Hüseyn Abdullayevin məhkəməsində Xalq artisti ifadə verib

30/04/2019 [19:41] - Cəmiyyət (162)



Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prosesdə təqsirləndirilən Zeynəb Abdullayeva bildirib ki, bəzi səhmdarlar zavoddan uzaqlaşsalar da onlara dividentlərin verilməsi davam etdirilib: “Bəziləri ünvanı dəyişdi, bəziləri rəhmətə getdi. Amma yenə də dividentlər hesablanırdı. Almayanlarınkı da saxlanılıb. Bənövşə xanım ünvanını dəyişib. Ancaq biz bunu bilməmişik. Bütün məktublar onun son ünvanına göndərilib”.

Sonra şahid qismində müğənni, xalq artisti Gülyaz Məmmədova dindiriib. O, H. Abdullayevə məxsus obyektin deputat Cavanşir Feyziyev tərəfindən adına keçirilməsi epizodu üzrə ifadə verib. G. Məmmədova Cavanşir Feyziyevi tanıdığını, onun istəyi ilə obyektin adına keçirildiyini deyib. Gülyaz Məmmədova suala cavabında obyektin yerini bilmədiyini söyləyib. Bu epizodda Zeynəb Abdullayeva izahat verib. O bildirib ki, həmin obyekt 4 milyona satıldığı halda jurnalistlər həmin məbləği 10 milyon kimi qeyd ediblər.
Proses aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur. Xatırlaqdaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
20/09/2019 [19:32]:
Azərbaycanda daha iki Data mərkəzi tikilir
20/09/2019 [18:49]:
Nazir Naftalan şəhəri və Samux rayonunda qəbul keçirib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin