“Onlara pul verməyin” – AQTA

01/05/2019 [22:41] - Cəmiyyət (246)



Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların aparılması və müxtəlif tələblər irəli sürməklə vətəndaşlardan hər hansı saxta sənəd və qəbz qarşılığında pul alınması halları ilə bağlı faktlar aşkar olunub.

AQTA-dan daxil olan məlumata görə, həmin hadisələr Agentlik tərəfindən ictimailəşdirilməklə yanaşı, qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Buna baxmayaraq, hələ də müxtəlif bəhanələr altında sahibkarlardan saxta sənədlər təqdim etməklə qanunsuz olaraq ödəniş tələb edən şəxslərlə bağlı məlumatlar daxil olur.

Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, qurumun fəaliyyət istiqamətləri çərçivəsində aparılan istənilən baxış, monitorinq, yoxlama və s. tədbirlər zamanı yerində hər hansı ödənişin olunması mexanizmi mövcud deyil. Eyni zamanda Agentliyin bu sahədə fəaliyyətini və sahibkarlıq subyektləri ilə birbaşa təması yalnız xüsusi qruplarda təmsil olunan müfəttişlər həyata keçirir. Həmin müfəttiş qruplarından kənar heç bir şəxs və AQTA əməkdaşı müvafiq sahə üzrə sahibkarlıq sturukturuna daxil ola və hər hansı yoxlama həyata keçirə bilməz.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlardan bir daha xahiş olunur ki, müxtəlif adlar altında yoxlama tədbirləri ilə sahibkarlıq subyektinə daxil olan istənilən şəxsdən, eləcə də AQTA əməkdaşından yoxlamanın keçirilməsinə dair aşağıdakı sənədləri tələb etsinlər:

1. Yoxlamanın aparılmasına dair icazə sənədi – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın aparılmasına dair vahid məlumat reyestrindən çıxarış

2. Həmin sahibkarlıq subyektində müvafiq yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarın əsli

3. Yoxlamanı həyata keçirən müfəttişlərin xidməti vəsiqəsi

4. Yoxlamaya dair əvvəlcədən təsdiq edilmiş yoxlama suallarının siyahısı

5. Sahibkarın hüquq və vəzifələrinə dair şifahi məlumatın yoxlayıcı tərəfindən izah olunması

6. Yoxlamanı həyata keçirən müfəttişlərin ad və soyadlarının yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarda öz əksini tapması

Sahibkarların nəzərinə çatdırılır ki, hər hansı tələb və ya xidmət əsasında sahibkarlıq subyektinə daxil olaraq yerində ödəniş tələb edən şəxslər Agentlik əməkdaşları deyil və istənilən halda yerində ödəniş etməsinlər. Bununla bağlı şübhəli məqam olduğu təqdirdə, dərhal hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt”inə məlumat versinlər.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [23:58]:
Vatikan “Holokost” dövründə hökm sürən Papa XII Piyin məxfi arxivlərini açır
23/02/2020 [22:34]:
XİN-dən Türkiyəyə başsağlığı
23/02/2020 [21:48]:
Tramp: “Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm”
23/02/2020 [21:05]:
Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb
23/02/2020 [20:45]:
Bu planetdə bir il 18 saatdır
23/02/2020 [19:44]:
ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər
23/02/2020 [17:41]:
İcra başçısında koronavirus aşkarlanıb
23/02/2020 [16:50]:
Səudiyyə Ərəbistanı Krallığından növbəti dost yardımı
23/02/2020 [16:38]:
İranla gömrük-sərhəd keçid məntəqələrində məhdudiyyətlər tətbiq edilib
23/02/2020 [16:37]:
Kestutis Yankauskas: "Aİ Azərbaycan ilə “Yaşıl saziş” məsələsində birgə çalışmaq istəyir"
23/02/2020 [16:10]:
Yaponiyada İmperator Naruhitonun doğum günü qeyd edilir
23/02/2020 [15:41]:
İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı
23/02/2020 [14:34]:
UNESCO-da Beynəlxalq Ana Dili Günü Azərbaycan dili haqqında məlumat verilib
23/02/2020 [13:45]:
Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib
23/02/2020 [13:14]:
“Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin