Məhkəmə “Təfəkkür” Universiteti ilə bağlı qərarını elan edib

27/04/2019 [21:16] - Cəmiyyət (246)



Təhsil Nazirliyi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Nazirlik universitetin fəaliyyətinin qanunsuz sayılması və əmrin icrasının cavabdehə həvalə olunması barədə tələb irəli sürüb.

İddia ərizəsində bildirilib ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru 11 oktyabr 2017-ci il tarixli 3/09 saylı məktubla Təhsil Nazirliyinə müraciət edib. Məktubda qeyd olunub ki, universitetin Təsisçilər Şurasının 29 sentyabr 2016-cı il tarixli iclasında universitetin maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin qanunvericiliyə müvafiq dayandırılması ilə bağlı qərar qəbul edilib. Universitetin əməkdaşları ilə bağlanmış əmək müqavilələrinin tədris ilinin sonunda bitməsini nəzərə alaraq universitetin fəaliyyətinin dayandırılması 2017-ci ilin iyul ayında həyata keçiriləcək.

Universitetin Elmi Şurasının 30 sentyabr 2016-cı il tarixli iclasının qərarına uyğun olaraq, məsələnin icrası ilə bağlı Ədliyyə, İqtisadi İnkişaf və Təhsil nazirlikləri qarşısında universitetin fəaliyyətinin dayandırılması ilə əlaqədar 1 iyul 2017-ci il tarixdə müvafiq vəsatət qaldırılacaq.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin qeyd edilən məktubunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən 724 saylı 15 noyabr 2016-cı il tarixli və 16 saylı 12 yanvar 2017-ci il tarixli əmrlər imzalanıb. Təhsil Nazirliyi tərəfindən əmrlərin icrası tələb edildikdə, universitet 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin əmrlərin ləğv olunmasını xahiş edib.

Məhkəmə icraatı zamanı universitetin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək yekun məhkəmə qərarı qəbul olunanadək əmrlərin icrasının dayandırılması barədə qərar çıxarılmasını isəyib.

Məhkəmə ərizəni təmin etdiyindən, həmin qərarın ləğv edilməsi məqsədi ilə apellyasiya şikayəti verilib. Apelyasiya instansiya məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb. apellyasiya məhkəməsinin qərardadından nazirlik tərəfindəndən kassasiya şikayəti verilib və qərardadın ləğvi xahiş olunub. Ali Məhkəmənin qərarı ilə şikayət təmin edilmiş və iş yenidən vaxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət təmin edilib və birinci instansiya məhkəməsinin qərardadı ləğv olunub. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin qərardadından narazı qalan universitetin nümayəndəsi kassasiya şikayəti verib.

Ali Məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb. İşə mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə iclası təyin edilib. Universitetin rektor əvəzi İlham Musayevin imzası ilə məhkəməyə ərizə təqdim edilərək iddia ərizəsinin geri qaytarılması xahiş olunub.

Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edib.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti iddia tələbinin əsassız olduğunu nəzərə alaraq iddia ərizəsinin geri qaytarılması barədə ərizə verməsinə baxmayaraq, Təhsil Nazirliyinin yuxarıda qeyd olunan əmrlərini icra etməkdən imtina edib.

Təhsil Nazirliyi hesab edir ki, cavabdehin hərəkətləri ali təhsil sahəsində respublikada aparılan islahatlara və təhsil siyasətinin həyata keçirilməsinə mane olur. Belə ki, hazırda universitetdən digər ali məktəblərə köçürülən tələbələrin şəxsi işləri verilmədiyindən, onların təhsil almaq hüququ ciddi şəkildə pozulur. Digər tərəfdən, Elmi Şuranın qərarına əsasən, 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılacağı bildirilsə də, məktəb hal-hazıra qədər fəaliyyət göstərir. Universitetin akkreditasiyadan keçməsi barədə verilmiş sertifikatın qüvvədə olma müddəti bitdiyindən, onun təhsil fəaliyyəti ilə məşğul olması ciddi qanun pozuntusudur.

Nazirlik məhkəmədən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini fəlaiyyətinin qanunsuz sayılması və Təhsil Nazirliyinin “tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə” 12 yanvar 2017-ci il tarixli 16 nömrəli əmrinin icra edilməsi öhdəliyinin universitetinin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı isə iddia qismən təmin edilib. İddiaçı Təhsil Nazirliyinin “tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə” 12 yanvar 2017-ci il tarixli 16 nömrəli əmrinin icra edilməsi öhdəliyi cavabdeh universitetin üzərinə qoyulub. İddia qalan hissədə təmin olunmayıb.

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Futbol matçı zamanı iki komanda arasında atışma olub
Azərbaycanlı futbolçu rəmzi komandada
Messi özünün geyim brendini yaratdı
Şamaxıda mağaza yanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin