Qüdrət Həsənquliyev: Böyük qəhrəmanlıqlara və itkilərə hazır olmalıyıq...

11/05/2019 [02:57] - Gündəm (132)



Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibə

- Qüdrət bəy, Şuşanın və Laçının işğalından 27 il keçir. Necə düşünürsünüz, torpaqlarımızı işğaldan azad edə biləcəyikmi? Yoxsa bəzi adamların dediyi kimi, Şuşaya yalnız turist kimi getmək barədə düşünməliyik?

– Fakt budur ki, müharibəni xalq olaraq uduzmuşuq. Bizi XIX-cu əsrdə Rusiya imperiyasının tərkibinə könüllü, yaxud zorla qatanda kiçik xanlıqlar şəklində yaşayırdıq. O zaman mərkəzləşmiş dövlətimiz və vahid milli şüur olmayıb. Ona görə də rəhmətlik Elçibəy deyirdi ki, güclü dövlət quruculuğu MİLLƏTLƏŞMƏKdən keçir.

Sovet hakimiyyəti illərində repressiya mühiti ali dəyərlərə yiyələnmiş millət kimi formalaşmağımıza imkan vermədi. Onun nəticəsi idi ki, qorxu mühitində yaşamış xalqımız ermənilərin qarşısına yaxşı dövlət adamları, diplomatlar, siyasətçilər, hərbçilər, jurnalistlər çıxara bilmədi. Nəticədə, güclü siyasətçilərimiz və diplomatlarımız olmadığı üçün özümüzə müttəfiq tapa bilmədik. Hətta xalqımızın ruhunu, gen yaddaşını oyadıb onu savaşa səfərbər edəcək şeirlər, əsərlər yazılmadı. Hazırlıqlı jurnalistlərimiz və düzgün informasiya siyasətimiz olmadığı üçün informasiya müharibəsini uduzduq. İşğala məruz qaldığımız halda bizə sanksiyalar tətbiq olundu. Peşəkar hərbçilərimiz yetərincə olmadığı üçün döyüş meydanında uduzduq. Siyasi şüurun zəifliyi xalqımızı təxribatlar qarşısında midafiəsiz qoymuşdu. Repressiya mühiti insanlara qorxu və satqınlıq hissləri aşıladığından aramızdan çoxlu xainlər çıxsa da, həmin xainlərə və güclü düşmənlərimizə qarşı dayana biləcək yetərli sayda qəhrəmanlar ortaya qoya bilmədik. Təəssüf ki, uzun illərin müstəqillik və “atəşkəs” dövründə də bu nöqsanları tam aradan qaldıra bilməmişik. Sovet dövrü qonşularımız dünya elminə və mədəniyyətinə çıxış imkanı verən rus dilini əsasən mənimsədiyi halda biz bunu bacarmadıq. SSRİ Ali Sovetində olan deputatlarımız rəqiblərə cavab vermək imkanı olmayanda çarəni sap düyünləyib, cadu edib onların dillərini bağlamaqda görürdü. İndi onlar dünya dili olan ingilis dilini mənimsəyir, biz isə rus dilində təhsil verən məktəblər açırıq. Hətta bu misalla da müharibəni niyə uduzduq sualına cavab tapmaq olar. Bu gün də yüksək ballar toplayan istedadlı gənclərimizi ali hərbi məktəblərə cəlb edə bilməmişik. Hər il beş yeni tank almaqdansa, yaxud İTV kimi beş kanalı saxlamaqdansa informasiya müharibəsində rəqabətə davamlı olmaq üçün avropalıların 35%-nin etibarlı informasiya mənbəyi kimi qəbul etdiyi “Əl Cəzirə” (Al Jazeera) kimi ingilis dilli bir kanalın açılmasının vacibliyini qəbul edə bilməmişik və s.

Ona görə də təxribatçı agentlər bilərəkdən insanları mənən sındırmaq üçün “Şuşaya turist kimi gedəcəyik” kimi fikirlər səsləndirirlər. Amma etiraf edək ki, real vəziyyəti təhlil edib ümidsizliyə qapılaraq artıq “Qarabağ gedib” deyə düşünənlər, hətta bu barədə açıq danışanlar da var.

Vəziyyətdən çıxış yolu daxildə islahatları dərinləşdirməkdən, Rusiya ilə danışıqlar aparıb anlaşmağa cəhd etməkdən və bu alınmasa xarici siyasətdə qərbyönümlü, avroatlantik məkana inteqrasiya xətti götürüb torpaqlarımızın azadlığı üçün böyük qəhrəmanlıqlara və itkilərə hazır olmağımızdan keçir.

Bunun alternativi heç bir qərar qəbul etmək gücündə olmayan ermənilərlə danışıqlar üçün hətta vaxt qoymaq belə imkanımızın olmadığı mənasız yüzillik danışıqlar aparmaq olacaq. Ermənilər isə torpaqlarımızı məskunlaşdıracaq, təbii sərvətlərimizi talayacaq. Biz isə güclü dövlətimizin olmasından ağızdolusu danışacaq, hərbi paradlarda Ordumuza baxıb qürur hissi keçirəcək, Qarabağın işğaldan azad olunması üçün möcüzə gözləyəcəyik. Əsl həqiqət bundan ibarətdir.

“İranda yaşananlar bizi ciddi narahat edir”


- İran-ABŞ münasibətləri barədə fikirləriniz nədir? Qarşılıqlı hədələr hara aparıb çıxaracaq?

– İran həm azərbaycanlıların dövlətidir (tam milli haqlarına sahib olmasalar da), həm də bizə qonşu müsəlman dövlətidir. Ona görə orada yaşananlar bizi ciddi narahat edir. Düşünürəm, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan hərbi qarşıdurmadan yayınsınlar. Mətuatdan oxudum ki, Tramp İran Prezidentini danışıqlara dəvət edib. Məncə, bu şansdan yararlanmaq lazımdır. 

Ümumiyyətlə isə, mən İranın nüvə texnologiyasına sahib olmasını və gələcəkdə nüvə silahı əldə etməsini təhlükə kimi qəbul etmirəm. İrandan daha az demokratiyaya sahib olan ölkələr nüvə silahına malikdir. Nüvə silahının çəkindirici gücü bəşəriyyəti üçüncü dünya müribəsindən qoruyur. İran nüvə silahı əldə edərsə qısa bir müddət sonra Türkiyə də nüvə silahına sahib olacaq. Bu zaman regionda hərbi balans yaranacaq, bölgədə bir dövlətin hegemonluğuna son qoyulacaq. Region qanlı müharibələrdən sığortalanacaq. Bəzi insanlarımızı o narahat edir ki, İran nüvə dövləti olarsa azərbaycanlıların taleyi necə olacaq? 

Azərbaycanlıların taleyi ilə bağlı variantlardan biri budur ki, onlar çoxlu uşaq dünyaya gətirməlidirlər. Necə ki, Rusiya ilə müharibədən sonra çeçenlər bunu edir. İranın demokratikləşməsi qaçılmazdır. Azərbaycanlılar bu prosesdə yaxından iştirak etməlidirlər. O zaman onlar İranda siyasi hakimiyyəti götürüb xalqların milli hüquqlarını bərpa edər, İranı fars millətçiliyinə söykənən dövlət olmaqdan çıxarıb, çoxmillətli, bərabər hüquqlu bir İran dövlətinə çevirə bilərlər. Farslar Azərbaycan türklərinin idarəetməsində daha firəvan həyata sahib olar, yaxud istəməsələr ayrılıb öz dövlətlərini qurarlar. Çexlər və slovaklar kimi. Dinc və sivil formada. O zaman regionda ən azı türklərin yönəltdiyi iki dövlət nüvə silahına sahib olar ki, bu da regiona sülh, ədalət və rifah gətirər.
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
İlham Əliyev iftar mərasimində iştirak edib
Mayın 24-ə hava proqnozu
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
Xəbər lenti
24/05/2019 [13:23]:
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
23/05/2019 [16:59]:
İzmirdə 8 PKK terrorçusu saxlanıldı
23/05/2019 [16:25]:
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23/05/2019 [15:42]:
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub
23/05/2019 [15:38]:
Türkiyə İrandan qaz idxalını dayandırıb
23/05/2019 [15:21]:
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23/05/2019 [14:53]:
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
23/05/2019 [14:46]:
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
23/05/2019 [13:57]:
Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə
23/05/2019 [13:21]:
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev icra başçılarının yerini dəyişdi - siyahı
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin