Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?

20/04/2019 [16:23] - Gündəm (421)



Ermənistandakı Metsamor AES-in işlənmiş nüvə yanacağına görə Gürcüstan ekoloqları narahatlıq keçirir.Virtualaz.org xəbər verir ki, buna səbəb Ermənistanın Energetika Nazirliyinin kredit və qrant proqramları idarəsinin rəisi Vardan Martirosyanın açıqlamasıdır.

Martirosyan bu günlərdə jurnalistlərə bildirib ki, erməni tərəfi işlənmiş nüvə yanacağının Rusiyaya daşınması üçün Gürcüstanla danışıqlar aparmaq niyyətindədir. Martirosyan deyib ki, belə yükləri hava nəqliyyatı ilə daşımırlar. Ona görə də gürcü tərəfinə əsaslandırmaq lazımdır ki, nüvə yanacağı tullantılarının yerüstü nəqliyyatla daşınması təhlükəsizdir.



Gürcü ekoloq Nino Çxobadze isə hesab edir ki, Gürcüstanın yollarını və relyefini nəzərə alanda bu çox təhlükəli daşınma olardı.

“Bu ölkə üçün çox təhlükəlidir…Mən hesab edirəm ki, gürcü tərəfi buna razılıq verməyəcək, çünki belə yükün daşınmasının təhlükəsizliyini təmin etmək üçün heç bir imkan yoxdur”-ekoloq deyib.

Çxobadze “Sputnik”ə açıqlamasında qeyd edir ki, işlənmiş radioaktiv tullantılar əsasən dəmir yol nəqliyyatı ilə daşınır. Gürcüstanın isə Rusiya ilə birbaşa dəmir yol rabitəsi yoxdur. Nəticədə belə çıxır ki, tullantıların doldurulduğu xüsusi konteynerlər təkcə Gürcüstandan yox, həm də Azərbaycandan keçəcək.

Ekoloq deyir ki, belə yüklərin avtomobil nəqliyyatı ilə daşınması təhlükəsiz hesab edilmir. “Bizim şose, keçmiş Hərbi-Gürcüstan yolu prinsipcə o qədər də yaxşı vəziyyətdə deyil. Bu nəqliyyat həmin istiqamətdə hərəkət edən bütün TIR-ların hərəkətini ləngitməlidir, çünki radioaktiv maddələrin daşınması zamanı yol tamamilə boş olmalıdır. Xüsusən də işlənmiş nüvə yanacağının”-Çxobadze bildirib.

Gürcü ekoloq qeyd edir ki, erməni tərəfinin işlənmiş yanacağı Rusiyaya daşımaq arzusunun haradan meydana çıxdığını anlamır. Çünki Metsamor AES-in yanında işlənmiş yanacağı saxlamaq üçün xüsusi poliqon var. Həmin poliqon Amerikanın maliyyələşdirdiyi proqram hesabına yaradılıb və işlənmiş yanacağı da orada basdırmalı idilər.

“Mən ümumiyyətlə başa düşmürəm ki, radioaktiv tullantıların daşınması nəyə görə gəlirli biznes sayılır? Bu mənə heç aydın deyil ki, Rusiyadan hansısa şirkət həmin yanacağı hərbi məqsədlərlə yenidən emal etmək istəyir. Bu, bizim üçün qəbuledilməzdir”-ekoloq deyib.



Ermənistan nüvə yanacağı tullantılarının daşınması və emalı üçün Rusiyanın “Mayak” müəssisəsi ilə anlaşıb. Həmin müəssisə işlənmiş yanacağın utilizasiyası, habelə hərbi təyinatlı plutoniuma çevrilməsi ilə məşğuldur.

Qeyd edək ki, Ermənistanın radioaktiv tullantıları Azərbaycanın işğal altındakı ərazilərində basdırdığı haqda illərdir məlumatlar səslənir.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin