Ən zəngin xəzinə kitabdır - Fotolar

23/04/2019 [21:39] - Mədəniyyət (198)



Ölkənin ən gənc operatoru “NAR” davamlı həyata keçirdiyi sosial layihələri çərçivəsində 23 aprel – Ümumdünya Kitab Günü ilə əlaqədar Cəlilabad rayonunun Təzəkənd kənd 1 saylı tam orta məktəbini kitablar və noutbuklarla təmin etdi.

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “NAR” təhsil ocağında kitabxananın genişləndirilməsinə dəstək göstərdi. Əlbəttə, kökü dərinlərdən gələn xeyriyyəçilik ənənəsinin bir şirkətin timsalında davam etdirilməsini yalnız alqışlamaq lazımdır. O mənada ki, təhsil tariximizdə zaman-zaman öz evini məktəbə çevirənlər, qapı-qapı gəzib uşaqların təhsil alması üçün hər cür təhlükəni göz önünə alanlar, millətinin övladlarını oxumaq üçün xaricə göndərənlər, təhsillərinə pul ayıranlar olub. Təhsilin inkişafı üçün edilən xeyriyyəçilik isə bütün dövrlərdə ən ali humanistlik sayılıb. Bu gün də bir ucqar kənd məktəbinin bədii, elmi ədəbiyyatla, və elektron kitabxana ilə təmin olunmasını kodlarındakı ənənənin itməməsi kimi  dəyərləndirmək olar ki, bunu da “NAR” öz boynuna götürdü.

Təzəkənd kəndinin yenicə çiçəklənən ağaclarını, yaşıllaşan çöllərini, kənd zəhmətkeşlərinin əməyi ilə əkilib-becərilən münbit qara torpaqlarını, darvazasız həyətlərində otlayan mal-qarasını seyr edə-edə məktəbə yaxınlaşırıq. Həyətdə qonaqları alqışlarla qarşılayan şagirdlərin sevinci bizi uzaqdan pərişan edən məktəbin uçuq-sökük görkəmini qismən unutdurur. Burda 1-ci sinifdən tutmuş 11-ci sinfə qədər oxuyan şagirdlərin sevincdən çağlayan dünyasına düşürük. Hələ müəllimlərin sevinc saçan gözləri…  Axı gözdən uzaq kənd məktəbinə hələm-hələm qonaq gələn yoxdur…

Uşaqlar onlara paylanan kitabları ən qiymətli hədiyyə kimi əldə etməyə tələsirlər. Məktəbin kiçik kitabxanasında dünya və Azərbaycan ədəbiyyatının nümunələri, müxtəlif fənlərə aid ensiklopediyalar, elmi əsərlər yer alsa da, boşluq açıq-aydın görünür. Bundan sonra məktəbin müəllim və şagird kollektivi “NAR”-ın fəaliyyətinə dəstək göstərdiyi kitabxanada Əli bəy Hüseynzadə, A.A.Blok, K.G.Paustovski, Mir Möhsün Nəvvab, Rəsul Rza, Osman Sarıvəlli, Turgenev, Çexov, Servantes, Lev Tolstoy kimi dünya və Azərbaycan klassiklərinin əsərlərini, o cümlədən Azərbaycan Xalq ədəbiyyatından seçmələri, Azərbaycan Muğam Ensiklopediyasını, Azərbaycan miniatürlərini, uşaqlar üçün nağılları və s. əsərləri oxuya, zamanın dalğalarında səyahət edən fikir gəmilərinin yolçusuna çevrilə biləcəklər.

Məktəbə hədiyyə edilən kitabların sevincini ən çox yaşayan uşaqlardır.

Uşaqların dünyası

9-cu sinif şagirdi Kənan Niftiyev məktəbə kitabların hədiyyə olunmasını əsil bayram kimi qarşılayır: “Dahi yazıçıların və şairlərin əsərlərini oxumağı xoşlayıram. Gətirilən kitablar içərisində çox sayda klassiklərin əsərlərini gördüm. Bu, məni çox sevindirdi. Kitabdan böyük hədiyyə olmaz. Əminəm ki, bu, məktəbin şagirdlərinin mütaliəyə marağını daha da artıracaq”.

8-ci sinif şagirdi Ələkbər Xəlilovun da mütaliəyə marağı böyükdür: “Evimizdə də kitabxana var. Kitabsız həyat olmaz. Kitab söz ehtiyatını artırır, biliyi zənginləşdirir. Dərslərimi oxuyandan sonra boş vaxtlarımda bədii ədəbiyyat oxuyuram. Bu nitqimin inkişafına, dünyagörüşümün formalaşmasına, biliklərimin artmasına kömək edir. Məktəbimizə hədiyyə edilən kitablar da bizim dünyagörüşümüzün formalaşmasına kömək edəcək”.

Nəsrin Cəfərova 8-ci sinifdə oxuyur. “Məktəb kitabxanasına hədiyyə edilən kitablar təkcə kitabxananı zənginləşdirmir, həm də bizim bədii təxəyyülümüzün inkişafına, biliklərimizin artmasına kömək edəcək” deyir: “Mən dünya ədəbiyyatını oxumağı xoşlayıram. Bədii ədəbiyyat insanın düşüncəsinin formalaşmasına, həyatı anlamasına kömək edir. Həmçinin hədiyyə edilən əsərlər içərisində ensiklopediyalar var. Bunlar da biliklərimizin artmasına yardım edəcək. Kitab əsil xəzinədir. Bizə bağışlanan xəzinəyə görə təşkilatçılara təşəkkür edirəm!”

Mütaliə vərdişə çevrilsə

40 ildir məktəbdə  müəllim işləyən Xanım Şahbalayeva şagirdlərin mütaliəyə böyük həvəsi olduqlarını deyir: “Məktəbin uşaqları çalışqandır. Hər il, ali məktəblərə, kolleclərə qəbul olurlar. Məktəbin kitabxanasında kitablar azdır. Xüsusən uşaq ədəbiyyatı çatışmır, nağıllar yoxdur. Bədii ədəbiyyat isə uşaqların dünyagörüşünün formalaşması üçün çox vacibdir. Məktəbə hədiyyə edilən kitablar əminəm ki, uşaqların inkişafında rol oynayacaq. Çünki onlar mütaliə etmək istəyirlər”.

Məktəbin digər müəllimi Gülər Abdullayeva da uşaqların təməldən mütaliəyə həvəslərinin formalaşdırılmasının vacib olduğunu vurğulayır: “Biz sovet dövrünün adamlarıyıq. O zaman müəllimimiz bizi kitabxanaya aparırdı. Biz jurnallar, yaşımıza uyğun kitablar götürüb oxuyurduq. Amma indi azyaşlı uşaqlar üçün kitablar yoxdur. Uşaqlarda oxumağa maraq var, ancaq istədikləri ədəbiyyatı tapa bilmirlər”.

Məktəbin hərbi hazırlıq müəllimi Ərəstun Orucov “bu kitablar həm müəllimlər, həm də şagirdlər üçün böyük hədiyyədir” deyir: “Əgər uşaq bu kitabları oxuyacaqsa, o bizim gələcəyimizdir. Uşaqların vətənpərvər, milli ruhda böyüməsi üçün mütaliə vacib şərtdir. Məktəbdə kitab qıtlığı vardı. Müəllim də, uşaq da mütaliə edəcək - söz bazası, mənəvi dünyası zənginləşəcək”.  

İbtidai sinif müəllimi Əliqismət Cəfərov da uşaqların oxumağa böyük həvəs göstərdiklərini dedi: “Qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu məktəbin şagirdlərinin oxumağa böyük həvəsi var. Bu məktəbdə prezident təqaüdçüsü olan məzunumuz olub”.

Təhsilə ən gözəl dəstək

Təzəkənd kənd 1 saylı tam orta məktəbin direktoru Valeh Niftiyevlə söhbətimizə məktəbin yaranma tarixindən başlayırıq. Kənd məktəbi 1986-ci ildə hazırkı binaya köçüb. Təəssüf ki, məktəbin fəaliyyət göstərdiyi bina o vaxtdan bəri təmir olunmayıb: “Daxili imkanlarımız hesabına məktəbin hazırkı görkəmini saxlaya bilmişik”-deyir direktor. Hazırda 366 şagirdin təhsil aldığı məktəbdə 41 müəllim onların tədrisi və tərbiyəsi ilə məşğul olur. O cümlədən məktəbdə 23 texniki işçi çalışır. Keçən il məktəbin 26 məzunundan 5 nəfəri peşə, 6-sı ali məktəblərə daxil olub. “Bu il məktəbi bitirəcək 27 şagirdin arasından da inanıram ki, ali məktəblərə qəbul olanlar olacaq” - deyə direktor ümidlə dillənir. “NAR” -ın məktəb kitabxanasına dəstəyini isə V.Niftiyev yüksək dəyərləndirir. V.Niftiyev deyir ki, məktəbin kitabxanasında yuxarı sinif şagirdlərinin mütaliəsi üçün müəyyən sayda kitablar var. Ancaq 2000-ə yaxın kitabı təhvil verdikdən sonra boşluq yaranıb. Azyaşlı uşaqlar üçün kitablar isə alınaraq onlara oxunur. Şagirdlərin isə mütaliəyə böyük maraqları var. “Onların hər biri nitq qabiliyyətlərini inkişaf etdirmək, dünyagörüşünü artırmaq istəyir. Ona görə bu kitablar böyük hədiyyədir. Şagirdlərə bədii ədəbiyyat vasitəsi ilə sevgi təlqin olunur. Mən həmişə müəllimlərə “şagirdləri bədii ədəbiyyat oxumağa meylləndirin” deyə tövsiyə edirəm. Çünki onlar mütaliəni vərdişə çevirsələr bütün mənfi işlərdən uzaq olacaqlar”.  

Ədəbiyyatı məktəbin kitabxanasına təqdim edən “NAR”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov şirkətin sosial layihəsi üçün daha çox ehtiyacı olan kənd məktəbinin seçildiyini qeyd etdi: “Sevinirik ki, şagirdlərin təhsili, bilik və dünyagörüşlərinin zənginləşməsi üçün bizim də bir payımız oldu. Uşaqlar bu kitabları oxuyacaq, noutbuklara yüklənən elektron kitabxananın vasitəsilə tapa bilmədikləri bədii, elmi ədəbiyyatı elektron kitabxanadan əldə edə biləcəklər”.

Məktəbin məzunu, Mətbuat Şurası idarə Heyətinin üzvü, “AZADİNFORM” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev məktəb kitabxanasına göstərilən dəstəyə görə “NAR”-a təşəkkürünü bildirdi: “Əslində bütün şirkətlərin elmə, təhsilə bu tərzdə qayğısı vacibdir. “NAR” bu istiqamətdə sosial layihələr həyata keçirən şirkətlərdən ən öndə gedənidir. Bu, təhsilə, uşaqların biliklərinin zənginləşməsinə göstərilən ən gözəl təşəbbüsdür. Ümid edirəm ki, bu kitablardan bütün məktəb faydalanacaq”.

Məktəbin müəllimləri yaxşı təhsilə yiyələnməyin, bədii ədəbiyyat mütaliə etməyin insanı böyük yollara qovuşduracaqlarını yaxşı bilir və bunu şagirdlərinə də təlqin edirlər. Axı hər kitab təkcə bir xəzinəyə deyil, neçə-neçə xəzinəyə də açardır. Bu kəndin aşırımlarını aşmaq, böyük yollara qovuşmaq üçünsə səy, zəhmət, istək və təbii ki, gecəli-gündüzlü mütaliə lazımdır.

Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin