Qarabağ klanı Paşinyanı devirə bilər

17/05/2019 [22:07] - Gündəm (144)



“Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini kəskin tənqid edirlər. Bu proses dayanmır. Paşinyan separatçıların liderini Bako Saakyanı xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir”, - “Atlas” Araşdırmalar Mərkəzinin növbəti analitik yazısında qeyd olunur.

“Nikol Paşinyan “Qarabağ klanını” Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub. Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var – eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. Nikol Paşinyan Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Robert Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki, birincisi, bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər “Qarabağ klanının” intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Köçəryan üzərindəki məhkəmə “Qarabağ klanını” canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar.



Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Dağlıq Qarabağ separatçıları Robert Köçəryanın həbsdən azad olunmasını tələb edirlər. Paşinyan buna razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: “Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırki lideri Köçəryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər: “Eks-prezidenti azad edin!”

Paşinyanın daima Qarabağa səfərləri də nəticə vermir. Paşinyan düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan “Qarabağ klanını” Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir.

2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək. Bako Saakyan namizəd olmayacağını bildirib. Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdilər. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezident” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar.

Bu arada, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır. Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə bu Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanının” çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir” – məlumatda bildirilir.
Vilayət Eyvazovdan yeni təyinat
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
Xəbər lenti
22/08/2019 [00:04]:
ABŞ-ın MQ-9 tipli pilotsuz uçan aparatı vurulub
21/08/2019 [23:17]:
Vergi Məcəlləsinə dəyişiklik edildi
21/08/2019 [22:28]:
Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı
21/08/2019 [21:32]:
Vilayət Eyvazovdan yeni təyinat
21/08/2019 [20:46]:
Gömrük Komitəsi yoxlamaları sadələşdirir
21/08/2019 [20:08]:
Ali məktəblərə qəbul planı 91,03 faiz dolub
21/08/2019 [19:31]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
21/08/2019 [18:59]:
Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – ermənilərdən etiraf
21/08/2019 [18:07]:
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
21/08/2019 [17:43]:
Bu il Bakıya 542 lift gətiriləcək
21/08/2019 [16:51]:
Tramp Danimarka səfərini təxirə saldı
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Daha bir rayona yeni polis rəisi təyin edilib
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin