109 saylı məktəbdə növbəti "Elina faciəsi"

12/05/2019 [12:05] - Gündəm (776)



Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün aprel ayında intihar etmiş 14 yaşlı məktəbli Elina Hacıyevanın ölümü Azərbaycanda şok effekti yaratdı.

Cəmiyyətdə böyük narazılıq doğuran həm də bu oldu ki, məktəbin direktoru intihar cəhdindən sonra hələ sağ olan Elinanı sorğu-sual etmiş, təcili yardım xidmətinə hadisədən iki saat sonra zəng vurmuş, xəstəxanada qızın valideynlərini onun yanına buraxmamışdılar.

Elinanın faciəsi Azərbaycanda heç müzakirə olunmayan problemlərə diqqət çəkdi. Həmin gün məktəbdə baş verənlərin video-görüntüləri sosial şəbəkələrdə ildırım sürətilə yayılmışdı.

Növbəti “Elina dəhşəti”

Növbəti “Elina dəhşəti”Nizami rayonu 109 nömrəli orta məktəbdə baş verib. Məktəbin 5-ci sinif şagirdi Əliyeva Fatimə Şamxal qızı intihara əl atıb. Beləki, Fatiməyə uzun müddətdir məktəbin Nigar və Bahar adlı müəllimələrindən təzyiqlər varmış. Buna səbəb isə Fatimənin əvvəlcə həmin müəllimlərindən yanına hazırlığa getməsi, daha sonra başqa müəllim tapıb onlardan ayrılması olub. Ardınca məktəbdə Nigar müəllimə tərəfindən 50 manatdan pul yığılıb. Elinanın ailəsinin imkanı çatmadığı üçün 20 manat verməli olublar. Üst-üstə baş verən hər iki hadisədən sonra müəllimələr uşağa savaş açıblar.

“Oğlanla görüşürsən”

Hansı dərsə girsə Fatiməni lövhəyə çıxardıb yersiz tənqid və şər yaxmağa başlayıblar. İntihara səbəb də elə bu olub, İnformatika müəllimi olan Nigar yenə Fatiməni lövhəyə çıxardıb, uşaqların içində geyindiyi corabını, saçına taxdığı aksesuarı lağa qoymağa başlayıb, hamı yaranmış vəziyyətə gülüb. Ürəyi soyumayan Nigar müəllimə ardınca eyni ilə Elina kimi onu hansısa oğlanla danışmaqda və görüşməkdə suçlayıb. Bundan sarsılan Fatimə məktəbdən qayıtdıqdan sonra Whatsapp-la nənəsinə səs ataraq müəlləmiələrinin onu canından bezdirdiyini, ona əxlaqsız damğası vurduqlarını, uşaqların içində dayanmadan alçaldıb təhqir etdiklərini, artıq yaşamaq istəmədiyini deyib.

“Qələt edir şagird də, onun valideyni də”

Sonra telefonu bağlayıb, xəstə atasının qəbul etdiyi bütün dərmanları içib və intihar edib. Otağında onu huşsuz vəziyyətdə tapa valdeynlər onu təcili olaraq Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar. Uşaq 17 saat komada qalıb. Hazırda Nizami rayonu 24-cü polis idarəsində Fatimə Əliyevanın intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başladılıb tərəfindən araşdırma aparılır. Fatimə Əliyevanın intiharı ilə bağlı məktəbin direktoru Fizuli Xudiyevə zəng etdik. Cəmiyyət İnformasiya Agentliyindən olduğumuzu və ailənin şikayət etdiyini söyləyən kimi Fizuli Xudiyev səsini başına atdı: "Əşşi, nə mətbuat, nə agentlik e... Məsələni prokrorluq araşdırır, qələt edir şikayət edən valideyn də, şagird də" deyib, telefonu üzümüzə bağladı.(Cia.az)
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin