölkədə inkişaf sahəsində mühüm fəaliyyətlər həyata keçirir.


BMTİP-in Azərbaycanda fəaliyyəti "2016-2020-ci illər üzrə Ölkə Proqramı Sənədi" ilə təsvir olunub və hökumətlə sıx məsləhətləşmənin nəticəsidir. Ümumilikdə, BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş yardımının milli inkişaf gündəliyinə uyğunluğunu təmin etmək üçün BMT İdarə Heyəti hər beş ildən bir Birləşmiş Millətlər Təşkilatının BMT‐nin İnkişafa Yardım üzrə Çərçivə sənədi (UNDAF) adlı birgə yardım strategiyasını formalaşdırırlar. 

BMT-nin İnkişaf Proqramının “Ölkə Proqramı Sənədi” UNDAF ilə təsdiq edilmiş beş əsas istiqamətin üçünü prioritet götürür. BMTİP-in Azərbaycanda fəaliyyəti bu üç istiqamət üzrə təşkil edilir və həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bunlara (i) dayanıqlı və inkluziv inkişaf və ləyaqətli iş, (ii) yaxşı idarəçilik naminə institusional bacarıqların artırılması və (iii) enerji səmərəliyi, ətraf mühit, iqlim dəyişikliyi və fəlakətlərə qarşı müqavimətin artırılması aiddir.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
26/01/2020 [23:59]:
Ukrayna prezidenti 2019-cu ildə 97 nəfəri əfv edib
26/01/2020 [22:44]:
"İrəvan, Zəngəzur, Göyçə kimi Qarabağı da itirmək istəmiriksə hərəkətə keçməliyik..."
26/01/2020 [22:40]:
Nur-Sultan aeroportunda uçuşlar ləğv edilib
26/01/2020 [21:41]:
Nigeriyada 29 nəfər Lassa qızdırmasından ölüb
26/01/2020 [20:52]:
İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib
26/01/2020 [20:04]:
İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşandı
26/01/2020 [19:33]:
Messi şəxsi antirekordunu təkrarlayıb
26/01/2020 [18:47]:
Braziliyada 30 nəfər leysan yağışların qurbanı olub
26/01/2020 [17:22]:
Tailandda koronavirusa yoluxanların sayı artıb
26/01/2020 [16:34]:
Etiraz aksiyalarında 4 nəfər həlak olub
26/01/2020 [15:46]:
Tramp İranla sanksiyaların ləğvi şərti ilə danışıqlar imkanını rədd edib
26/01/2020 [14:35]:
"Barselona" məğlub olub, "Sevilya" qalib gəlib
26/01/2020 [14:15]:
Bakıda gənc rəssamların qrup sərgisi açılacaq
26/01/2020 [13:50]:
"Çelsi" İngiltərə kubokunun 1/8 finalına çıxıb
26/01/2020 [13:13]:
Çingiz Qənizadə Beyləqanın Bünyadlı və Gödəklər kəndində görüş keçirib
26/01/2020 [13:11]:
Çində koronavirusdan ölənlərin sayı 56-ə çatı
26/01/2020 [12:48]:
Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər və qeydə alınan itkilər açıqlanıb
26/01/2020 [12:22]:
Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanışdan keçiriləcək
26/01/2020 [11:50]:
Azərbaycan cüdoçular Qran-Prini medalsız başa vurublar
26/01/2020 [11:43]:
"Sovetski" Cavad Cavadovu seçir
26/01/2020 [11:19]:
Azərbaycanda pambıqçılığın vəziyyəti müzakirə edilib
26/01/2020 [10:47]:
Ərdoğan: “Zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcək”
26/01/2020 [10:00]:
Türkiyədə yaşlı qadın zəlzələ dağıntıları altından 19 saat sonra sağ çıxarılıb
25/01/2020 [23:59]:
“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib
25/01/2020 [23:45]:
44 saylı dairənin favorit namizədi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
“Artım” Lab layihəsi çərçivəsində növbəti sərgi - “Başqa şeydən danış”
“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ötən il 1,5% artıb
Səfir: “Hindistan bu gün Azərbaycan ixracatı üçün dördüncü ən böyük bazardır”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin