Hər bir ölkənin inkişafı üçün davamlı xarici iqtisadi əlaqələr, investisiya yatırımları, yaxın və uzaq region ölkələri ilə müştərək qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan həm dövlət tərəfindən, həm də konkret ölkənin özəl sektor nümayəndələri tərəfindən reallaşdırılan işlər bütün tərəqqipərvər cəmiyyətlərdə hər zaman təqdir olunur.
Son iki onillik ərzində Azərbaycanın özəl sektorunu
təmsil edən şirkətlərinin, həmçinin ayrı-ayrı biznesmenlərin xarici ölkələrdə
gördüyü uğurlu işlər də bu baxımdan daim ciddi diqqət mərkəzindədir. Öz
müvəffəqiyyətləri ilə hər bir azərbaycanlı vətənpərvərə sevinc bəxş edən belə
uğurlar az olmasa da, təəssüf ki, buna nail olmaq heç də hər zaman asan başa
gəlmir. Elə bu günlərdə Rusiya ərazisində neçə ildən bəri səylə çalışan bir
şirkətimizin qarşılaşdığı ağlasığmaz problemlər buna daha bir əyani sübutdur.
Söhbət Moskva şəhəri və ətraf regionda reallaşdırdığı möhtəşəm layihələrlə
adından söz etdirən SDI Group şirkətinin qarşılaşdığı haqsızlıqlardan
gedir.
Mahiyyətcə ötən əsrin 90-cı illərində bir çox postsovet
ölkələrində baş verən hərcmərclik, reketlik, özbaşınalıqları xatırladan bu
hadisələrin təfərrüatına keçmədən öncə qeyd edək ki, SDI Group şirkəti 2005-ci
ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan və qısa müddət ərzində iri
dövlət layihələrinin icrasında böyük uğurlar əldə edən Akkord Şirkətlər
Qrupunun keçmiş rəhbəri İlqar Hacıyev tərəfindən yaradılaraq fəaliyyət
göstərir. Cəmi 4-5 il ərzində yerli miqyaslı bir müəssisəni beynəlxalq
transmilli şirkət səviyyəsinə yüksəldən, fəaliyyətini Gürcüstan, Türkiyə,
Ukrayna, Özbəkistan, Qazaxıstan kimi ölkələrə yayan bu bacarıqlı iş adamının
2011-ci ildə Rusiyada yaratdığı SDI Group şirkəti də az vaxtda bir sıra böyük
layihələrə start verib. Əsasən, çoxsaylı yaşayış komplekslərinin, həmçinin
Moskva ətrafında ayrıca bir şəhərciyin tikintisindən ibarət işlər cari ilin
əvvəlinədək yüksək sürət və keyfiyyətlə davam etdirilib. Bütün yerli
normativlər, qanunvericilik bazasının tələbləri, beynəlxaql standartlara uyğun
olan bu fəaliyyət şirkətə rəhbərlik edən İlqar Hacıyevi Rusiya məkanında da bacarıqlı
və məsuliyyətli iş adamı kimi tanıdıb. Demək olar ki, artıq hər kəsin bu
istedadlı biznesmenin qonşu ölkənin iş dünyasında da getdikcə daha böyük uğur
və nüfuz qazanacağını düşündüyü bir vaxtda SDI Group olduqca gözlənilməz bir
qalmaqalın ortasında qalıb. Səbəb isə, sadəcə, ağlasığmazdır –Rusiya
Federasiyası kimi sivil bir qanun dövlətində “oğru qanunları” ilə fəaliyyət
göstərən bir qrup, azərbaycanlı biznesmenin ugurlu fəaliyyətinin nəticəsini güc
yolu ilə mənimsəmək niyyətinə düşüb. Qrupa isə, nə az-nə də azacıq – Forbes
ünvanlı milyarder Qod Nisanov rəhbərlik edir!!!
Qeyd edək ki, bu ağlasığmaz qalmaqal artıq Rusiya
mətbuatında da geniş rezonans doğurub. Lakin məsələ ilə bağlı Rusiya
mətbuatında gedən xəbərlər əslində bu ilin yanvar ayından başlayan proseslərin
sadəcə, son mərhələsini, yəni aprel ayının 26-də SDI Group-un Moskva şəhəri,
Kutuzov prospekti, 3 ünvanda yerləşən Baş ofisinə edilən basqın və ofisin zəbt
olunmasını işıqlandırır. Baş verənlərin qısa məzmunu isə, Rusiya KİV-də belə
təsvir olunur (mənbə: svoboda.org):
“- Bizim
iş günümüz səhər saat 8-də başlayır. Qapılar bağlanıb, əməkdaşlar işə gəlsələr
də binaya daxil ola bilmədilər. Sonra içəridən bir nəfər çıxdı və dedi: bu gün
heç kim sizi içəri buraxmayacaq, - SDI Group tikinti şirkətinin əməkdaşı Reqina
İşmakova bildirir.
SDI Group
nümayəndələri "Azadlıq Radiosu"na video təqdim ediblər: şirkətin
işçiləri ofisin girişi qarşısında dayanblar, onlar heç olmasa şəxsi əşyalarını
götürmək üçün içəri daxil olmaq istəyirlər. Ofisin daxilində olan adamlar bunu
etməyə razılaşsalar da, onları növbə ilə və yalnız nəzarət altında keçmək şərti
ilə buraxa biləcəklərini deyirlər.
Videoda
polis işçiləri də görünür, lakin vəziyyətə müdaxilə etmirlər.
SDI
Group-da çalışan hüquqşünas Dəmir Bəşirov izah edir ki, şirkətin ofisi
təcavüzkar tərəfə tabe olan Özəl Mühafizə Müəssisəsi (ÖMM) tərəfindən mühafizə
edilir:
ÖMM bizimlə müqavilə bağlayıb. Yəni bizim
öz mühafizəmiz bizi öz ofisimizə buraxmır! Biz üç dəfə “112”-yə zəng edib polis
çağırmışıq. Necə olursa, hər dəfə eyni heyət gəlir, hərçənd, bu mümkün deyil.
Bu necə olur, eyni polis heyəti heç bir başqa çağırışa getmir və hər dəfə
məxsusi oturub bizim ünvandan daxil olan çağırışa gəsin? Biz polisə dedik: biz
bu ofisi icarəyə götürmüşük, gəlin içəri daxil olaq, məkanın icarə müqaviləsini
sizə göstərək. Biz istənilən vaxt ÖMM-in xidmətindən imtina hüququna sahibik və
siz, polis əməkdaşı kimi onları bizim ofisimizdən çıxarmalısınız. Polislər isə
bizə deyirlər ki, ÖMM burada qanuni əsaslarla dayanıblar, siz isə... burda dura
bilərsiniz, - Bəşirov bildirir.
Beləliklə, paytaxtın iri tikinti şirkəti
aprelin 24-dən öz ofisindən məhrum olum. Şirkət nümayəndələri deyirlər ki,
başqa polis əməkdaşları (“112” çağırışına gələnlərdən fərqli) ofisdən bəzi
sənədlər aparıblar. SDI Group-un ofisi Kutuzov prospekti, 3 ünvanda yerləşir.
Moskva çayının o biri sahilində isə. Rusiya hökumətinin iqamətgahı – Ağ Ev
yerləşir.
Şirkət nümayəndələrinin sözlərinə görə,
aprelin sonunda baş verən hadisə onların ofisinə artıq ikinci basqındır.
Yanvarın sonunda Ağ Evin qarşısındakı binaya bir qrup cüssəli adam daxil olub
(bu video "Azadlıq Radiosu"nda var). Onlar bəyan ediblər ki, indi hər
kəs SDI Group-da qeydiyyatda olmayan hansısa qadının göstərişlərini icra
etməlidirlər. İşmakovanın bildirdiyinə görə, o vaxtdan bu qadın üç ay şirkətdə
bütün əməliyyatlara nəzarət edib, indi isə, ofisi idarə edir. SDI Group
nümayəndələrinin mülahizəsinə görə, hər iki basqın Qod Nisanov tərəfindən
təşkil edilib. Nisanov Forbes-in siyahısında 37-ci pilləni tutur, onun varidatı
3.3 milyard dollar dəyərində qiymətləndirilir. O, paytaxtın iri bazar və
ticarət mərkəzlərinin, həmçinin başqa aktivlərin sahibidir. SDI Group – İlqar
Hacıyevin şirkətidir, əvvəllər o, Ümumrusiya Azərbaycanlıları Konqresinə rəhbərlik
edib.
- Bizim layihələrimizdən biri
“VernadSKY”-dır. Biz baş podratçı qismində çıxış edirdik, yanvarın sonunda
sifarişçi ilə münaqişə yarandı. SDI Group-un onlarla çoxlu müştərək layihələri
var idi, belə ki, oraya böyük pullar yatırılmışdı, lakin sifarişçi tikintinin
formatını dəyişmək istədi. Bizim sənədləri və qaimələri təqdim etməyimizə
baxmayaraq, tərəfdaşlarımız tərəfimizdən yatırılmış pulun məbləği ilə
razılaşmadılar, - hüquqşünas Dəmir Bəşirovun sözlərinə görə, münaqişə belə
başlayıb.
“VernadSKY” – Moskvanın cənub-qərbindəki
elit rayonda tikilməkdə olan 25 mərtəbəli yaşayış kompleksidir. SDI Group-un
prezidenti İlqar Hacıyevin "Azadlıq Radiosu"na bildirdiyinə görə,
onun şirkəti ilə münaqişəyə girən məhz Qod Nisanovun adamlarıdır:
Mən üç ay onlarla razılığa gəlməyə
çalışdım. Onlar məni FTX, polislə təhdid edirdilər, mənə “qanuni oğrular” zəng
edirdilər. Onların heç bir qanuni haqqı yoxdur, amma şirkəti zəbt ediblər. Onlar “VernadSKY” layihəsindən gələn yüz milyonlarla
dollar gəliri görüb, onu ələ keçirməyə çalışdılar, indi isə, “Piroqov
Rivyera”nı ələ keçiriblər. Onlar hər zaman belə edirlər, azərbaycanlıları
qorxudurlar. Mən, yəqin ki, buna qarşı çıxan tək adamam, - Hacıyev bildirir.
SDI Group nümayəndələrinin sözlərinə görə,
münaqişə nəticəsində Moskvadakı “VernadSKY”, həmçinin Moskva ətrafındakı
“Piroqov Rivyerası” və “Akkord Smart-kvartal” yaşayış komplekslərindəki
mənzillərin pulunu ödəmiş insanlar ziyan çəkə bilərlər. Şirkətə basqının
nəticəsində bu obyektlərin tamamlanıb təhvil verilməsində çətinliklər yarana
bilər. Ona görə də SDI Group məsələ ilə bağlı Moskva merinə və Moskva
vilayətinin qubernatoruna müraciət etmək niyyətindədir.
ÜMUMİ İŞLƏR
Nişanovun nümayəndələri onun bu məsələyə
bağlılığını inkar edirlər. “Kiyevskaya Ploşad” şirkətlər qrupu və Qod
Semyonoviç Nisanovun sizin bəhs etdiyiniz bu vəziyyətə heç bir aidiyyatı
yoxdur. Qod Nisanovun hansısa bir formada sizin bəhs etdiyiniz hadisədə iştirak
etməsi barədə informasiya yalandır”, -
Qod Nisanovun “Kiyevskaya Ploşad”şirkətinin mətbuat xidmətindən
"Azadlıq Radiosu"na bildirilib.
Hacıyev və Nisanov biznesdə ən azından
dolayısı ilə üz-üzə gəliblər. SDI Group “VernadSKY” yaşayış kompleksini “İlion
treyd”lə birlikdə inşa edir. Spark-ın məlumat bazasına görə, “İlion treyd”in
sahibləri Nisanovun yaxın tərəfdaşı Zaxar İliyevin qohumlarıdır. Həmçinin,
“İlion treyd” Nisanovun ən böyük aktivlərindən olan, Lyublindəki məşhur
“Moskva” TM-i idarə edir.
Hacıyev əvvəllər Nisanovun strukturlarında
çalışmış Mardxay Yuşvayevlə birlikdə yaşayış evlərinin əsaslı təmiri
proqramında iştirak edən və Spark-ın məlumatına görə, Moskvadakı yol işləri
sifarişlərini alan “Akkord spetsstroy” şirkətinin müştərək sahibidir.
"Azadlıq Radiosu" SDI Group-un
ofisində baş verən hadisələrlə bağlı Moskva Mərkəzi administrativ dairəsi
Dİİ-yə müraciət edib. Dİİ mətbuat xidmətindən sorğunun alındığını təsdiq
etsələr də, yazı nəşr olunanadək cavab verməyiblər.”
Qeyd edək ki, Rusiya KİV-də bu məsələ ilə bağlı təqdim
edilən yuxarıdakı yazı hadisə barədə müəyyən təsəvvür yaratsa da, əslində,
məsələnin kəskinliyini və əhatəsini tam şəkildə əks etdirmir. Ola bilsin ki,
burada əsas səbəblərdən biri, Rusiya kimi bir dövlətdə məsələlərin qanun
müstəvisində deyil, hüquq-müafizə orqanlarının passiv müşahidəsi altında güc və
zorakılıq yolu ilə həll edilməsi reallığı qarşısında bir çəkingənlikdir. Eyni
zamanda, bu məsələdəki tərəflərdən birinin məhz Rusiya mənşəli olmayan
qeyri-millət nümayəndəsi ilə bağlı olması da səbəb ola bilər. Lakin məsələnin
qonşu ölkədə səy və məsuliyyətlə çalışan bir azırbaycanlı iş adamı üçün nə
qədər kəskin və təhlükəli olduğu bir reallıqdır. Bunu İlqar Hacıyevin bir qədər
öncə Rusiya prezidenti Vladimir Putinə açıq müraciət etmək məcburiyyətindən də
görmək mümkündür. Həmin müraciətdə deyilir:
Rusiya Federasiyasının Prezidentinə
Müraciət
Hörmətli, Vladimir Vladimiroviç!
Mən, 03.07.1973-cü il təvəllüdlü
Hacıyev İlqar Əlləz oğlu Moskva şəhəri və Moskva vilayətində yaşayış və
infrastruktur obyektlərinin tikintisi sahəsində fəaliyyət göstərən şirkətlər
qrupunun təsisçisiyəm. Mən yaranmış vəziyyətin həllinə kömək etmək xahişi ilə
Sizə müraciət etmək məcburiyyətindəyəm. Mən Sizə ilk növbədə bu gün işsiz və nəticə
etibarilə yaşayış üçün vəsaitsiz qalmış yüzlərlə əməkdaşlarımın ailələri
adından müraciət edirəm. Həmçinin, mən Sizə şirkətlərim tərəfindən tikilən
yaşayış komplekslərindən mənzil alımış və üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri
nəticəsində hüquqları pozulmuş minlərlə ailə adından müraciət edirəm.
Mən öz biznesimi uzun illər ərzində
vicdanla, kontragentlər, öz təşkilatlarımın əməkdaşları, həmçinin sıravi
istehlakçılar qarşısında vəzifələrimi icra etməklə qurmuşam. Mənim işimin əsas
prinsipləri dürüstlük, şəffaflıq, qanunpərəstlik olub. Hər zaman qarşıma
qoyduğum məqsəd üzərimə götürdüyüm öhdəliklərin lazımi səviyyədə yerinə
yetirilməsi olub.
Mənim şirkətim bu kimi obyektlərin
tikintisini həyata keçirir:
1. "Vernad SKY" YK
(Moskva ş., Vernadski prospekti, tik.78);
2. "Piroqov Rivyerası"
YK (MV, Mıtişinski rayonu, Piroqovo, İlyinski küç., 5);
3. "Akkord
Smart-kvartal" YK (MV, Odinçovski rayonu, Mıtkino, 1);
4. XTNS-də Kremlyovsk atsürmə məktəbi;
5. Rəqs məktəbi (Moskva ş., Krılatskaya küç.,
23);
6. Həmçinin, Moskva şəhəri və Moskva vilayətinin
əllidən artıq infrastruktur obyekti.
"VernadSKY" YK Moskva şəhərinin
Qərb inzibati dairəsində öz ticarət mərkəzi olan 25 mərtəbəli unikal biznes-klass
yaşayış kompleksdir. Yaşayıç kompleksində ümumilikdə 283 mənzilin yerləşdirilməsi
planlaşdırılıb.
"Piroqov Rivyerası" yaşayış
kompleksi Moskva vilayətinin Mıtişi şəhər dairəsində 49 ha sahədə ucaldılan
komfort-klass layihədir. Yaşayış kompleksi özündə 6 mindən artıq mənzili birləşdirən
20 çoxmənzilli doqquzmərtəbəli binalardan ibarətdir. Kompleksin tikintisi bir neçə mərhələdə
aparılır. Hazırda plana uyğun olaraq birinci mərhələ təhvil verilib, ikinci mərhələ
2019-cu ilin dekabrında təhvil verilməlidir.
Tikinti 30.12.2014-cü il tarixli
214 saylı "Çoxmənzilli binaların və başqa daşınmaz əmlak obyektlərinin
paylı tikintisində iştirak və Rusiya Federasiyasının bir sıra qanunvericilik
aktlarına dəyişiklik edilməsi haqqında " Federal Qanuna əsasən tikintidə
paylı iştirak proqramı əsasında maliyyələşdirilir. Tikintinin ikinci mərhələsinin 70%-i payçılar
tərəfindən ödənilib ki, bu da minlərlə rusiyalı ailədən ibarətdir.
"Akkord Smart-kvartal" YK 34 ha sahədə yerləşən,
ümumi sahəsi 131 000 kv.m.olan, inkişaf etmiş infrastruktura malik 12 binadan
ibarət dördmərtəbəli monolit-kərpic yaşayış kompleksidir. Binalar üç mərhələdə
təhvil verilməlidir. Ümumilikdə, kompleksdə 2 minə yaxın mənzil yerləşəcək.
Bununla yanaşı, satılan mənzillərin əksər hissəsi rusiyalı ailələrə dövlət
sosial dəstək proqramlarından yararlanmaqla əldə edilib.
VƏZİYYƏTİN TƏSVİRİ:
2019-cu ilin yanvarından etibarən Qod Semyonoviç Nisanovun
rəhbərliyi ilə naməlum üçüncü şəxslər tərəfindən yürüdülən bir sıra fəaliyyətlər
nəticəsində mən öz tikinti şirkətlərimin idarəçiliyindən kənarlaşdırılmışam. Bu
onunla ifadə olunub ki, mənə və mənim yaxınlarıma fiziki zorakılıq təhdidləri
altında mən, bu təhdidləri ciddi qəbul etməklə Rusiya Federasiyası sərhədlərini
tərk etməli olmuşam.
Beləliklə, mənim biznesim mənim tikinti sahələrimdən birinə,
konkret olaraq "VernadSKY" YK-nə hücumla müşaiyət olunan reyket işğalına uğrayıb. Belə ki,
21.01.2019-cu il tarixdə həmin tikinti sahəsinə basqın nəticəsində tikinti işləri
tam şəkildə dayandırılıb, inşaatçılar isə zorakı şəkildə iş yerlərini tərk etməyə
məcbur edilib. Bütün bunlar kreditor borclarının yaranmasına, tədarükçülər və
subpodrat təşkilatlar qarşısında götürülmüş öhdəliklərin icrasının mümkünsüz
hala gəlməsinə səbəb olub.
Bundan sonra, 25.01.2019-cu il tarixdə mənim şirkətimin
ofisinə növbəti basqın baş verib ki, bu da Rusiya Federasiyası Cinayət Məcəlləsinin
bir neçə maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır.
Beləliklə, iş gününün sonuna yaxın şirkətin Moskva şəhəri,
Kutuzov prospekti, 3 ünvanında yerləşən ofisinə 20-yə yaxın naməlum və aqressiv
əhval-ruhiyyəli silahlı şəxslər soxulublar. Onlar ofisdən çıxışı bağlamaqla,
hamıya mobil rabitədən, həmçinin audio və video qeydiyyat cihazlarından istifadə
etməyi qadağan ediblər. Sonra onlar varvarlıqla ofisdəki və yanaşı ərazidəki
videomüşahidə sistemlərini söküblər. Göstərilən şəxslər binanı zəbt edərək hər
kəsdən Qod Semyonoviç Nisanovun nümayəndəsi olan Teplinskaya Flyora
Dardanilovnanın sərəncamlarını sözsüz şəkildə yerinə yetirməyi tələb ediblər.
Mənim şirkətimə məxsus əmlakın qeyri-qanuni zəbt edilməsi
faktı mənim bu müraciətə əlavə etdiyim audio və videoyazı ilə təsdiq olunur.
Növbəti gün şirkətin ofisinə Qod Semyonoviç Nisanovun
xalası oğlu Yusupov Vladislav İlyuşaeviç gələrək şirkətin top-menecerlərini
toplayıb və hər kəsə elan edib ki, artıq şirkətin yeni sahibi odur və bütün əməkdaşlar
onun və Flyora Dardanilovna Teplinskayanın göstərişlərinə əməl etməlidirlər. Həmçinin,
o, bütün fleş məlumat daşıyıcılarının və elektron bank açarlarının ona verilməsini
tələb edib.
Nəticədə, üçüncü şəxslərin, o cümlədən Flyora Dardanilovna
Teplinskayanın mənim şirkətlərimin daxili təsərrüfat fəaliyyətinə qeyri-qanuni
müdaxiləsi səbəbindən bütün tikinti sahələrində, o cümlədən yuxarıda göstərilən
yaşayış komplekslərində yaşayan bütün vətəndaşlar üçün nəzərdə tutulmuş uşaq
bağçalarının, poliklinikaların tikinti sahələrində inşaat işləri iflic vəziyyətə
salınıb. Kontragentlərə ödənişlərin edilməsi, həmçinin əməkdaşlara məvacib ödənilməsi,
vergilərin ödənilməsi, alınmış materiallara görə tədarükçülərə, yerinə
yetirilmiş işlərə görə podratçılara ödənişlərin edilməsi imkanları bloklanıb.
Vurulmuş yüksək miqdarlı maddi ziyana baxmayaraq, mən
yaradılmış münaqişə vəziyyətinin bütün qanuni tənzimləmə üsullarından istifadə
etməklə, dinc yolla həll edilməsinə cəhd göstərmişəm, çünki mən özümün və
yaxınlarımın təhlükəsizliyindən ciddi şəkildə narahatam.
Lakin Qod Semyonoviç Nisanov və başqa şəxslər tərəfindən irəli
sürülən qanunazidd tələblər səbəbindən kompromis əldə etmək mümkünsüzdür.
Bununla yanaşı, 24.04.2019-cu il tarixdə, mənim Moskvada
olmadığım bir vaxtda baş ofisin təkrari reyder işğalı aşağıdakı şəkildə həyata
keçirilib:
"SDI GROUP" MMC-nin Moskva şəhəri, Kutuzov
prospekti, 3 ünvanında yerləşən ofis binasına silahlı şəxslər soxulub. Göstərilən
şəxslər ofisə girişi bağlayaraq, şirkətimin əməkdaşlarını iş yerlərinə
buraxmayıblar.
Ofisi işğal edən şəxslər Moskva şəhəri üzrə Daxili İşlər
Nazirliyi İdarəsinin Qərb İnzibati Dairəsinin İqtisadi Təhlükəsizlik və
Korrupsiyaya Qarşı Mübarizə Şöbəsinin əməkdaşları ilə birlikdə mövcud
qanunvericilik tələblərini pozmaqla mənim şirkətimin təsis və işçi sənədlərinə,
möhürlərinə, fleş daşıyıcılarına, serverlərinə baxış və müsadirə tədbiri həyata
keçirmişlər.
Göstərilən şəxslərin şirkətin baş ofisinə qanunsuz müdaxiləsindən
sonra mənim şirkətimin polis əməkdaşlarının qanunsuz yoxlaması zamanı götürülməyən
təsis sənədləri, möhürləri, elektron bank açarları itmişdir.
Şirkətimin işi yenidən tam şəkildə iflic edilib, həm
"Piroqov Rivyerası" YK, həm də "Akkord Smart-kvartal" YK-da,
həmçinin dövlət müqavilələri əsasında həyata keçirilən layihələrdə tikinti
materiallarının təchizatı və podrat işləri üzrə ödənişlərlə bağlı maliyyə-təsərrüfat
əməliyyatları alt-üst edilib. "Piroqov Rivyerası" YK-nın tikinti
obyektinə giriş də naməlum şəxslər tərəfindən tam qapadılıb. İnşaatçılar öz əmək
vəzifələrinin icrasına buraxılmayıb.
Bundan başqa, 2019-cu il yanvar ayının sonlarından mənim
şirkətlərimin rəhbərliyindən qeyri-qanuni kənarlaşdırıldığım vaxt ərzində mənim
nəzarətimdən kənar şəxslərin şirkətlərin iqtisadi fəaliyyətinə müdaxiləsi nəticəsində
kontragentlər qarşısında maliyyə öhdəliklərinin icrasının zərərinə olmaqla pul
vəsaitlərinin çıxarılması hərəkətləri həyata keçirilmişdir. Göstərilən fəaliyyətlər
Qod Semyonoviç Nisanov və başqa naməlum şəxslərin göstərişi ilə hərəkət edən
Teplinskaya Flyora Dardanilovna və Yusupov Vladislav İlyuşayeviç tərəfindən
aparılmışdır. Bu hərəkətlərdə cinayət fəaliyyəti əlamətləri vardır.
Yuxarıda göstərilən hərəkətlər məni hüquq-mühafizə
orqanlarının qarşısında günahkar duruma düşürmək üçün həyata keçirilir.
Mənim şirkətim həmçinin bir çox digər layihələrin, o cümlədən
aşağıdakı layihələrin icrasında böyük itkilərə uğramışdır:
1. Moskva ş., Krılatskaya küçəsi, 23 ünvanda yerləşən rəqs
məktəbinin yenidən qurulması;
2. XTNS-də Kremlyovsk atsürmə məktəbinin pavilyonunun
yenidən qurulması;
3. Moskva ş., Melnikov küçəsi, 24 ünvanda yerləşən mədəni
irs obyektinin yenidən qurulması və bərpası;
4. Əsaslı təmir fondu ilə müqavilələr çərçivəsində yerinə
yetirilən 30-a yaxın obyektdə görülən işlər;
5. Moskva ş., "Avtomobil yolları" DBİ-nin
tenderləri üzrə avtoyol obyektlərinin təmiri və tikintisi ilə bağlı 50-yə yaxın
obyektdə işlər.
Beləliklə, üçüncü şəxslərin qanunsuz əməlləri nəticəsində
minlərlə rusiyalı ailə əziyyət çəkir, onların bir qismi yaxın zaman ərzində öz
sosial hüquqlarını tam şəkildə reallaşdırmaq imkanlarından, bir qismi isə
bundan başqa həm də öz mənzillərinə vaxtında yerləşmək imkanından məhrum
edilirlər.
Bununla yanaşı, mənim biznesimə kontragentlər qarşısında
öhdəliklərimin icrasını gecikdirmək səbəbindən cərimə sanksiyaları, əlavə xərc,
peniyalar və s. kimi ödənişlərlə ifadə olunan irimiqyaslı ziyan vurulub.
Bundan başqa, mənim biznesimin gələcək inkişafına mənfi təsir
göstərə biləcək işgüzar nüfuz zədələnməsini də ciddi itki kimi qeyd etmək
lazımdır. Həmçinin bu, mənim şirkətlərimin Etibarsız Təchizatçılar Reyestrinə
daxil edilməsinə səbəb ola bilər.
Bütün bunlar mənim şirkətlərimin kontragentlər, mənim əməkdaşlarım
və sıravi vətəndaşlar qarşısında öhdəliklərimin icrasını təhlükə altında qoyur.
Bir daha təkrar edirəm ki, mənim ünvanıma Qod Semyonoviç
Nisanovun nümayəndələri tərəfindən bir sıra təhdidlər, o cümlədən fiziki cəzalandırma,
həmçinin mənim şirkətlərimin fəaliyyətinin Federal Təhlükəsizlik Xidməti,
Daxili İşlər Nazirliyi və digər nəzarət orqanları tərəfindən yoxlanlmasının təşkili
ilə bağlı təhdidlər daxil olub, pul qoparma yolu ilə təzyiq göstərilib.
Xahiş edirəm, mənimlə və ya yaxınlarımla bağlı nəsə baş
verərsə, bunda bu şəxslərin əli ola biləcəyini nəzərdə saxlayasınız.
Xahiş edirəm nəzərə alasınız ki, mənimlə bağlı qanunsuz hərəkətlərin
baş verdiyi vaxt mən diplomatik missiyanın əməkdaşı və Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin
müşaviri olmuşam.
Göstərilənlərlə əlaqədar,
XAHİŞ EDİRƏM:
1. Mənə və mənim biznesimə münasibətdə qanunazidd hərəkətlərin
həyata keçirilməsi faktının araşdırılması aparılsın.
2. Yaranmış vəziyyətin həllinə və mənə və mənim biznesimə
qarşı qanunsuz hərəkətlərin dayandırılmasına hərtərəfli kömək göstərilsin.
3. Şirkətin iş qabiliyyətinin bərpası, tikintinin
yekunlaşdırılması və götürülmüş öhdəliklərin yerinə yetirilməsinə köməklik göstərilsin.
Əlavə edilir:
1. Müraciətdə göstərilən vəziyyəti təsdiq edən
videomaterialların qeyd edildiyi fleş-daşıyıcı.
İ.Ə.Hacıyev
Qeyd edək ki, azərbaycanlı iş adamının müraciəti eyni
zamanda RF Federal Təhlükəsizlik Xidmətinə, RF Baş Prokurorluğuna və Moskva
şəhər Prokurorluğuna da təqdim edilib və qeydiyyata alınıb. Çox yəqin ki, yaxın
vaxtlarda bu instansiyalarda başlanan araşdırmalar həmyerlimiz, istedadlı iş
adamı İlqar Hacıyevə qarşı yönəlmiş bu qanunsuzluqların kökündə dayanan bütün
amilləri aşkara çıxaracaqdır. Lakin bu məsələdə diqqətdən qaçırılmamalı olan
əsas amil başqadır.
Rusiya paytaxtında azərbaycanlı iş adamının bu dərəcədə
qanunsuz təzyiqlərə, təhdid və zorakılıqlara məruz qalması faktı olduqca ciddi
dəyərləndirilməli və bu tipli məsələlər həm də azərbaycanlı iş adamlarının
xarici ölkələrdə uğur qazanmasında maraqlı olan dövlət strukturlarını da
yaxından ilgiləndirməlidir. İlk növbədə ona görə ki, ölkə xaricində istənilən
sahədə vicdanla çalışan hər bir həmvətənimizə verilən dəstək elə bizim öz doğma
respublikamıza, onun gələcəyinə və müsbət imicinə verilən dəstəkdir. Digər
tərəfdən, xaricdə uğur qazanan hər bir vətənpərvər azərbaycanlı iş adamı həm də
bu cür müəssisələrdə işə cəlb edilən yüzlərlə həmvətənimiz üçün iş və firavan
dolanışığın təminatçısıdır. Elə haqqında danışdığımız SDI Group şirkətində də
200-dən artıq azərbaycanlı çalışır və öz ailəsini təmin edir. Zənnimizcə, bu
fakt da xaricdə çalışan həmvətənlərimizə dəstək verməkdə mükəlləf olan dövlət
qurumlarımızın diqqətini cəlb etməlidir.
O ki qaldı yad bir ölkədə yalnız öz gücü və bacarığı
sayəsində ayaqda durmağı bacaran, müxtəlif xarakterli çətinliklərlə mübarizə
apararaq reallaşdırdığı işlərlə ölkəmizi layiqincə təmsil edən insanlara, onlar
şübhəsiz ki, bu baxımdan arxalarında dövlət dəstəyi duymaqdan daha da
möhkəmlənər və inkişaf edərlər. İndiki halda SDI Group da belə bir ehtiyac
qarşısındadır.
Son məlumata görə, artıq şirkət rəhbərliyi tərəfindən
müvafiq dəstək üçün Azərbaycan respublikasının Rusiya Federasiyasındakı
səfirliyinə və dövlət başçımıza belə bir müraciət hazırlanmaqdadır.
Əlavələr:
1. https://www.svoboda.org/a/29916237.html
2. https://www.svoboda.org/a/29916230.html
3. https://www.sdi.international /
4. https://www.sdi.international/lette r
5.https://pasmi.ru/archive/232901/
6. http://rucompromat.com/articles/ilgar_gadzhiev_pozhalovalsya_putinu_na_korolya_rossiyskoy_nedvizhimosti
Предприниматель просит у Путина защиты от «короля
российской недвижимости»
Владелец строительной компании заявляет о захвате бизнеса
структурами, связанными с Годом Нисановым
Учредитель группы строительных компаний Ильгар Гаджиев
обвиняет миллиардера из списка Forbs Года Нисанова
в рейдерстве и просит президента РФ Владимира Путина вмешаться в ситуацию,
которая может привести к ущемлению прав дольщиков жилья и других жителей Москвы
и Подмосковья.
Нападения и угрозы
В сети появилось обращение главы группы компаний SDI Group Ильгара
Гаджиева к главе российского государства Владимиру Путину. Предприниматель
рассказывает о конфликте с совладельцем компании «Киевская площадь» Годом
Нисановым, который занимает 34 место в рейтинге миллиардеров российского Forbes, с состоянием
$3,5 млрд.
По словам Гаджиева, с января 2019 года «неизвестными
третьими лицами, под руководством Нисанова Года Семеновича» осуществляются
действия по отстранению его от управления строительными компаниями.
Предприниматель заявляет о нападении на одну из
строительных площадок и головной офис SDI Group. В захвате офиса, по его словам, участвовали «около 20
неизвестных и агрессивно настроенных вооруженных лиц».
«Указанные лица
заняли помещение и потребовали от всех беспрекословно исполнять указания —
Теплинской Флёры Дарданиловны, которая является представителем Нисанова Года
Семенович, — рассказывает бизнесмен. — На следующий день, в офис компании
пришел двоюродный брат Нисанова Года Семеновича — Юсупов Владислав Илюшаевич,
собрал топ-менеджеров компании и объявил всем, что отныне он является новый
хозяином компании».
Кроме того, бизнесмен рассказывает об угрозах физической
расправы в его адрес и адрес его родственников.
«Я был вынужден покинуть пределы Российской Федерации,
поскольку воспринял эти угрозы реально», — пишет Гаджиев.
В апреле нападение на офис SDI Group на Кутузовском
проспекте повторилось.
«Захватившие офис лица, совместно с сотрудниками ОБЭП
УМВД ЗАО по г. Москве, с нарушением требований действующего законодательства,
провели мероприятие по осмотру и изъятию учредительной и рабочей документации,
печатей, флэш-накопителей, серверов моих строительных компаний», — отмечает
Гаджиев.
В результате из офиса пропали учредительные документы
компаний, печати, электронные банковские ключи, и работа SDI Group была полностью
парализована.
Кроме того, начался вывод денежных средств группы
компаний. «Указанные действия осуществлялись Теплинской Флерой Дарданиловной и
Юсуповым Владиславом Илюшаевичем, которые действовали по указанию Нисанова Года
Семеновича и других неизвестных лиц. В указанных действиях усматриваются
признаки уголовно наказуемого деяния», — пишет глава SDI Group.
Дольщики и репутация
По словам предпринимателя, действия лиц, осуществивших
рейдерский захват его компаний, привели к прекращению строительства жилых домов
в Москве и Подмосковье, в том числе, жилья, уже оплаченного дольщиками, а также
объектов социальной инфраструктуры.
«Я обращаюсь к Вам от имени тысяч семей, которые приобрели
квартиры в строящихся моими компаниями жилых комплексах, чьи права были
нарушены незаконными действиями третьих лиц», — отмечает Гаджиев в письме
президенту.
Он также заявляет о сотрудниках его компании, потерявших
работу и о «колоссальном ущербе» и репутационных потерях для своего бизнеса.
Гаджиев просит «провести проверку по факту
осуществления противоправных действий;
оказать содействие в разрешении сложившейся ситуации и прекращении в отношении
меня и моего бизнеса противоправных действий», а также «в восстановлении
работоспособности компании и возможности завершения строительства и исполнения
принятых на себя обязательств».
Между тем, представители Нисанова отрицают его
причастность к ситуации.
«Группа компаний „Киевская площадь“ и Год Семенович
Нисанов не имеют никакого отношения к ситуации, о которой вы пишете в запросе.
Информация о том, что Год Нисанов каким-либо образом причастен к описываемой
вами ситуации, является ложью», — заявили «Радио Свобода» в пресс-службе
компании Нисанова «Киевская площадь».
По данным журналистов, Гаджиев и Нисанов в бизнесе
пересекались как минимум косвенно.
«Жилой комплекс „ВернадSKY“ SDI Group строят
совместно с „Илион трейд“. „Илион трейд“, согласно данным базы Spark, владеют
родственники Захара Илиева, ближайшего партнера Нисанова. Также „Илион трейд“
управляет знаменитым ТЦ „Москва“ в Люблине, одним из крупных активов Нисанова»,
— отмечает «Радио Свобода».
Ильгар Гаджиев пожаловался Путину на
«короля российской недвижимости»
«Рейдерский захват напротив Белого
дома»
: в понедельник в интернете появился
сайт, на котором опубликовано обращение Ильгара Гаджиева, который был одним из
крупнейших девелоперов в Азербайджане, к Владимиру Путину.
Оригинал этого материала The Bell
English version Гаджиев утверждает, что его строительный бизнес в России
захватили «неизвестные третьи лица» под руководством миллиардера Года Нисанова,
крупнейшего владельца коммерческой недвижимости в Москве. The Bell поговорил с
Гаджиевым, который уже несколько месяцев скрывается в Европе. Что случилось. 24
апреля в офис строительной группы компаний SDI Group на Кутузовском проспекте в
Москве пришли с обыском сотрудники управления внутренних дел по Западному
административному округу ГУ МВД (у The Bell есть копия распоряжения за подписью
начальника управления полковника полиции Игоря Петухова). Правоохранители
изъяли документы, печати, технику, заморозили счета. С тех пор строительные
работы компании почти полностью заморожены, утверждает владелец SDI Group
Гаджиев. Сам он, по его словам, вместе с семьей уехал из Москвы еще в январе.
Гаджиев говорит, что якобы получал угрозы и опасается за свою жизнь — об этом
же он написал в обращении к Путину. Причиной для обысков, как следует из
постановления полиции, послужила информация о Гаджиеве, поступившая в тот же
день 24 апреля в УВД по Западному округу Москвы. Там же говорится, что десять
строительных компаний Гаджиева якобы использовали фирмы, зарегистрированные с
нарушением законодательства, для вывода полученных от подрядчиков денег.
Источник информации в документе не указан. В УВД по ЗАО ГУ МВД РФ не ответили
на запрос The Bell. Гаджиев считает обыски продолжением его корпоративного
конфликта с Годом Нисановым и его партнерами. Главные герои Год Нисанов
занимает 34-е место в рейтинге миллиардеров российского Forbes, оценка состояния
— $3,5 млрд. Вместе с партнером Зарахом Илиевым он владеет и руководит
компанией «Киевская площадь» — это крупнейший владелец коммерческой
недвижимости, в последние годы компания занимает первое место в рейтинге Forbes
«Короли российской недвижимости». Среди ее торговых объектов — ТЦ
«Европейский», ТЦ «Москва», рынки «Садовод» и «Фудсити» и др. Полезная площадь
принадлежащих Нисанову и Илиеву торговых комплексов превышает 1,3 млн кв. м,
годовые доходы от аренды Forbes оценивает в $1,5 млрд. Связи. С самого начала и
вплоть до 2017 года миноритарным партнером Нисанова и Илиева в компании
«Киевская площадь» был азербайджанский юрист, однокурсник Путина Ильгам
Рагимов. Доли Рагимова в крупных московских объектах недвижимости Forbes еще в
2012 году оценивал в $500 млн. Важная деталь. В апреле после жалобы главы ЦБ
Эльвиры Набиуллиной Путин поручил правительству и ФСБ разработать меры борьбы с
теневым оборотом наличных средств на рынках — речь шла в том числе о крупнейших
рынках и торговых центрах Нисанова и Илиева. Ильгар Гаджиев, как и Нисанов,
родился в Азербайджане. Гаджиев утверждает, что там они и познакомились. С
середины 90-х Гаджиев занимался строительным бизнесом и основал строительную
корпорацию Akkord, которая считалась крупнейшим девелопером в республике. К
2012 году выручка бизнеса, если верить Гаджиеву, достигала $500 млн. Местные
журналисты связывали Akkord с интересами генпрокурора Азербайджана и министра
транспорта, компания это опровергала. До 2019 года Гаджиев также был советником
посла Азербайджана в России Полада Бюльбюль-оглы, до 2017 года — исполнительным
директором Всероссийского азербайджанского конгресса (конгресс был ликвидирован
по решению Верховного суда, так как не смог привести свои регистрационные
данные в соответствие с требованиями Минюста). До ликвидации конгресса оба
бизнесмена состояли в нем: Нисанов был вице-президентом, Гаджиев —
исполнительным директором. Конфликт Версия Гаджиева. О партнерстве с Нисановым
Гаджиев, по его словам, договорился еще в 2014 году, когда только начинал
бизнес в Москве, а теперь его якобы отстранили от управления и вынуждают
продать бизнес, собственные инвестиции в который он оценивает в $50 млн.
Цитата: «Азербайджанская диаспора общается довольно тесно, бизнесмены-выходцы
оттуда знают друг друга, и я, в частности, был знаком с Нисановым и его семьей,
еще когда вел бизнес на родине, — рассказывает Гаджиев. — Когда я решил
переводить бизнес в Москву, мы договорились о деловом партнерстве». В России
Гаджиев в 2013 году зарегистрировал юрлицо под тем же брендом, что и в
Азербайджане, — ООО «Аккорд-строй» и несколько других компаний для операционной
деятельности на каждом отдельном проекте. Впоследствии весь бизнес был
объединен под брендом SDI Group. Бизнес. SDI Group сейчас представляет собой
два десятка юрлиц, которые занимаются строительством, проектированием,
производством стройматериалов, продажей и управлением недвижимостью — в каждом
из них Гаджиев является владельцем или соучредителем. В числе крупнейших строек
компании: 25-этажный жилой комплекс «ВернадSKY» у метро «Проспект Вернадского»
на юго-западе Москвы с собственный торговым центром; ЖК «Пироговская ривьера»
из 20 девятиэтажек на территории 49 га в деревне Пирогово под Москвой; ЖК
«Аккорд Smart-квартал» из 12 зданий общей площадью 131 тыс. кв. м на 34 га в
деревне Митькино; Кремлевская школа верховой езды на ВДНХ и школа танцев на
улице Крылатской в Москве, а также более 50 объектов инфраструктуры в Москве и
Московской области. Деньги. Суммарная выручка связанных с Гаджиевым компаний в
2017 году превысила 2 млрд рублей (по данным СПАРК). А еще в 2017–2018 годах
компания «Аккорд спецстрой» из SDI Group получила госзаказы на 4,7 млрд рублей
от ГБУ «Автомобильные дороги» правительства Москвы и на 608 млн рублей от Фонда
капремонта правительства Москвы, следует из данных на портале госзакупок. В
общей сложности за время работы в России компании группы, по словам Гаджиева,
выполнили господряды на 8 млрд рублей. Партнеры. В 2014 году Гаджиев, по его
словам, нашел участок под жилую застройку на Клязьминском водохранилище в
поселке Пирогово в Подмосковье стоимостью $70 млн (около 2 млрд рублей на тот
момент) и купил его пополам с бизнесменом Германом Захарьяевым и его братом
Исаем (Захарьяев и Нисанов — друзья детства, писал Forbes). Гаджиев получил 50%
в созданной под проект компании «Комфорт недвижимость», а Захарьяевы якобы
оформили свою долю на номинального собственника. The Bell направил запрос в
фонд STMEGI Германа Захарьяева, но ответа не получил. На участке началась
стройка жилищного комплекса комфорт-класса «Пироговская ривьера».
Генподрядчиком был «Аккорд-строй» Гаджиева, застройщиком — SDI Group. «На
стартовом этапе я вел все дела и контролировал стройку от и до, но в конце 2014
года Захарьяевы назначили своего гендиректора и отстранили меня от оперативного
управления. Мы не уложились в намеченный на начало 2016 года срок ввода первой
очереди в эксплуатацию, я попытался вернуть проект в свои руки», — рассказывает
Гаджиев, а когда из этого ничего не вышло — вступил в переговоры с Нисановым.
Гаджиев утверждает, что в итоге ему пришлось выкупить долю Захарьяевых и взять
в партнеры Альберта Иманилова. По данным СПАРК, в августе 2016 года 39-летний
Альберт Иманилов из Баку действительно получил по 50% в компаниях Гаджиева
«Аккорд констракшн», «Аккорд недвижимость», «Аккорд спецстрой», «УСК»,
«Специализированный застройщик СДИ», «СДИ маркет» и «Лидер инвест групп».
Иманилов представляет интересы Нисанова, утверждает Гаджиев. Связаться с ним
The Bell не удалось, но Иманилова и Нисанова можно назвать партнерами.
Например, на Иманилова также оформлены 17% в ООО «Фуд холод» со специализацией
на управлении имуществом на 22 км Калужского шоссе, д. 10 — здесь находится
проект «Киевской площади», продовольственный рынок «Фуд сити». Цитата: Смену
партнеров «объяснили необходимостью поддержки нашего разросшегося бизнеса,
которую может обеспечить Нисанов, — говорит Гаджиев. — Я вложил немало денег, и
у строек уже были дольщики, поэтому выбора у меня не было». Именно после того,
как у бизнеса Гаджиева появился новый совладелец, его компании начали получать
крупные госконтракты на строительство дорог и ремонт домов от московского
правительства. Причина конфликта. В 2017 году SDI Group запустила строительство
клубного дома и коммерческих площадей «ВернадSky» общей площадью 48 тыс. кв. м.
Гаджиев, по его словам, был инвестором стройки. На начальном этапе он вложил
около $5 млн (более 300 млн рублей) и занимался оперативным управлением в
течение года — на этапе сбора разрешительной документации, экспертизы и
проектирования. В 2018 году компания открыла офис продаж и за месяц продала 40
из 300 квартир. По бизнес-плану комплекс должен был принести $200 млн,
утверждает Гаджиев. Поделить прибыль партнеры договаривались так: Гаджиев
претендовал на 70% жилых площадей и 50% коммерческих, его партнер — на 30%
жилых и 50% коммерческих (в распоряжении редакции The Bell есть переписки с
аудиозаписями в WhatsApp, где человек с голосом, похожим на голос Нисанова,
обсуждает организационные вопросы по строительству «ВернадSky»). Но на этапе котлована
Гаджиев решил продать свою долю в коммерческих площадях, оставив себе только
жилые метры. Потенциального покупателя
он не называет. «Внезапно для меня представители Нисанова заявили, что
коммерческие площади не продаются. Поскольку это их профиль, видимо, им
захотелось управлять этими площадями самостоятельно. Тогда я предложил выкупить
всю мою долю в проекте примерно за 3 млрд рублей», — рассказывает бизнесмен.
Переговоры зашли в тупик, опускает детали Гаджиев: по его версии, ему просто
предложили передать весь проект партнерам. В его обращении на имя Путина
говорится, что в январе 2019 года — «в результате нападения» на стройплощадку
ЖК «ВернадSky» — работы на ней были полностью заморожены, строителей заставили
покинуть рабочие места. «Под угрозами физической расправы в отношении меня и
моих близких я был вынужден покинуть пределы Российской Федерации, поскольку
воспринял эти угрозы реально», — говорится там же. «Я собрал вещи и вместе с
семьей еще в январе уехал в Европу», — сказал он The Bell. Дистанционные
переговоры, по словам Гаджиева, тоже ни к чему не привели. После обысков в
офисе SDI Group на Кутузовском проспекте 24 апреля адвокаты Гаджиева направили
заявления в МВД, ФСБ, прокуратуру и Следственный комитет, а он сам —
опубликовал обращение Путину. В нем бизнесмен просит позволить ему вернуться в
Россию и завершить все начатые стройки. The Bell несколько дней пытался
получить комментарии представителей Нисанова и «Киевской площади» — они на
вопросы The Bell не ответили, а журналистам «Радио Свободы» еще 5 мая заявили,
что Нисанов и его компания не имеют отношения к этой ситуации.
Источник:
http://rucompromat.com/articles/ilgar_gadzhiev_pozhalovalsya_putinu_na_korolya_rossiyskoy_nedvizhimosti