Pambıqçılıqda 2018-ci ildə də qarşıya qoyulan məqsədə nail olunmadı - ekspert

25/04/2019 [16:29] - İqtisadiyyat (286)



Pambıqçılıqda 2018-ci ildə də qarşıya qoyulan məqsədə nail olunmadı. Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. 

Bu gün - aprelin 25-də ötən il pambıq yığımı mövsümünün yekunları ilə bağlı keçirdiyi mətbuat konfransıdna ekspert deyib ki,  2018-ci ildə 132 min 512 hektar pambıq sahəsindən 232 min 231 ton məhsul əldə edilib: “Bu isə o deməkdir ki, 2018-ci ildə ölkə üzrə hər hektardan orta məhsuldarlıq 17,5 sentner təşkil edib. Pambıqçılıqda məhsuldarlığın bu qədər aşağı olması onu deməyə əsas verir ki, əvvəlki ildə olduğu kimi 2018-ci ildə də bir çox rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər ciddi ziyana məruz qalıblar.”

 Rayonların yarısında məhsuldarlıq aşağı olub

Ekspert əlavə edir ki, 2018-ci ildə ölkənin 22 rayonunda pambıq əkini həyata keçirilib: “Bu rayonların tən yarısında məhsuldarlıq 15 sentnerdən aşağı olub. Belə ki, hər hektardan orta məhsuldarlıq Zərdabda 14,9, Salyanda 14,5, Neftçalada 14,3, İmişlidə 13,3, Sabirabadda 13, Kürdəmirdə 12,9, Ağdaşda 12 sentner təşkil edib. Bəzi rayonlarda isə hər hektardan orta məhsuldarlıq 10 sentner səviyyəsinə də qalxmayıb. Füzuli rayonunda 9,8, Hacıqabul rayonunda 8,8, Ağsu rayonunda 7,4, Ucar rayonunda isə hər hektardan orta məhsuldarlıq 6,6 sentner təşkil etmişdir. Aparılan hesablamalar göstərrir ki, xam pambıq istehsalı üçün çəkilən xərc hər hektar üçün min manat civarındadır. 2018-ci idə də məhsuldarlığın aşağı, alış qiymətinin ucuz olması minlərlə kəndlilərin müflisləşməsinə səbəb olub”.


 2018-ci ildə qarşıya qoyulan hədəfə nail olunmayıb
 

V.Məhərrəmov hesab edir ki, 2018-ci ildə qarşıya qoyulan hədəfə nail olunmayıb: “Hökumət hər hektardan 40 sentner məhsul əldə olunacağını vəd etsə də, sonradan qarşıya qoyulan vəzifənin real olmaması səbəbindən bu hədəfi 2 dəfə aşağı salıb. Belə ki, 2018-ci ildə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında pambıq istehsalında məhsuldarlığın artırılmasının vacibliyini vurğulayaraq qeyd etmişdi ki, hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatdırılmalıdır”.

Ekspertin qəanətinə görə, son 4 ildə (2014-2017) əldə olunmuş nəticələrin təhlili göstərir ki, hökumətin gözləntiləri özünü doğrultmayıb, dövlət proqramı qəbul edildikdən sonra pambıqçılıqda məhsuldarlıq son yeddi ildə ən aşağı səviyyəyə düşüb, ölkə üzrə hər hektardan orta məhsuldarlıq 15,3 sentner təşkil edib. 

Ekspert çıxışının sonda məlumat verib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi  Azərbaycanda əvvəlki illərlə müqayisədə pambığın əkin sahələrinin azaldılması təşəbbüsü ilə çıxış edib və 2019-cu ildə 104,9 min hektar sahədə pambıq əkiləcəyi haqda proqnoz verib: “Bu isə o deməkdir ki, hökumət Dövlət Proqramında 2022-ci il üçün qarşıya qoyduğu hədəfə - 500 min ton pambıq istehsalına nail ola bilməyəcək”.

Nə etmək lazımdır?

Ekspert bildirir ki, pambıqçılıqda məhsuldarlığı artırmaq, pambığın keyfiyyətini yaxşılaşdırmaq, rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün bir sıra vacib işlər görülməlidir: “Pambıq istehsalı ilə məşğul olan fermerlər, kəndlilər arasında əməkdaşlığı genişləndirmək, onların hüquq və maraqlarının müdafiəsini təmin etmək, pambıq istehsalı, emalı, ixracı sahəsində səylərin birləşdirilməsi, resurslardan səmərəli istifadə edilməsi məqsədilə Pambıq İstehsalçıları Assosiasıyası İctimaii Birliyinin yaradılmasını təşkil etmək lazımıdr”.

Onun qənaətinə görə, pambıqçılıqla məşğul olan kəndlilərə, fermerlərə sərbəstlik və seçim imkanı vermək, pambıq emalında və ixracında mövcud olan inhisarçılığı aradan götürmək, fermer təsərrüfatlarına istehsal etdikləri məhsulu emal etmək və xaricə çıxarmaq imkanı vermək vacibdir.
 
“Keyfiyyətli və ucuz istehsal vasitələrinin ölkəyə idxalını təmin etmək məqsədilə özəl sektorun bu sahəyə cəlb edilməsinə nail olmaq və bu məqsədlə onların ucuz kredit resurslarına çıxışını təmin edilməlidir”- deyə o bildirdi. 
 


Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin