Nazirlər Kabineti 35 müəllifin əsərlərini və 11 filmi dövlət varidatı elan etdi

11/05/2019 [16:57] - Mədəniyyət (248)



Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.

Bununla da 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Həmin müəlliflərin və filmlərin siyahısını təqdim edirik.

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

1. Qətran Təbrizi;

2. Məhsəti Gəncəvi;

3. Əfzələddin Xaqani;

4. Nizami Gəncəvi;

5. Qazi Bürhanəddin;

6. İmadəddin Nəsimi;

7. Aşıq Qurbani;

8. Şah İsmayıl Xətai;

9. Məhəmməd Füzuli;

10. Aşıq Abbas Tufarqanlı;

11. Molla Pənah Vaqif;

12. Molla Vəli Vidadi;

13. Qasım bəy Zakir;

14. Mirzə Fətəli Axundzadə;

15. Həsən bəy Zərdabi;

16. Seyid Əzim Şirvani;

17. Xurşidbanu Natəvan;

18. Mirzə Ələkbər Sabir;

19. Nəcəf bəy Vəzirov;

20. Aşıq Ələsgər;

21. Cəlil Məmmədquluzadə;

22. Əbdürrəhim bəy Haqverdiyev;

23. Cəfər Cabbarlı;

24. Əhməd Cavad;

25. Mikayıl Müşfiq;

26. Əhməd bəy Ağayev;

27. Əli bəy Hüseynzadə;

28. Nəriman Nərimanov;

29. Məmməd Səid Ordubadi;

30. Hüseyn Cavid;

31. Əzim Əzimzadə;

32. Yusif Vəzir Çəmənzəminli;

33. Üzeyir Hacıbəyov;

34. Səməd Vurğun;

35. Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər:

“Sevil ” (1929-cu ildə çəkilmişdir);

2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

3. “İsmət”(1934-cü ildə çəkilmişdir);

4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

11. “Görüş” (1955-ci ildə çəkilmişdir).
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
22/02/2020 [11:54]:
ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:54]:
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimçilər üçün təlim keçirilib
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
21/02/2020 [13:47]:
ABŞ İrana yeni sanksiya tətbiq etdi
21/02/2020 [13:22]:
Hendrik Ekşteyn: "Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin