Qüdrət Həsənquliyev: Azərbaycan seçimini etməlidir, zaman çoxdan yetişib

13/05/2019 [14:03] - Siyasət (227)



Mayın 13-14-də Brüsseldə “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə mühüm tədbirlər keçiriləcək. Avropa İttifaqı institutlarının liderləri, Avropa İttifaqına üzv ölkələrin və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi görüşdə Azərbaycanın da yüksək səviyyədə iştirakı gözlənilir, bununla bağlı qurum rəsmiləri dəfələrlə arzularını dilə gətiriblər.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevlə Qarabağ mövzusunu da əhatə edən budəfəki söhbətimizdə əvvəlcə bu mövzudan bəhs etdik.

- Qüdrət bəy, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində atdığı addımları necə dəyərləndirmək olar? Dünyanın aparıcı təşkilatı ilə əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

- Əlbəttə, biz Avropa ilə əməkdaşlıq etməliyik. Hətta Rusiyanın özü də Avropa ilə əməkdaşlığa can atır. Biz görürük ki, Avropanın tətbiq etdiyi sanksiyalardan Rusiya nə qədər pəjmürdə olur və buna öz etirazını bildirir. Digər tərəfdən, bizim əsas valyuta gəlirlərimiz Avropanın hesabınadır. Yəni biz neftimizi və qazımızı İsrailə və Avropa ölkələrinə satırıq. İsrail Yaxın Şərqdə yerləşsə də, özünü bir Avropa dövləti hesab edir, hətta Avropa Çempionatına qatılır, bir Qərb dövləti olaraq qəbul olunur. Rusiya özü də enerjidaşıyıcılarını Avropa bazarına çıxarır. Buna görə də Avropa ilə münasibətlərimizin yaxşı olması məqsədəmüvafiqdir. Bundan başqa, Avropa demokratik, hüquqi dövlət quruculuğu prosesində böyük uğurlara imza atıb. Azərbaycan bundan xeyli dərəcədə faydalanmalıdır. Yəni onlar insan haqları, qanunun aliliyi ilə bağlı ali dəyərləri mənimsəyib. Bu baxımdan onların təcrübəsindən öyrənməliyik və öyrənməli olduğumuz çox şey var.

- Bu əməkdaşlığın riskli tərəfləri varmı?

- Azərbaycan Qərbə inteqrasiya yolu tutmayıb. Yəni imzalanacaq saziş də Azərbaycanın Qərbə inteqrasiya olunması istiqamətində hansısa bir addım deyil. Amma mən hesab edirəm ki, Azərbaycan seçim etməlidir, zaman çoxdan gəlib çatıb. Azərbaycan Qoşulmama Hərəkarından imtina etməli, Rusiya ilə danışıqlara başlamalıdır. Əgər Rusiya Qarabağın azad olunması istiqamətində bizə dəstək verəcəksə, o zaman Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər, təbii, əgər Rusiya bunu istəyirsə...

- Söhbətimiz atəşkəsin 25 illiyinə təsadüf edir. Yeri gəlmişkən, bu günlərdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da Azərbaycanın Ermənistanla deyil, məhz Rusiya ilə danışıqlar aparması təşəbbüsü ilə çıxış etdi. Əvvəllər siz belə təkliflə dəfələrlə çıxış etmişdiniz...

“Dağlıq Qarabağdakı erməniləri qovub 
Ermənistanın indiki sərhədləri daxilinə 
tökmək bir neçə günün işidir, 
erməni xalqı gərək bunu anlasın...”

- Tamamilə doğrudur. Əgər Rusiya rəsmiləri gəlib İrəvanda rəsmən deyirlərsə ki, Ermənistan bizim forpostumuzdur və prezident qarışıq, heç kim buna etiraz etmirsə, deməli, onlar da Rusiyanın forpostu olduqlarını qəbul edirlər. Biz də bunu daim deyirik ki, Ermənistan Rusiyanın forpostudur. Əgər Rusiyanın forpostudursa, Dağlıq Qarabağ məsələsində necə müstəqil qərar qəbul edə bilər? Əgər müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdursa, onunla danışıq aparmağın nə mənası var? Azərbaycan rəsmiləri də, biz də vaxtaşırı deyirik ki, Ermənistan həyati mənafeləri bu münaqişəni Azərbaycanla tez bir zamanda tənzimləməyi tələb edir, Ermənistanın iqtisadi inkişafı Azərbaycanla yaxşı münasibətlərin qurulmasından keçir, yalnız bu halda Ermənistan regional layihələrə, kommunikasiya xətlərinə qoşula bilər və s. Siz elə bilirsiniz ki, Ermənistandakı siyasətçilər bunu başa düşmür? Gözəl başa düşürlər.

Amma onlar erməni xalqına deyə bilməzlər ki, biz də başa düşürük, Azərbaycan xalqı ilə barışmalıyıq, amma Azərbaycanla barışsaq, bizim başımıza güllə sıxacaqlar. Erməni siyasətçiləri özlərinin təhlükəsizliyi və siyasi karyeraları üçün məcburdurlar özlərini elə göstərsinlər ki, Rusiyanın istədiyini söyləsinlər. Tutaq ki, desinlər Qarabağ müstəqil olmalıdır, yalnız Dağlıq Qarabağın “müstəqilliyinin” qarşılığında biz işğal olunmuş rayonları - Kəlbəcər, Laçın da istisna olmaqla - qaytara bilərik. Ermənilər əslində barışığa və sülhə imkan verməyən mövqeni ona görə sərgiləyirlər ki, bunun Rusiyaya lazım olduğunu anlayırlar. Yəni onlar qanmazlıqdan bu mövqeni sərgiləmirlər. Həm də belə mövqe ortaya qoymaqla xalq qarşısında sifətlərini qoruyub-saxlamaq istəyirlər ki, biz Rusiyanın mövqeyindən çıxış etmirik, öz siyasi mövqeyimiz Dağlıq Qarabağın müstəqil olmasından ibarətdir.

Amma mən sizi tam əmin edirəm ki, erməni siyasətçilərin içərisində Qarabağın müstəqil olmasını istəyən siyasətçilərin 95 faizi həmin mövqenin onların siyasi karyeraları üçün vacibliyini anladıqlarından bu mövqeni sərgiləyirlər. Ona görə də daim demişəm ki, bunu gizlətməyin adı yoxdur, yerli-yersiz “Rusiya bizim qardaşımızdır, dost dövlətdir, vasitəçilikdir” demək... Hələ vasitəçiliyinə görə Rusiyaya təşəkkür də edirik. Bu siyasətə son qoyulmalıdır. Amma Rusiyaya deyilməlidir ki, biz sizinlə həqiqi dost ola, həqiqi maraqlarınızı qoruya bilərik. Bu şərtlə ki, siz problemi həll etməyimizə imkan verməlisiniz. Sizin də maraqlarınız Azərbaycanın Avrasiya İttifaqına üzv olmasından keçirsə, böyük məmnuniyyətlə, qoşulaq. Yaxud KTMT-yə üzv olmaqdırsa, qoşulaq və s. Azərbaycan bunu Rusiya ilə açıq danışmalıdır. Yox, əgər Rusiya desə ki, bizi bu işə qatmayın, yenə də özünü o yerə qoysa ki, nə baş verdiyini guya başa düşmür, “biz sadəcə, vasitəçiyik, dinc yolla bu problemi həll etməyə çalışırıq” desə, “necəsən, özümü qoyum qanmazlığa, atan yansın” siyasəti tutulsa, o halda Azərbaycan qərar verməlidir.

- Məsələn, hansı qərarı?

- O zaman Azərbaycan açıq-açığına qərbyönümlü bir siyasi xətti götürməli, Avroatlantik məkana inteqrasiya xətti yürütməlidir. Mən demirəm ki, biz Rusiyaya müharibə elan etməliyik, onun düşməni olmalıyıq. Yox! İndiki kimi, böyük qonşu dövlətlə əməkdaşlıq davam eləməldir. Amma Azərbaycan açıq-açığına sırf qərbyönümlü, Avrioatlantik məkana inteqrasiya yönümlü addımlar atmalıdır.

- Amma bu da riskli sayılır. Moskvanın sürprizlərini nəzərə alırsınızmı?

- Ən pis variant odur ki, Rusiya Dağlıq Qarabağın “müstəqilliyini” tanıya bilər. Tanısın. Bu, onsuz da heç nəyi dəyişməyəcək. Tanıdı-tanımadı, Dağlıq Qarabağ onsuz da işğal olunub və məskunlaşdırılır. Gücümüz olsa, tanıdı-tanımadı, vurub torpaqlarımızı işğaldan azad edəcəyik. Gücümüz olmayacaqsa da, torpaqların işğal altında tanınmış, yaxud tanınmamış halda qalması  heç nəyi dəyişmir. Mən demirəm ki, Avroatlantik məkana inteqrasiya halında Qərbin bütün dairələri Azərbaycana dəstək verəcək. Yox, xristian həmrəyliyinə görə yenə də Ermənistanı dəstəkləyən olacaq. Amma biz Qərbin müəyyən dairələrinin dəstəyini ala bilərik. Bu baxımdan Azərbaycan seçim eləməlidir. Yəni indi davam edən - həm Rusiya, həm Qərblər müəyyən məsafədə dayanmaq siyasəti Qarabağı işğal altında saxlayır, problemin həllinə heç bir töhfə vermir. Neytral siyasət, Qoşulmayanlar Hərəkatında olmaq Qarabağ probleminin həllinə töhfə vermir. Tarix boyu da belə olub. Ölkələr müharibə aparanda özlərinə müttəfiq axtarıblar, bitərəfliklərini elan etməyiblər.

“Hər gün Ermənistanın şəhərlərinə 
1-2 erməni hərbçinin meyiti aparılmalıdır”


- Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə necə baxırsınız?

- Əgər Rusiya ilə danışıqlarımız alınmasa, dediyim kimi, Azərbaycan öz xarici siyasət kursunu kəskin şəkildə dəyişməlidir. Onda Azərbaycan Gürcüstan, Ukrayna kimi, NATO-ya, Avropa Birliyinə üzvlük üçün rəsmi müraciət etməlidir. O müraciətlər olarsa, əlbəttə, NATO üzvü kimi Türkiyənin də gələcəkdə Azərbaycanda hərbi bazasının yaradılması mümkün görünür. Amma indiki halda, açığı, bu, bir az problematikdir. Həm də təəssüf ki, Türkiyənin özünün NATO-dakı aparıcı dövlətlər - Almaniya, Fransa, ABŞ-la münasibətlərində problemlər var. Ankaranın siyasətinə görə Türkiyəni sıxırlar. İkincisi də Azərbaycanın indiki yürütdüyü neytral siyasət ona imkan vermir ki, Türkiyənin burada bazası olsun. Biz Qoşulmayanlar Hərəkatının üzvüyük, Türkiyənin Azərbaycanda hərbi bazası necə ola bilər? Amma Avropaatlantik məkana inteqrasiya xətti tutsaq, əlbəttə, o zaman Türkiyənin burada hərbi bazası da yarana bilər.

- Qüdrət bəy, keçən il Nikol Paşinyan hakimiyyətə gələndə ümidlər var idi ki, “müharibə partiyası”nın üzvü olmayan bu adamın hakimiyyəti dövründə Qarabağla bağlı anlaşma əldə oluna bilər. Amma erməni baş nazir sələflərindən daha çox radikallıq nümayiş etdirməkdədir, hətta bu günlərdə Azərbaycanın Şuşasında Azərbaycan “Yallı”sına oynadı. Belə olan təqdirdə Bakının Qarabağla bağlı siyasəti necə olmalıdır?

- Açıq deyirəm, Paşinyan bilir ki, Moskvanın ona münasibəti birmənalı deyil və qərbyönümlü siyasətçi olduğu üçün Rusiyada ona çox da güvənmirlər. Ona görə də belə mövqe nümayiş etdirir ki, ayağını Rusiyanın cızdığı dairədən bir santimetr də kənara qoymayacaq.

- Yəni Şuşada o mahnını sifariş edən də Rusiyadır?

- Mən o fikirdə deyiləm ki, ruslar ermənilərə deyiblər gedin, Şuşada tədbir keçirin! Amma məsələnin mahiyyəti Moskvanı sakitləşdirməkdən ibarətdir. Bu, Azərbaycandan çox, Moskvaya verilən mesajdır. Ona görə də deyirəm ki, Moskva ilə oturub danışmaq lazımdır. Nəinki Paşinyan, Ermənistanda istənilən bir siyasətçi Qarabağla bağlı fərqli mövqe sərgiləyə bilməz. Onların fərqli mövqe sərgiləmək imkanları sadəcə, yoxdur. Erməni millətini də ağır xəstəliyə yoluxdurublar. Bu xəstəliyin müalicəsinin də bir yolu var... Azərbaycanda cəhalətə yuvarlanan insanlar “cin çıxartmaq” üçün insanları tikanlı çubuqlarla döyürdülər (Gülür) Ermənilərin müalicəsinin yeganə yolu budur ki, bir Dağlıq Qarabağ ətrafındakı 3-4 rayonu işğaldan azad edirik və ondan sonra erməni xalqı bir növ ayılacaq, başa düşəcək ki, yox, vəziyyət onların düşündüyü kimi deyil. Sovet vaxtı Dağlıq Qarabağda 120 min erməni yaşayıb. Düzdür, indi bir az Suriyadan, bir az Ermənistandan köçürmələr nəticəsində sayı artırıblar. Amma 240 minə qədər azərbaycanlını necə bir neçə gün ərzində Ermənistandan qovub çıxartdılar? Dağlıq Qarabağdakı erməniləri qovub Ermənistanın indiki sərhədləri daxilinə tökmək bir neçə günün işidir, erməni xalqı gərək bunu başa düşsün. Ona görə də deyirəm, gərək Rusiya ilə anlaşıb bir neçə rayonu azad edək ki, ermənilər razılaşmaya getsinlər. Yenə deyirəm, hər şey Azərbaycan rəhbərliyinin hansı siyasi xətti tutacağından asılı olacaq. Fakt budur ki, bu günə qədər davam edən siyasət münaqişəni dondurulmuş vəziyyətdə saxlayır. Hətta əvvəllər təmas xəttində və sərhəddəki atışmalar erməniləri ciddi şəkildə narahat edirdi, işğalçı əsgərlərin öldürülməsi daxildə narazılıq yaradırdı...

- Son günlərdə iki erməni əsgəri ölümcül vəziyyətdə yaralanıb...

- Yox, mən hesab edirəm ki, hər gün işğalçı ordunun əsgərləri öldürülməlidir. Hər gün Ermənistanın şəhərlərinə 1-2 erməni hərbçinin meyiti aparılmalıdır...
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin