ADNA-da törədilən terror aktından 10 il ötür

30/04/2019 [10:13] - Gündəm (352)



Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. Dəhşətli hadisədən 10 il ötür.

Kkütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər – Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Terror aktı nəticəsində ölənlərin və yaralıların adları:

Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü

Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr:

Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü

Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

və Akademiyaya süd məhsulları gətirən:

Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü

Yaralananların siyahısı:

İsayev Kənan

Mustafa Məhəmməd

Rüstəmbəyov Faiq

Şirəliyev İlkin Azər oğlu (1989-cu il)

Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)

Axundov Rəhman

Cəmiyev Elvin Azər oğlu (1989-cu il)

Hüseyinli Zemfira

Daas Muavviyyə (Suriya)

Seyidəhməd Əmru.

DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [23:58]:
Vatikan “Holokost” dövründə hökm sürən Papa XII Piyin məxfi arxivlərini açır
23/02/2020 [22:34]:
XİN-dən Türkiyəyə başsağlığı
23/02/2020 [21:48]:
Tramp: “Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm”
23/02/2020 [21:05]:
Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb
23/02/2020 [20:45]:
Bu planetdə bir il 18 saatdır
23/02/2020 [19:44]:
ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər
23/02/2020 [17:41]:
İcra başçısında koronavirus aşkarlanıb
23/02/2020 [16:50]:
Səudiyyə Ərəbistanı Krallığından növbəti dost yardımı
23/02/2020 [16:38]:
İranla gömrük-sərhəd keçid məntəqələrində məhdudiyyətlər tətbiq edilib
23/02/2020 [16:37]:
Kestutis Yankauskas: "Aİ Azərbaycan ilə “Yaşıl saziş” məsələsində birgə çalışmaq istəyir"
23/02/2020 [16:10]:
Yaponiyada İmperator Naruhitonun doğum günü qeyd edilir
23/02/2020 [15:41]:
İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı
23/02/2020 [14:34]:
UNESCO-da Beynəlxalq Ana Dili Günü Azərbaycan dili haqqında məlumat verilib
23/02/2020 [13:45]:
Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib
23/02/2020 [13:14]:
“Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin