Dini Komitə məktəblərdə dinin tədrisi məsələsinə aydınlıq gətirib

29/04/2019 [19:57] - Gündəm (270)



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni tədris ilindən ümumtəhsil və ali təhsil müəssisələrində dinin tədrisi ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq.

“Əslində, bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək. Bu fənnin tədrisi üçün dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır. Dərs vəsaiti üzərində işlər davam edir. Dərslik iki hissədən ibarətdir: multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən digər bölmə. Fənnin tədrisində əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır. Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri də var. Bir daha qeyd edirik ki, bu fənn orta məktəblərdə deyil, ali təhsil ocaqlarında tədris olunacaq”, – açıqlamada qeyd edilib.

Məlumatda bildirilib ki, orta məktəblərə gəlincə, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər görülür: “Eyni zamanda neçə illərdir ki, orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar da verilir. Hazırda “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür. Ümumiyyətlə, məqsəd dinlər barədə şagirdlərə məlumat vermək, onların bu istiqamətdə dünyagörüşünü artırmaqdır. Bir sözlə, söhbət orta məktəblərdə dinin tədrisindən yox, dinlərlə bağlı ilkin biliklərin verilməsindən gedir. Bu sahənin təkmilləşdirilməsi istiqamətində gələcəkdə də işlər davam etdiriləcək. Azərbaycanla yanaşı, digər ölkələrdə də belə təcrübələr var. Hətta bir sıra ölkələrdə bütün dinlər (səmavi və digərləri) barədə orta təhsil müəssisələrində ayrıca dərslər keçirilir.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
22/02/2020 [11:54]:
ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:54]:
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimçilər üçün təlim keçirilib
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin