Dövlət universitetlərində ödənişli təhsil ləğv edilməlidir - təhlil

04/05/2019 [20:08] - Cəmiyyət (278)



Rəsmi statistikaya görə, ölkədə muzdlu işçilərin 15 faizinin gəliri orta aylıq əmək haqqından yüksək, 85 faizinin gəliri isə orta aylıq əmək haqqından azdır. Hazırda ölkə üzrə orta aylıq əmək haqqı 540 manatdır.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycanın orta və ali ixtisas məktəblərində təhsil alan tələblərin sayı 225 min nəfərdir. Onun da 70 faizi və yaxud 158 min nəfəri ödənişli təhsil alır. Rəsmi statistikanın bu 2 məlumatı sosial sistemin ədalətsizliyini bir daha ortaya qoyur.

Bu ədalətsizliyi yaşayış munimumu haqqında qanun tam təsdiqləyir. 2019-cu il ilə üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 191, uşaqlar üçün isə 160 manat həddində müəyyən edilib. Orta statistik ailənin götürək. Ər-arvad+2 uşaq (ailədə yalnız 1 nəfər işləyirsə). Ailənin fiziki mövcudluğunu qorumaq üçün aylıq büdcəsi 702 manat olmalıdır (2 əmək qabiliyyətli insan oalan ər-arvad üçün 382, 2 azyaşlı üçün 320 manat). Yəni orta aylıq əməkhaqqı alanlar belə fiziki mövcudluqlarını qorumaq üçün əlavə işlərə cəlb olunmalıdır. Hadı Rəcəblinin sözü olmasın, müəllim dərsdən sonra gedib divar hörməlidir.

Təbii ki, bu ailənin övladının ödənişli təhsil almaq imkanı sıfırdır. Və belə ailələrin sayı cəmi ailələrin 85 faizini təşkil edir. Bu halda tələbələrin 70 faizinin ödənişli təhsil alması avtomatik olaraq kasıb təbəqənin ali təhsildən kənarda qalması deməkdir. Hər il ödənişi ödəmək imkanı olmaya yüzlərlə tələbə qeydiyyatdan keçə bilmir və həyatda ilk böyük zədəsini alır. Bu zadə isə ömrü boyu onu təqib edir və yaxşı vətəndaşa çevrilə bilmir. Hətta buna görə intihar faktları da var.

Məsələnin sosial aspektini kənara qoyaq. Ali və orta ixtisas məktəblərinin 90 faizdən çoxu dövlət sektorunun payına düşür. Axı niyə dövlət sifarişləri ilə qəbul olunan tələbələrin xərclərini dövlət yox, valideyn qarşılamılıdır. Müqayisə üçün deyim ki, qonşu Türkiyənin dövlət universitetlərində Türkiyə vətəndaşları üçün təhsil pulsuzdur. Ödəniş yalnız əcnəbi tələbələrə şamil edilir. Onun da illik məbləği 1000 dollları aşmır. Azərbaycanın dövlət sektoruna daxil olan ali məktəblərində Azərbaycan vətəndaşlarından 2000-6500 manat arasaı pul yığılır. Bu pulların da əksəriyyətini rektorlar “təmir” adıyla ciblərinə qoyur.

Hökumət dövlət universitetlərində ödənişli təhsili ləğv etmək barədə qərarlar qəbul etməlidir.

Qadir İBRAHİMLİ
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
İlham Əliyev iftar mərasimində iştirak edib
Mayın 24-ə hava proqnozu
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
Xəbər lenti
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
23/05/2019 [16:59]:
İzmirdə 8 PKK terrorçusu saxlanıldı
23/05/2019 [16:25]:
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23/05/2019 [15:42]:
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub
23/05/2019 [15:38]:
Türkiyə İrandan qaz idxalını dayandırıb
23/05/2019 [15:21]:
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23/05/2019 [14:53]:
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
23/05/2019 [14:46]:
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
23/05/2019 [13:57]:
Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə
23/05/2019 [13:21]:
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
23/05/2019 [13:04]:
Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev icra başçılarının yerini dəyişdi - siyahı
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin