Zoologiya İnstitutu: Azərbaycanda ilanların hücumlarının sayı artıb

16/05/2019 [21:33] - Cəmiyyət (141)



“Azərbaycanda ilanların sayında əvvəlki illərə nisbətən artım olmayıb, lakin onların hücumlarının sayı artıb”. 

Bu barədə ONA-ya Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. 

O bildirib ki, ilanların hücumlarının artmasının bir neçə səbəbi var: “Bunlardan biri yazın gəlişi və ilanların cütləşmə dövrünün başlamasıdır. Başqa bir səbəb isə son illərdə kənd təsərrüfatı sahəsində geniş islahatların aparılmasıdır. Əvvəl yulğunluq, çöllük olan sahələrdə yeni əkin-biçin sahələri salınır. Belə olan halda ilanlar, o cümlədən başqa canlılar miqrasiya etməyə məcbur qalır və qida axtarışı ilə əlaqədar insanların yaşadıqları ərazilərə daxil olur. Buna görə də son vaxtlar ilan hücumlarının sayı artır, bizə isə elə gəlir ki, ilanların sayı artıb. Zoologiya İnstitutu son illərdə ilanların sayında artımla bağlı heç nə müşahidə etməyib”.

Direktor ilanlardan qorunmaq üçün əkin sahələrində çalışanlara balağı bağlı şalvar geyinməyi, burnu dəmir örtüklü uzunboğaz çəkmələrdən istifadə etməyi məsləhət görüb: “Hündür otlaqların olduğu ərazilərə girərkən, daşları qaldırarkən ehtiyatlı olmağı  məsləhət görürəm. Kənd yerlərində ilanlar çəpərlərin, divarların boşluqlarında, oyuqlarında, gəmiriciləri, cücələri ovlamaq məqsədi ilə zirzəmilərdə, tövlələrdə gizlənirlər. Onların qarşısını almaq üçün oyuq yerlərini suvamaq, zirzəmilərin qapılarını möhkəm bağlamaq lazımdır. Çünki ilanlar infra-qırmızı şüalar vasitəsi ilə yemək olan yerləri hiss edirlər və buna görə zirzəmilərdə, anbarlarda onlara tez-tez rast gəlinir”. 

E.Yusifov bildirib ki, Zoologiya İnstitutuna hər gün ilanlarla bağlı bir neçə zəng olur: “Deyirlər ki, evimizdə, həyətimizdə ilan var, gəlin onu tutun. Lakin bizim nə belə bir vəzifəmiz, nə də çağırış yerlərinə gedib ilanları tutmaq üçün kifayət qədər mütəxəssislərimiz var. Bizim işçilər alimdirlər, ilan tutmaq üzrə ixtisaslaşmayıblar”. 

İnstitut rəhbəri ilanlardan qorunmaq üçün təkliflə çıxış edib: “Fövqaladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, bələdiyyələrin daxilində bu sahə üzrə bölmə yaradılsa, yaxşı olar. Biz həmin bölmədə ilan tutan mütəxəssislərin yetişdirilməsinə kömək də göstərə bilərik. Əgər dediyim qurumlardan birində bu cür mütəxəssislər yetişdirilsə, o zaman ilanların hücumlarına məruz qalmalar da azalar”. 
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin