Azərbaycan XİN BMT-yə etirazını bildirib

23/04/2019 [20:22] - Siyasət (169)



Azərbaycanın Xarici İşlər NazirliyiErmənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi və bu sənədlərin BMT-nin rəsmi səhifəsində yayıldığı ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva "Report"a bildirib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz: "Mətbuatda məlumatı təqdim edərkən onun dəqiqliyinin yoxlanılması vacibdir. Ermənistan KİV-in bir çox hallarda müəyyən mövzuları öz maraqlarına cavab verəcək şəkildə təqdim etdiyinin dəfələrlə şahidi oluruq. Birinci hal deyil ki, Ermənistan tərəfi öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə edirlər. Ermənistan tərəfinin BMT, eləcə də ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq, təşkilatlar yayılan bu sənədlərin hər hansı bir şəkildə təşkilatın mövqeyini əks etdirmədiyini bildirirlər. Sənədə diqqətlə baxsanız, burada sənədin əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe bildirməsi demək olmadığı aydın şəkildə yazılır"

"ATƏT-də də eynilə bu kimi sənədlərin üzərində yayılan məlumatın ATƏT-in mövqeyini əks etdirmədiyi birmənalı şəkildə qeyd olunur. Ümumiyyətlə, Azərbaycan ərazilərini işğal edərək burada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, o cümlədən işğal zamanı Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər törədən, yüz minlərlə etnik azərbaycanlının öz doğma evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır. Bu kimi addımlarla Ermənistan, ilk növbədə, öz əhalisini aldadır və işğal etdiyi ərazilərdə yaratdığı qondarma oyuncaq qurumun guya ki, tanınması görüntüsünü yaratmaq istəyir", - o qeyd edib.

XİN rəsmisi BMT-də Ermənistan nümayəndəliyi tərəfindən yayılan sənədə də toxunub: "Bu günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb. Konkret qeyd etdiyiniz hal ilə bağlı ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilmiş və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olumuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilmişdir".

Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
İlham Əliyev iftar mərasimində iştirak edib
Mayın 24-ə hava proqnozu
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
Xəbər lenti
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
23/05/2019 [16:59]:
İzmirdə 8 PKK terrorçusu saxlanıldı
23/05/2019 [16:25]:
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23/05/2019 [15:42]:
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub
23/05/2019 [15:38]:
Türkiyə İrandan qaz idxalını dayandırıb
23/05/2019 [15:21]:
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23/05/2019 [14:53]:
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
23/05/2019 [14:46]:
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
23/05/2019 [13:57]:
Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə
23/05/2019 [13:21]:
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
23/05/2019 [13:04]:
Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev icra başçılarının yerini dəyişdi - siyahı
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin