Azərbaycanlıların Rusiyada “xiyar davası”

15/05/2019 [10:18] - Gündəm (219)



Volqoqradda uzun çəkən “xiyar davası” ilə məşhur olan Azərbaycan klanının nümayəndəsi məhkəmə qarşısında cavab verib. 39 yaşlı Vüqar Əsədov Jiquli bazasını “əlində saxlayırmış”. Lakin sahibkarlar arasında “sözə baxmayan” biri peyda olub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, reketçi həmin “sözə baxmayan”a görə 9 il həbs cəzası alıb.

“Volqoqrad vilayət məhkəməsi apellyasiya qaydasında Vüqar Mütəllim oğlu Əsədovun cinayət işinə baxıb. O, ticarəti azad şəkildə davam etdirmək üçün pul tələb etmədə təqsirli bilinib. 2011-2012-ci və 2017-ci illərdə o, əlaltıları ilə birlikdə iş adamlarından topdansatış bazasının ərazisində işləmək üçün hər ay 30 min rubl tələb edib. Etiraz cavabı aldıqdan sonra onlar sahibkarı döyüblər və silahlı basqın törədiblər”, - hüquq-mühafizə orqanının mətbuat katibi Yekaterina Valkovskaya jurnalistlərə bildirib.

Əsədov məhkəmədə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, zərərçəkmişi çoxdan tanıyır və ona nifrət edir. Buna görə də, pul tələbi olmayıb, yalnız onu alçaltmaq istəyib.

Dzerjinsk rayon məhkəməsi Əsədovu təqsirli bilib. Cinayətlərin cəmi nəzərə alınaraq, o, cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərtilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq verilmiş cəzanı çox yumşaq hesab edib, lakin Əsədov iddia edir ki, pul tələb etməyib.

“Volqoqrad Onlayn” nəşri qeyd edir ki, Vüqar Əsədov Azərbaycan klanının üzvüdür. Bu “ailə” Volqoqrad vilayətində kriminal tarixçəsi ilə məşhurdur. “Xiyar qisası” adlanan bu tarixçə 5 il ərzində ən azı 4 ölümə səbəb olub.

Münaqişənin məğzi İrandan idxal edilən xiyarın Jiquli topdansatış bazasında satışının təşkilindəın ibarətdir. Ailənin digər azərbaycanlılarla arası dəyib. Bunun nəticəsində qarşı duran tərəflər 2009-cu ilin fevralında münasibətlərini Anqar nohuru yaxınlığında atışma ilə aydınlaşdırıblar. 15 nəfər ov tüfəngləri və tapançalarla silahlanıblar. Nəticədə, münaqişə iştirakçılarından biri sinəsindən güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib. Daha 3 nəfər başlarından ağır yaralanıblar və xəstəxanaya yerləşdiriliblər.

Bundan sonra Vüqarın doğma qardaşı Zülfüqar qətlə yetirilib. Onu 2015-ci ilin sentyabr ayının 26-da Kalaşnikov avtomatından güllələyiblər. Zülfüqar da silahla cavab verib. Bu, artıq üçüncü qəsd hadisəsi olub.

Qardaşların atası Mütəllim Əsədovun da həyatına qəsd hadisəsi baş verib. 2010-cu ilin aprelində onu killer vasitəsilə qətlə yetirməyə cəhd ediblər. Sifarişli qatil axrtarışa verilsə də, tapılmayıb.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
19/09/2019 [23:58]:
Qubada 148 ailə özünüməşğulluq proqramına cəlb edilib
19/09/2019 [22:40]:
İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı
19/09/2019 [21:23]:
Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib
19/09/2019 [20:32]:
Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq
19/09/2019 [20:08]:
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
19/09/2019 [19:41]:
İmişlidə ana oğlu ilə birgə özünü çaya atmaq istəyib
19/09/2019 [18:47]:
Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb
19/09/2019 [18:14]:
Astara sakinindən heroin götürülüb
19/09/2019 [17:47]:
Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb
19/09/2019 [17:35]:
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
19/09/2019 [17:20]:
Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
19/09/2019 [16:52]:
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
19/09/2019 [16:30]:
Xaçmazda dəyərindən ucuz satılan qızıllar oğurluq imiş
19/09/2019 [16:18]:
Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"
19/09/2019 [16:05]:
Gənclər narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirilib
19/09/2019 [16:00]:
Yazıçı Əli Əmirlinin yenicə çapdan çıxmış kitabının imza günü olacaq
19/09/2019 [15:35]:
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
19/09/2019 [15:20]:
MBNP-də İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib
19/09/2019 [15:00]:
Mbappenin transferi üçün rekord məbləğ
19/09/2019 [14:43]:
Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb
19/09/2019 [14:31]:
“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatıb
19/09/2019 [14:21]:
İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur
19/09/2019 [14:00]:
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19/09/2019 [13:46]:
Milli İncəsənət Muzeyində uşaqlar üçün yeni layihə -“Musiqi xəzinəsi”
19/09/2019 [13:34]:
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin