Vergilər Nazirliyinin bir neçə əməkdaşı barədə cinayət işi açılıb

22/05/2019 [15:47] - Gündəm (185)



Vergilər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Baş Prokurorluqdan ONA-ya bildirilib ki, Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Aparılmış araşdırmalarla 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb”.

Qeyd olunub ki, bundan başqa, Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun eyni qaydada rayon Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla həmçinin, 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimovun eyni qaydada müvafiq maliyyə idarələrindən daxil olmuş ödəniş sənədlərinin (qəbzlərin) işlənilməsi zamanı 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alınmış həmin məbləği mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.

Göstərilənlərlə yanaşı, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2017-2018-ci illər ərzində Qax rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat apararaq rəsmi sənədi saxtalaşdırmasına əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

 Vergilər Nazirliyi üzrə əmrlərlə xidməti fəaliyyətlərinin icrası zamanı yol verdikləri qanunazidd əməllərə görə müvafiq Ərazi Vergilər İdarələrinin 4 əməkdaşının vergi orqanlarında xidmətlərinə xitam verilmiş, 4 əməkdaş isə müvəqqəti olaraq tutduqları vəzifədən kənar ediliblər.

Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Xəbər lenti
11/12/2019 [23:59]:
Lənkəranda tank əleyhinə mina tapılıb
11/12/2019 [22:38]:
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
11/12/2019 [21:42]:
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb
11/12/2019 [20:54]:
Əfqanıstanda “Taliban” 40 qəbilə ağsaqqalını oğurladı
11/12/2019 [19:39]:
Portuqaliya Futbol Federasiyasında 10 028 qadın futbolçu qeydə alınıb
11/12/2019 [18:49]:
Yer kürəsinin 10 kristallik-aynalı məkanı
11/12/2019 [17:28]:
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
11/12/2019 [17:24]:
“Yunanıstanın əli-qolu bağlandı, onları dəli edən də budur” – Ərdoğan
11/12/2019 [16:55]:
MSK sədri: "Parlament seçkilərində iştirak üçün 50-ə yaxın namizəd müraciət edib"
11/12/2019 [16:34]:
Azərbaycanlı məşqçi "Sevilya"ya gedir
11/12/2019 [16:33]:
Prezident Neftçalaya 5 milyon manat ayırıb
11/12/2019 [16:18]:
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
11/12/2019 [15:48]:
Prezident Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib
11/12/2019 [15:43]:
Rusiya helikopterləri Azərbaycanda təmir olunacaq
11/12/2019 [15:23]:
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
11/12/2019 [14:55]:
Rusiyanın bu bölgəsində azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
11/12/2019 [14:21]:
ABŞ prezidenti Donald Trampa rüşvətxorluq maddəsini yükləmək istəyirlər
11/12/2019 [13:44]:
Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib
11/12/2019 [13:15]:
ABŞ Slovakiyanın 7 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib
11/12/2019 [12:50]:
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
11/12/2019 [12:22]:
Gənclərə sahibkarlıq təlimləri keçirilib
11/12/2019 [12:22]:
Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
11/12/2019 [11:49]:
Azərbaycan kuboku - 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi
11/12/2019 [11:20]:
NATO ilə Rusiya komandanları gələn il görüşə bilər
11/12/2019 [10:47]:
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ançelotti gələn həftə qovula bilər
Elmar Məmmədyarov Latviyaya gedəcək
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin