İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı - yenilənib

22/04/2019 [19:29] - Siyasət (247)



İlham Əliyev Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İstiqlal.az sərəncamın mətnini təqdim edir:

1. On üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,

№ 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185, № 12 (I kitab), maddə 2580; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 fevral tarixli 532 nömrəli Fərmanı) 2.3-cü bəndindən “28-ci,” sözləri çıxarılsın.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493; 2015, №7, maddə 824; 2017, № 3, maddə 367; 2018, № 6, maddə 1195, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 572 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “2.1.20-ci” sözlərindən sonra “, 4.4-cü” sözləri əlavə edilsin;

3.2. 2.7-ci bənddə “5.3-cü maddəsində” sözləri “4.4-cü və 5.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
Nazirlik milli parklara direktor axtarır
Azərbaycanda polis əməkdaşı göldə batıb
Xəbər lenti
21/05/2019 [00:03]:
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
20/05/2019 [23:28]:
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
20/05/2019 [22:41]:
Koçaryanın cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi
20/05/2019 [21:38]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
20/05/2019 [20:23]:
Azərbaycan buğda idxalını 28% artırıb
20/05/2019 [19:37]:
Saakaşvilinin xanımı İvanişvili rejiminə son qoymağın yolunu göstərdi
20/05/2019 [18:42]:
98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
20/05/2019 [17:58]:
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
20/05/2019 [17:11]:
Nazirlik milli parklara direktor axtarır
20/05/2019 [16:49]:
Azərbaycanda polis əməkdaşı göldə batıb
20/05/2019 [16:14]:
CASCFEN Şəkidə seminar keçirib
20/05/2019 [16:01]:
Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz edir
20/05/2019 [15:47]:
Mayın 21-ə hava proqnozu
20/05/2019 [15:34]:
Qüdrət Həsənquliyev: Paşinyanın cavabı döyüş meydanında verilməlidir
20/05/2019 [15:03]:
Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi
20/05/2019 [13:59]:
“Tramp-Putin görüşü hər kəsə xeyirlidir” –Uşakov
20/05/2019 [13:07]:
İTV-dən Avropa Yayımları Birliyinə etiraz – Azərbaycan xəritəsi ilə bağlı
20/05/2019 [11:39]:
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
20/05/2019 [10:21]:
Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşdü
20/05/2019 [00:03]:
Marneulidə qeydə alınan qayda pozuntuları nəticəyə təsir etməyib - yenilənib
19/05/2019 [23:42]:
Saakaşvili tərəfdarlarını hücuma səslədi
19/05/2019 [23:29]:
"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu oldu
19/05/2019 [22:44]:
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19/05/2019 [21:11]:
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
19/05/2019 [20:59]:
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polkovnik-leytenantı təqaüdə göndərdi
Qulamhüseyn Əlibəyli: Keşikçidağ monastrını Borçalı ilə dəyişdirmək olar
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Jirinovski: "İrandan gələn milyonlarla qaçqın hər şeyi silib-süpürəcək"
Vergi generalı Əmanətlərin Sığortalanması Fondunu necə idarə edir? - təfsilat
Azərbaycan yeni alyansa daxil olur
Azərbaycanın ən riskli bankları - siyahı
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
Azərbaycanda qızıl-gümüş bahalaşıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin