Vergi generalı Əmanətlərin Sığortalanması Fondunu necə idarə edir? - təfsilat

16/05/2019 [10:16] - İqtisadiyyat (326)



Sabiq vergi generalı, vaxtılə Vergilər Nazirliyində qurulmuş korrupsiya sxeminə rəhbərlik edən və “iş adamlarının qənimi” kimi ad çıxaran, vergilər nazirinin sabiq müşaviri, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri  Habil Məmmədov  fondda da köhnə əməllərini davam etdirir. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun rəhbərinin müşaviri vəzifəsinə təyinat alan H.Məmmədov artıq icraçı direktorandan artıq səlahiyyətlərə yiyələnib. “Vergi generalı” özü üçün ayrıca bina ayrılmasına nail olub, Vergilər Nazirliyində korrupsiya əməllərində ləkələnmiş və Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra işdən çıxarılan əməkdaşları öz başına toplayıb.  H.Məmmədov bağlanılan bankların əmlaklarların satışı ilə məşğuldur. Bu əmlakları satıb, Fond bağlanan bankların əmanətçilərinin pullarını qaytarmalıdır, lakin H.Məmmədov burda da öz sxemini qurub. Belə ki, əmlaklar guya alıcı çatışmamazlığından ucuz qiymətə satılır. Əslində isə H.Məmmədov əmlakları bazar qiymətinə tanışlarına satır, lakin Fondun büdcəsinə bu pulun cuzi hissəsi daxil olur, qalan vəsait isə H.Məmmədovun cibinə axır.

Mənbənin bildirdiyinə görə,  vergi generalının səlahiyyətləri yalnız aktivlərin satışı ilə bitmir – H.Məmmədovun əsas vəzifəsi bağlanmış banklar tərəfindən verilmiş kreditlərin yığımının artımını təmin etməkdir. Lakin bu işdə də o, Fondun manefələrinə qulluq etmir. Belə ki, son aylarda kredit yığımı kəskin aşağı düşüb – ötən ilə nisbətən bağlanmış bankların müştərilərindən kredit yığımı 3 dəfəyədək azalıb. Halbuki H.Məmmədovun Fonda göndərilməsində əsas məqsəd onun təçrübəsindən istifadə edərək kredit yığımını artırmaq idi. Görünür bu işdə də H.Məmmədov öz maraqlarını güdür və qeyri-rəsmi “ödənişlər” hesabına kredit borcu olanlara müəyyən güzəştlər edir.

"Nəticədə, vətəndaşların əmanətlərinin ödənilməsinə yönəldilməli olan vəsait H.Məmmədovun "büdcəsinə" axır, vətəndaşlar isə narazı halda siyasi rəhbərliyə üz tutur. Halbuki onların pulunu ödəmək üçün imkanlar var. Fəaliyyətinin yarıtmaz olduğunu ört-basdır etmək üçün isə H.Məmmədov tez-tez bağlanmış bankların əməkdaşları arasında yerdəyişmələr edir ki, günahı adi işçilərin üzərinə atsın. Bundan başqa, vətəndaşların müraciətlərinin cavablandırılması gecikdirilir, H.Məmmədovun imzası ilə gedən cavab məktublarında mahiyyətdən kənar ümumi cümlələr coxluq təşkil edir. Bununla H.Məmmədov sadə insanları “yola verməyə” çalışır. Bəzi hallarda isə vətəndaşlara hətta rəsmi məktublarda hədə-qorxu gəlməkdən də çəkinmir. Görünən odur ki, Vergilər Nazirliyində korrupsiyalaşmış sistemi üçün faydalı kadr olan H.Məmmədov “təmiz” işləyə bilir və istənilən sahədə yalnız öz mənafeyini düşünür"- deyə mənbə vurğulayıb.

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
Xəbər lenti
17/07/2019 [23:59]:
NATO baş katibinə yeni müavin təyin edildi
17/07/2019 [23:11]:
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17/07/2019 [23:04]:
Polis gücləndirilmiş iş rejimə keçəcək
17/07/2019 [22:12]:
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
17/07/2019 [21:24]:
Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son 1 ildə kəskin artıb
17/07/2019 [20:31]:
“Neftçi”nin baş məşqçisi: Gözəl nəticə qazanmağa çalışacağıq
17/07/2019 [20:14]:
166 nəfəri öldürən terrorçu ələ keçdi
17/07/2019 [19:47]:
İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vilayət Eyvazovdan yeni təyinat
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur – Nazir müavini
Şəki Xan Sarayında bədbəxt hadisə - yaralılar var - yenilənib
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
İsveçrə səfiri: “İkitərəfli münasibətlər zamanla sürətlənir”
İmişlidə məktəb daxmada yerləşir - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin