Azərbaycanda ilk dəfə “İnnovasiya Festivalı” keçiriləcək

14/05/2019 [18:59] - Mədəniyyət (100)



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə “İnnovasiya Festivalı” (İnnoFest) keçiriləcək.

“Report” nazirliyə istinadən xəbər verir ki, “İnnoFest” çərçivəsində qlobal təşkilatların, şirkətlərin və nüfuzlu şəxslərin iştirakı ilə sammit və forumlar, robotexnika yarışları, kiber idman turnirləri, innovasiya, startap müsabiqələri, sərgilər, texnopartilər təşkil ediləcək.

Beləliklə, hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən “Monex Summit” tədbiri bu il 30 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək. Tədbirdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə, “fintech” və bank sənayesinin ən mühüm liderləri iştirak edəcək. İki gün davam edəcək tədbirdə “fintech” liderlər, “C-level” təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər Bakıda təcrübə mübadiləsi aparacaq.

Cari il mayın 31-dən iyunun 3-dək ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək. Forumun təşkilində əsas məqsəd Azərbaycan və region ölkələri gənclərini bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsidir. 3 gün davam edəcək tədbirə müxtəlif ölkələrdən, əsasən 17-29 yaş arası gənclər qatılacaq.

29-30 mayda Bakıda “Şərq tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə növbəti seminar keçiriləcək.

Nazirlik yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə cari ilin 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (MAİNTECH – 2019) keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

“Azərmarka” MMC tərəfindən keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsinin qalibləri də “İnnoFest Village”də elan ediləcək.

Bakının ali təhsil müəssisələrini əhatə edən "İdeyadan Biznesə" layihəsi çərçivəsində 3 günlük startap müsabiqəsinin nəticələri də “İnnoFest” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Bakı Finalında bəlli olacaq.

4 iyunda Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək.

Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “RoboPark”ın tərəfdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Heydər Əliyev Mərkəzində Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı (DronTech) keçiriləcək.

"İnnovasiya Festivalı" çərçivəsində “Baku Open Cyber Cup” kiber idman turniri də təşkil ediləcək.

1 iyunda Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar təşkil olunacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mars Academy”nin dəstəyi ilə Bakıda ilk dəfə “TechFest” keçiriləcək.
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
İlham Əliyev iftar mərasimində iştirak edib
Mayın 24-ə hava proqnozu
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
Xəbər lenti
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
23/05/2019 [16:59]:
İzmirdə 8 PKK terrorçusu saxlanıldı
23/05/2019 [16:25]:
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23/05/2019 [15:42]:
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub
23/05/2019 [15:38]:
Türkiyə İrandan qaz idxalını dayandırıb
23/05/2019 [15:21]:
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23/05/2019 [14:53]:
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
23/05/2019 [14:46]:
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
23/05/2019 [13:57]:
Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə
23/05/2019 [13:21]:
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
23/05/2019 [13:04]:
Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev icra başçılarının yerini dəyişdi - siyahı
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin