“Almaniyada mənim və anamın adına bank hesabları var” - Hüseyn Abdullayev

25/04/2019 [19:14] - Cəmiyyət (119)



Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var.

Prosesdə sabiq deputat ifadə verib. O, elan olunmuş ittihamlarla özünü təqsirli bilmədiyini, ötən ilin aprelində Türkiyədə qanunsuz olaraq saxlanıldığını və Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verildiyini deyib: “Mən "İnterpol" xətti ilə axtarışa verilməmişdim. Məhkəmədən, dövlət ittihamçısından xahiş edirəm ki, mənə qarşı irəli sürülən ittihamı izah edin. Deyin görək metal, pul məsələləri ilə bağlı ittihamlar hardan gəlir, səbəb nədir? Yazılıb ki, guya 2000-2018-ci illər ərzində metal biznesi ilə məşğul olmuşam, qazanc əldə edib vergidən yayınmışam. Hamısı əsassızdır. Mən metal biznesi ilə 1991-1998-ci illərdə məşğul olmuşam. Ən çox mal ixrac edən biznesmenlərdən biri mən idim”.

H.Abdullayev ifadəsində ölkənin ilk milyonçularından biri olduğunu söyləyib: “1991-ci ildə Culfa ilə İran sərhəddində geniş ticarət əlaqələri qurdum, biznesimi davam etdirdim. Naxçıvan Muxtar Respublikası ağır blokadada olanda İnkişaf və Müdafiə Fondunun əsas sponsorlarından biri mən olmuşam. Əsgərləri geyim və ərzaqla təmin etmişəm. Bununla hər zaman fərx etmişəm. Diqqətinizə çatdırım ki, ölkənin rəsmi olaraq ilk milyonçularından biri olmuşam".

Sabiq deputat həmçinin ifadəsində hədə-qorxu ilə kimdənsə pul tələb etmədiyini göstərib: “Hansı imkanlara sahib olduğumu qeyd etdim. Sizcə, belə bir adam kimdənsə hədə-qorxu ilə 3 min manat tələb edər? Mən o günə qalmışam? Mənim anamın və atamın adına olan mülklərin qanunsuz yollarla əldə edilmiş pullarla alındığı yazılıb. Axı bu qədər ədalətsizlik, haqsızlıq, belə bir biabırçılıq olmaz".

H.Abdullayev ifadəsində İsveçrə və Almaniyada özünün və anasının adına bank hesabları olduğunu deyib. Həmin pulları isə qanuni yollarla qazandığını söyləyib: “Bu mənim alın tərimdir. Vergini vaxtlı-vaxtında ödəmişəm. Mənə ilk ittiham Nəriman Nərimanovun heykəlinin yanındakı başıbəlalı binaya görə verilib. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi anamın və atamın adına keçirdim. Bu işi onlar davam etdirdilər. O ərəfədə isə cəmi bir bina tikdilər. Həmin binanın bütün ödənişləri edilib, vergilər ödənilib. Anam o tikintiyə görə 1,8 milyon manat vergi ödəyib. Amma 2013-cü ildə mənə buna görə cinayət işi başlanıldı, vergini ödəmədiyim deyildi. Məbləği görməzdən gəlib cinayət işinə xitam vermədilər. Bütün bunlardan sonra mən məcbur qalıb doğma yurdumdan, çox sevdiyim Azərbaycanımdan didərgin düşdüm".

H.Abdullayev ifadəsinin bu hissəsində kövrəlib və göz yaşlarını saxlaya bilməyib. Daha sonra ifadəsində 2013-cü ildə Almaniyadan siyasi sığınacaq aldığını deyib. masından danışıb: "Mənə qarşı olan qanunsuz təzyiqlərdən sonra sığınacaq istədim. Almaniya hökuməti də sağ olsun ki, ədalətli araşdırma aparıb razılıq verdi".

"Buradakı adamların çoxu məni ya deputat, ya da bəzi mahnıların bəstəkarı kimi tanıyır. Vaxtilə dəstək verdiyim, kömək etdiyim insanlar bunları unutdular. Buna görə təəssüflənmirəm. Hamının nəzərinə çatdırmaq istəyirəm ki, mən bütün gəncliyimi dövlətçiliyimizə qurban vermişəm. Onun möhkəmlənməsinə, qorunub saxlanmasına xidmət etmişəm. Ölkədə kriminal dəstələrin baş qaldırdığı zamanda özümün, ailəmin həyatını təhlükəyə ataraq fəaliyyət göstərmişəm. Heç vaxt buna görə peşman olmamışam. Hamı bilsin ki, bircə dəfə də olsun dövlətimizə xəyanət etməmişəm. Dövlətçiliyin əleyhinə bir addım belə atmamışam. Mənə olan təzyiqlərin nəticəsi olaraq atamı itirdim, əmlaklarım zəbt edildi. Bütün bunları Allah götürməz. Məhkəmənin ədalətinə inanıram”- sabiq deputat ifadəsində göstərib.

Xatırladaq ki, cinayət işi 14 fevral 2018-ci ildə, müxtəlif adamların şikayətləri əsasında başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.

İstintaq materiallarında qeyd edilib ki, “Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H. Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. “Araz İNC” MMC-nin təsisçisi H. Abdullayevin atası Abbas Abdullayev, faktiki idarəçi isə sabiq deputatın özü olub.

İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb.

Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
Nazirlik milli parklara direktor axtarır
Azərbaycanda polis əməkdaşı göldə batıb
Xəbər lenti
21/05/2019 [00:03]:
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
20/05/2019 [23:28]:
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
20/05/2019 [22:41]:
Koçaryanın cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi
20/05/2019 [21:38]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
20/05/2019 [20:23]:
Azərbaycan buğda idxalını 28% artırıb
20/05/2019 [19:37]:
Saakaşvilinin xanımı İvanişvili rejiminə son qoymağın yolunu göstərdi
20/05/2019 [18:42]:
98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
20/05/2019 [17:58]:
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
20/05/2019 [17:11]:
Nazirlik milli parklara direktor axtarır
20/05/2019 [16:49]:
Azərbaycanda polis əməkdaşı göldə batıb
20/05/2019 [16:14]:
CASCFEN Şəkidə seminar keçirib
20/05/2019 [16:01]:
Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz edir
20/05/2019 [15:47]:
Mayın 21-ə hava proqnozu
20/05/2019 [15:34]:
Qüdrət Həsənquliyev: Paşinyanın cavabı döyüş meydanında verilməlidir
20/05/2019 [15:03]:
Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi
20/05/2019 [13:59]:
“Tramp-Putin görüşü hər kəsə xeyirlidir” –Uşakov
20/05/2019 [13:07]:
İTV-dən Avropa Yayımları Birliyinə etiraz – Azərbaycan xəritəsi ilə bağlı
20/05/2019 [11:39]:
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
20/05/2019 [10:21]:
Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşdü
20/05/2019 [00:03]:
Marneulidə qeydə alınan qayda pozuntuları nəticəyə təsir etməyib - yenilənib
19/05/2019 [23:42]:
Saakaşvili tərəfdarlarını hücuma səslədi
19/05/2019 [23:29]:
"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu oldu
19/05/2019 [22:44]:
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19/05/2019 [21:11]:
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
19/05/2019 [20:59]:
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polkovnik-leytenantı təqaüdə göndərdi
Qulamhüseyn Əlibəyli: Keşikçidağ monastrını Borçalı ilə dəyişdirmək olar
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Jirinovski: "İrandan gələn milyonlarla qaçqın hər şeyi silib-süpürəcək"
Vergi generalı Əmanətlərin Sığortalanması Fondunu necə idarə edir? - təfsilat
Azərbaycan yeni alyansa daxil olur
Azərbaycanın ən riskli bankları - siyahı
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
Azərbaycanda qızıl-gümüş bahalaşıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin