Deputatlar: “Böyük Britaniya XİN-in xəbərdarlığı anlaşılan deyil”

13/05/2019 [18:31] - Gündəm (257)



“Böyük Britaniya Xarici İşlər Nazirliyinin mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması, iaşə obyektlərinin yanında qarət hallarının mövcud olması barədə verdiyi xəbərdarlıq həqiqəti əks etdirmir”.

Bunu ONA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

Deputat ölkəmizin bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladıb: “Azərbaycanda hər zaman təhlükəsizlik baxımından çox etibarlı tədbirlər həyata keçirilir. İndiyə qədər də beynəlxalq tədbirlərin keçirilməsi zamanı heç bir neqativ hala yol verilməyib. Bu baxımdan Böyük Britaniyanın XİN tərəfindən belə bir xəbərdarlığın yayılması anlaşılan deyil”.

K. Bayramov bildirib ki,  Avropa Liqasının final oyununda Böyük Britaniyanın “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq: “Heç kim üçün sirr deyil ki, dünyada futbol “xuliqanlar”ı arasında İngiltərə futbol komandalarının azarkeşləri öz qəddarlığı və itaətsizliyi ilə seçilir. Bu baxımdan ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, həmin fanatlar tərəfindən hər hansı təxribat hallarına yol verilməsinin qarşısını alsınlar və daha çevik olsunlar. Hesab edirəm ki, hüquq-mühafizə orqanları mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar daha diqqətli olmalı, bütün zəruri təhlükəsizlik tədbirlərini həyata keçirməlidirlər”.

YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov  deyib ki, Azərbaycan mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə bağlı bütün zəruri tədbirləri həyata keçirib: “Amma bütün mötəbər tədbirlər ərəfəsində olduğu kimi, bu dəfə də Azərbaycanı istəməyən qüvvələr ölkəmizə qarşı şər, qarayaxma, böhtan kampaniyalarına başlayıblar. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, beynəlxalq tədbirlər və bir neçə ildir ki, “Formula 1” yarışları yüksək səviyyədə keçirilib. Bu tədbirlərlə əlaqədar ölkəmizə gələn turistlər, qonaqlar, beynəlxalq tədbirlərin nümayəndələri hər zaman yüksək məmnunluq hissi ilə öz ölkələrinə qayıdıblar. Onlar üçün bütün təhlükəsizlik məsələləri tam təmin olunub, yüksək səviyyədə qarşılanıb və yol salınıblar. Çox təəssüflər olsun ki, belə bir qarayaxma kampaniyasına başlanılıb. Bütün bunların arxasında isə anti-milli ünsürlər dayanır”.

C. Osmanovun sözlərinə görə, hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir: “Bildiyiniz kimi, keçən il Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” futbol komandası “Çelsi” ilə eyni qrupda yer almışdı. “Çelsi” komandası həmin mərhələ zamanı Bakıya gəlmişdi və futbolçular, azarkeşlər həmin oyundan da narazı getməmişdilər. Hesab edirəm ki, bütün tədbirlərdə olduğu, kimi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar ölkəmizdə bütün zəruri tədbirlər həyata keçiriləcək”.

Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini, YAP üzvü Musa Quliyev isə  deyib ki, məlum xəbərdarlıqla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır: “Çünki onların verdiyi xəbərdarlıq heç bir obyektivliyə sığmır, reallığı əks etdirmir və Azərbaycana dost olmayan bir münasibətdir. Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni əlaqələri Avropa ilə yaxşılaşdırmaq və daha yüksək müstəviyə keçirmək niyyətindədir. Amma hələ də Avropada elə dövlətlər var ki, Azərbaycana dost olmayan münasibət ortaya qoyurlar.  Hesab edirəm ki, bunda erməni lobbisinin də təsiri var. Ölkəmizin Böyük Britaniyanın BP şirkəti ilə uzunmüddətli xoş münasibətlərinin olduğunu da qeyd etmək istərdim".

Deputat hər dəfə mötəbər tədbirlər ərəfəsində olduğu kimi, bu dəfə də Azərbaycanı istəməyən qüvvələrin ölkəmizə qarşı şər, qarayaxma, böhtan kampaniyalarına başlamasından təəssüf hissi keçirdiyini vurğulayıb: “Azərbaycan hər zaman beynəlxalq yarışları, humanitar, iqtisadi tədbirləri yüksək səviyyədə təşkil edib. Hesab edirəm ki, Böyük Britaniya XİN-in müraciətindən asılı olmayaraq,  Avropa Liqasının final oyunu da Azərbaycanda yüksək səviyyədə keçiriləcək, Azərbaycanın necə tolerant, təhlükəsiz ölkə olduğu bütün dünyaya bir daha nümayiş olunacaq”.
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
13/12/2019 [23:59]:
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək bürünc medal qazanıb
13/12/2019 [22:44]:
Üç rayonun təhsil şöbəsi hesabat verib
13/12/2019 [21:13]:
Almaniya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
13/12/2019 [20:50]:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
13/12/2019 [19:44]:
Formula 2-də Antuan Yuber mükafatı təsis edilib
13/12/2019 [18:35]:
“Master və Marqarita” ABŞ-da ekranlaşdırılacaq
13/12/2019 [17:12]:
“Nəsimi ili”nə dəyərli töhfə
13/12/2019 [16:31]:
TAP-ın 90,7%-i icra olunub
13/12/2019 [15:51]:
Ekspert: "Yaxın 2-3 ildə kirayə mənzil bazarında qiymətlər stabilləşə bilər"
13/12/2019 [15:23]:
Baş Nazir digər nazir postlarından istefa verəcək
13/12/2019 [14:40]:
Putinlə zarafata qadağa qoyulub?
13/12/2019 [14:20]:
Etiraz aksiyaları səbəbindən Fransaya turist axını azalıb
13/12/2019 [14:16]:
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib
13/12/2019 [13:51]:
Moskvada Yunus Əmrənin büstü qoyulacaq
13/12/2019 [13:18]:
Zinəddin Zidan: "Liverpul"la görüşsək, onları məhv edəcəyik"
13/12/2019 [12:48]:
Abşerondan iddialı namizəd - Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır
13/12/2019 [12:43]:
Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracı 10% azalıb
13/12/2019 [12:22]:
Tramp: “Çinlə ticarət sazişini imzalamağa çox yaxınıq”
13/12/2019 [11:50]:
Giorgi Qaxaria: “Azərbaycanın GUAM-a sədrliyi məhsuldar və effektiv olacaq”
13/12/2019 [11:21]:
"Quş qripi" ilə bağlı növbəti monitorinqlərə start verilir
13/12/2019 [10:47]:
UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib
13/12/2019 [10:00]:
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
13/12/2019 [00:10]:
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
12/12/2019 [23:59]:
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
12/12/2019 [22:14]:
Hava çirklənməsinə görə etiraz aksiyası keçirilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Elmar Məmmədyarov Latviyaya gedəcək
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin