İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən sərgilərlə tanış olub

16/05/2019 [00:07] - Siyasət (244)



Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.

Kənd Təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlət başçısına sərgilərlə bağlı məlumat veriblər.

Bildirilib ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronej, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunur. Burada eyni zamanda qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla təmsil olunur.

Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verilib.

Dövlət başçısı sərgidə “Azersun”, “Grow Group Azərbaycan”, CASE, “Grimme”, “Agro Dairy”, CLAAS, “John Deer”, “Rostselmaş”, “Cahan Tobacco”, “Lindsay”, “Geoflow”, METAK, GİLAN, İMAGRO, “Agronaft”, “Prior Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Belarusun, İtaliyanın, Türkiyənin, Niderlandın, Gürcüstanın stendləri ilə tanış olub. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.

Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi də fəal iştirak edir. Ümumilikdə isə sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi sərgilərin təşkilatçısıdır.

Bu il “WorldFood Azerbaijan” sərgisi 25 illik yubileyini qeyd edir və bu sahənin regionda hərəkətverici qüvvəsinə çevrilib. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan artıq ölkəsini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda uğurlu biznes qurub.

Ənənəvi olaraq, sərgidə "Made in Azerbaijan" brendi altında geniş çeşiddə qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları təqdim olunur. Burada eyni zamanda suvarma sistemləri, istixanalar və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının da bir çox istiqamətləri üzrə böyük işlər görülüb, dövlətimizin başçısı tərəfindən mühüm qərar və sərəncamlar, həmçinin konkret sahələr üzrə Dövlət proqramları qəbul olunub. Bütün bunlar bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyənləşib. Bu sahələrə göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına geniş imkanlar yaranıb. Aqrar sahəyə qoyulan investisiyaların həcmi də ildən-ilə artır.

Ölkəmizdə taxıl tədarükü istiqamətində də çox mühüm işlər görülüb. Ötən il 3,3 milyon ton taxıl tədarük olunub ki, bu da 2017-ci illə müqayisədə 13 faiz çoxdur. Bu il də artım gözlənilir. Belə ki, bu il ölkə üzrə 1 milyon 47 min 500 hektar sahədə yazlıq və payızlıq taxıl əkilib.

Həyata keçirilən bütün bu layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı eyni zamanda bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq fermerlər müasir kənd təsərrüfatı texnikası ilə təchiz edilir, onlara subsidiyalar, yanacaq, gübrə güzəştli şərtlərlə verilir, fermerlər torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Bütün bunlar kənd təsərrüfatının inkişafı üçün icra edilən tədbirlərin kompleks şəkildə davam etdirildiyini göstərir.

Kənd təsərrüfatı texnikasının ucuzlaşması isə bazarın liberallaşmasının, azad rəqabət mühitinin yaradılmasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən aqrar texnologiyalar bazarında aparılan liberallaşma siyasəti şirkətlərin bu sahəyə marağını daha da artırıb.

Dövlət başçısı “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin işinə uğurlar arzulayıb.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
22/01/2020 [20:56]:
İqbal Ağazadənin “Gəncə”də növbəti görüşü keçirildi
22/01/2020 [20:52]:
İlk dəfə qadın prezident seçilib
22/01/2020 [20:20]:
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [19:40]:
Xeyli miqdarda papiros müsadirə edilib
22/01/2020 [18:41]:
Əlillərə imtahanlarda əlavə vaxt və nəzarət altında fasilə veriləcək
22/01/2020 [17:43]:
Sahibsiz heyvanlarla bağlı xeyriyyə tədbiri keçirilib
22/01/2020 [17:29]:
Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [17:26]:
Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub
22/01/2020 [17:21]:
Kolumbiya Qəhvəsinin orijinal ləzzətini Bakıda dadmaq mümkün olacaq
22/01/2020 [16:31]:
Ötən il ekoloji qanunvericiliyin pozulmasına görə 868 nəfər cərimələnib
22/01/2020 [15:46]:
Azərbaycanda dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb
22/01/2020 [14:44]:
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
22/01/2020 [14:22]:
Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb
22/01/2020 [14:15]:
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22/01/2020 [14:01]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb
22/01/2020 [13:50]:
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
22/01/2020 [13:20]:
Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü
22/01/2020 [12:57]:
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
22/01/2020 [12:42]:
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
22/01/2020 [12:22]:
Seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
22/01/2020 [12:14]:
Hikmət Hacıyev: “Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq”
22/01/2020 [12:06]:
Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarını müzakirə edib
22/01/2020 [11:49]:
Əsas kapitala yönəldilmiş məbləğin miqdarı açıqlanıb
22/01/2020 [11:19]:
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
22/01/2020 [11:19]:
Neft hasilatı 3% azalıb, qaz hasilatı isə 28% artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
Musiqili Teatrda “İstintaq” olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin