Putin Saakaşvilini müdafiə etdi

30/04/2019 [00:27] - Dünya (298)



Rusiya prezidenti Vladimir Putin Ukraynadakı prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə ölkəsində insan haqlarının təmin olunmasına, məsələn, Mixail Saakaşvilidən başlamağı təklif edib. 

 Rusiya mediası xəbər verir ki, Putin jurnalistlərlə söhbətində belə deyib: “Azadlıqlara gəldikdə bu mənada hətta Rusiyadan, rusiyalılardan başlamaq yox, tutaq ki, gürcülərdən və ya keçmiş gürcülərdən başlamaq daha yaxşı olardı. Məsələn, keçmişdə gürcü olan, indi özünü ukraynalı hesab edən adama Ukrayna pasportunu qaytarmaq ədalətli olacaq. Mən Saakaşvili Mixail Nikolayeviçi nəzərdə tuturam”.


Putin xatırladıb ki, Saakaşvili “Ukrayna vətəndaşlığından qanunsuz məhrum edilib, ölkədən qanunsuz sürgün olunub və onu geri qaytarmaq, pozulmuş hüquqlarını bərpa etmək lazımdır. “Ukraynanın ölkəni tərk etməyə məcbur olmuş və bu günkü rejimin təqiblərindən yad ölkələrə sığınan bir çox digər vətəndaşlar kimi”-Putin deyib.

Rusiya prezidentinin Saakaşvilinin pozulmuş hüquqları haqda danışması və onu müdafiə etməsi istehza, yoxsa ciddi söhbət olduğu aydın deyil. Çünki bir vaxtlar Putin Saakaşvilini “müəyyən yerindən asmaqla” hədələyirdi və onların necə qatı düşmən olduqları məlumdur.

Hər halda Saakaşvili Putinin onun barəsində dediklərinə cavab verib.

“Bu həmin Putindir ki, 2017-ci ilin dekabrında mətbuat konfransında Poroşenkodan məni Ukraynadan deportasiya etməyi yüksəkdən tələb etmişdi (Poroşenko da bir ay sonra bunu etdi). Dəqiq bilirəm ki, məhz Siz Poroşenkodan 2014-cü ildə məni inaqurasiya mərasiminə dəvət etməməyi tələb etmişdiniz”-o özünün Facebook səhifəsində yazıb.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
22/02/2020 [11:54]:
ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:54]:
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimçilər üçün təlim keçirilib
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin