Arzuman Abdulkərimov: İqtidarı dəstəkləyən yeni siyasi hərəkata ehtiyac var

08/05/2019 [21:41] - Gündəm (487)



“Hilal” İctimai birliyinin sədri Arzuman Abdulkərimov “Yeni Müsavat”a açıqlamasında ölkədəki mövcud siyasi durumla bağlı yeni təkliflər səsləndirib.

A.Abdulkərimov bildirib ki, Azərbaycanda iqtidarın siyasətini dəstəkləyən yeni bir  siyasi hərəkatın yaradılmasına ehtiyac var: “Son zamanlar müxalif düşüncəli insanlar və müxalifət yönümlü təşkilatlar daha çox hərəkatlar formasında birləşməyə üstünlük verirlər. Məsələn, siyasi partiyaların blokları formalaşır ki, burada eyni zamanda ictimai nüfuzlu şəxslərin qəbuluna da fərd olaraq üstünlük verilir. Xatırlayıram ki, bir zamanlar iqtidarı dəstəkləyən ictimai təşkilatların “məşvərət məclisi” adlı bloku vardı. Orada iqtidaryönümlü partiyalar, təşkilat sədrləri, ictimai nüfuzlu şəxslər  yer alırdılar. Hansı ki, onlar iqtidarın fikrini dəstəkləyir, apardığı siyasətin təbliğatına daha çox üstünlük verirdilər. Eyni zamanda müxalifət düşüncəli siyasi blokların qarşısına iqtidarı dəstəkləyən qeyd etdiyimiz bloklar çıxırdılar. “Məşvərət məclisi” də böyük bir format idi. Orada Yeni Azərbaycan Partiyası, Ana vətən partiyası, Sosial Rifah partiyası yer almışdı. Düşünürəm ki, indi də belə bir format yaratmaq olar. Tək siyasi partiyalar deyil, orada təşkilatlar, ictimai nüfuzlu şəxslər də təmsil oluna bilərlər. Yəni ümumilikdə bu, bir ictimai hərəkat formasında yaradılar. Düşünürəm ki, hazırda buna ehtiyac var. Çünki bu gün hər kəsə bəllidir ki, Azərbaycan iqtidarının apardığı siyasət kifayət qədər dəstəklənir. Düşünürəm ki, iqtidarın apardığı bu cür uğurlu siyasətin təbliğatını daha da gücləndirmək lazımdır. Deyə bilərsiniz ki, internet resursları, televiziyalar var. Ancaq bu, sadəcə olaraq bir formatdır. Hər şeyə sırf olaraq hakimiyyətdə təmsil olunan qüvvələr, nazirlər də cavab vermək zorunda deyillər. Müxalifət tərəfindən formalaşdırılmış hərəkatların arqumentlərinə, qeyd etdiyim, yaradılacaq olan hərəkat cavab verə bilər. Bu, həm də görülən işlərin ictimaiyyətə daha tez çatdırılması üçün lazımlıdır.

A.Abdulkərimov bildirib ki, son zamanlar ölkədə siyasi tonus bir qədər artıqdır: “Azərbaycan iqtidarı Avropa İttifaqı ilə saziş ərəfəsindədir. Bütün hərəkətimizdə, gündəlik həyatımızda bəzi qüvvələrin bu sazişin əleyhinə olduğunu hiss edirik. Burada xarici və daxili faktorlar var. Xarici faktor bir zamanlar Azərbaycan dövlətini ittiham edirdi ki, Avropa İttifaqı ilə sazişə getməyib, bu dəyərlərdən yayınırsız. İndi isə həmin qüvvələr bu sazişə qarşı çıxıb, maneə yaratmağa çalışır. Eyni zamanda Azərbaycanın daxilində radikal müxalifət qüvvələri də var ki, onlar iqtidarı günahlandırırlar ki, siz, Avropa İttifaqı ilə sazişdən, münasibətlərdən qaçırsız. Ancaq əslində bu, belə deyil. Azərbaycanın Avropa, beynəlxalq strukturlarla  çox yaxşı münasibətləri var. Baxırıq ki, Azərbaycan, Avropa İttifaqı ilə saziş ərəfəsindədir və bir zamanlar bunu tələb edən qüvvələr, indi də əks mövqeyə keçiblər. Bunun ziddiyyətini hələ də indiyə qədər anlaya bilmirəm”.

Arzuman Abdulkərimov bildirib ki, hazırda onların da iştirakı ilə 10-a yaxın təşkilatın birləşdiyi formatla fəaliyyət qurublar: “Ola bilər ki, bu ictimai təşkilatların ümumi bir ad altında birləşdirilməsinə start verilsin. Ancaq yenə də biz eyni platformadan çıxış edib, birgə tədbirlərdə iştirak edirik. Növbəti həftə də bizim də təmsil olunduğumuz təşkilatların birgə tədbiri olacaq. Bu tədbir Azərbaycanda sosial siyasi islahatlar və buna maneə olan qüvvələrlə bağlı olacaq. Azərbaycanda sosial siyasi islahatlar başlayandan iqtidar “qara piar”, təhdidlərlə üz-üzədir. Bu barədə də tədbirimizdə açıqlamalar olacaq. Siyasi qüvvələr qərar verərsə, biz də gələcəkdə özümüzü iqtidaryönümlü hərəkatın daxilində görə bilərik”.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
06/08/2020 [12:39]:
"Bavariya” Jerom Boatenqi transferə çıxarıb
06/08/2020 [12:17]:
Gürcüstandan Rusiyaya çağırış
06/08/2020 [12:15]:
Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edilib
06/08/2020 [11:35]:
Fransız alimlər ölkədə epidemioloji vəziyyəti kövrək hesab edirlər
06/08/2020 [11:10]:
Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib
06/08/2020 [10:55]:
ÜST-dən koronavirusla bağlı son rəqəmlər
06/08/2020 [10:30]:
Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
06/08/2020 [10:00]:
Zelenskidən yeni təyinat
06/08/2020 [10:00]:
Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
06/08/2020 [09:34]:
ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq
05/08/2020 [23:58]:
Hərbi təlimdə 18 hərbçi xəsarət alıb
05/08/2020 [23:00]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ
05/08/2020 [21:18]:
Tramp ABŞ iqtisadiyyatını süquta götürür - “Die Zeit”
05/08/2020 [20:51]:
Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşüb
05/08/2020 [20:29]:
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı – Baş Nazir sərəncam imzaladı
05/08/2020 [18:50]:
Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
05/08/2020 [17:38]:
İranda yoxsulluq pik həddə qalxdı
05/08/2020 [16:24]:
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
05/08/2020 [16:00]:
Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05/08/2020 [15:36]:
Prezident: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur
05/08/2020 [14:47]:
Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
05/08/2020 [13:11]:
İker Kasilyas karyerasını başa vurdu
05/08/2020 [12:53]:
50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək
05/08/2020 [12:45]:
Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var
05/08/2020 [12:44]:
İndi Cammu və Kəşmirin və Ladaxın inteqrasiyasını qeyd etmək vaxtıdır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin