Gizli iqtisadiyyat leqallaşmağa başlayır – təhlil

26/04/2019 [12:24] - İqtisadiyyat (423)



Maliyyə Nazirliyi ilin birinci rübündə büdcənin gəlir və xərclər üzrə proqnozların icra vəziyyətini açıqlayıb.

2019-cu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri  5 milyard 440 milyon  manat, xərcləri isə 5 milyard 40 milyon manat olub. Bununla da, ilin ilk 3 ayında büdcədə 403,8 milyon manat profisit (gəlirlərin xərcləri üstələməsi) yaranmışdır.

Gəlirlərin strukturunun təhlili maraqlıdır. Birinci rübdə büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqaisədə 876 milyon manat və yaxud 18 faiz artıb. Gəlirlərin 1 milyard 673 milyon manatını Vergilər Nazirliyi yığıb. Vergi yığımları ötən illə müqayisədə 236 milyon manat  və ya 17 faiz artıb. Vergi yığımlarında qeyri-neft sektorunun payının 70 faizə yaxınlaşmasını da müsbət tendensiya kimi dəyərləndirmək olar. 

Gömrük Komitəsinin yığımları isə rekord həddə qədər artıb 287 milyon manat və yaxud 40 faiz. Hər iki mənbə üzrə gəlirlərin artımı vergi-gömrük sistemində qeydiyyat sisteminin təkmilləşdirilməsi və gizli iqtisadiyyatın leqallaşdırılması il bağlıdır. Təbii ki, dövlət büdcəsinin qeyri-neft sektorunda sabit maliyyə qaynaqlarının artması yaxşı əlamətdir. Ancaq təəssüf ki, gizli iqtisadiyyatın  əhəmiyyətli dərəcədə azaltmaq hələ mümkün olmayıb. Vergi və gömrük yığımlarındakı artımlar bu gizli potensialın yalnız bir hissəsir.

 Təbii ki, gizli iqtisadiyyatın sıfırlanacağını tələb etmək mümkün deyil. Hətta ABŞ və Avropada da bu məsələ aktualdır.  ABŞ-da gizli iqtisadiyyatın çəkisi ABŞ-da 10, Avropa Birliyi ölkələrində 8-14 faiz arasında dəyişir.  Beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycanda bu göstərici 40 faizə yaxındır. Vergi və gömrük xidmətində qısamüddətli dəyişikliklər də göstərdi ki, gizli iqtisadiyyatın  çəkisi yüksəkdir.  Prezident İlham Əliyev də 2018-ci ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin genişləndirilmiş iclasında bidirdi ki,  “kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparmaq lazımdır”.

Təbii ki, prosesin artıq başlanması özü müsbət haldır ilkin nəticələr də pis deyil. Gizli iqtisadiyyatın leqallaşması hesabına birinci rübdə ötən ilin eyni dövrü ilə müqyisədə 523 milyon manat (Vergilər Nazirliyi üzrə 236, Gömrük Komitəsi üzrə 287 milyon manat) çox vəsait yığılb, 403,8 manat profisit yaranıb. Bu artımlar artıq sosial layihələrin maliyyələşdirilməsini dəstəkləyir. 

Məsələn, prezidentin  minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılması ilə bağlı sərəncamlarının maliyyə tutumuna (882 milyon manatdır) yaxın bir məbləğdir.  Artıq bu məbləğin 403,8 manatı və yaxud 46 faizə yaxını artıq yığılıb. Gizli iqtisadiyyatın leqallaşdırılması davamlı olarsa, ilin sonuna qədər heç bir büdcə kəsirinə getmədən artımlar büdcənin indiki imkanları daxilində maliyyələşəcək.

Qadir IBRAHIMLI

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
Futbol matçı zamanı iki komanda arasında atışma olub
Azərbaycanlı futbolçu rəmzi komandada
Messi özünün geyim brendini yaratdı
Şamaxıda mağaza yanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin