Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib

19/04/2019 [23:26] - Cəmiyyət (246)



Aprelin 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 433 iddiaçının arasından daha hazırlıqlı olan 372 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnən, mükəmməl təhsil alan savadlı, milli-mənəvi dəyərlərin daşıyıcısı olan vətənpərvər, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladan nazir R.Usubov belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu bildirib.

Cənab Ramil Usubov bu gün ölkədə uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini qeyd edib.

Daxili işlər naziri vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılan müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Müşavirədən daha hansı qənaətlərə gəldik? - Bəhruz Quliyev yazır
İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
Xəbər lenti
19/10/2019 [20:32]:
14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb
19/10/2019 [19:48]:
Radikal müxalifətin ikinci oktyabr iflası
19/10/2019 [18:42]:
Nazirlik: "Aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək"
19/10/2019 [17:23]:
Axtarışda olan şəxs İran-Azərbaycan sərhədini pozarkən saxlanılıb
19/10/2019 [16:53]:
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
19/10/2019 [16:33]:
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
19/10/2019 [15:48]:
Neftin qiyməti ucuzlaşır
19/10/2019 [15:22]:
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19/10/2019 [14:52]:
"Qalatasaray" "Sivasspor"u məğlub edib
19/10/2019 [14:25]:
Çilidə fövqəladə vəziyyət elan edilib
19/10/2019 [13:47]:
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19/10/2019 [13:20]:
Bakıda 15 yaşlı məktəbli qız itkin düşüb
19/10/2019 [12:53]:
Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə müraciət edib
19/10/2019 [12:51]:
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
19/10/2019 [12:43]:
Mitinqlə əlaqədar metronun bu stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır
19/10/2019 [12:31]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:43]:
2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi - Gəncədə
19/10/2019 [11:28]:
Ölkədə bu şəxslərə enerji içkilərinin satışı qadağan olunur
19/10/2019 [10:49]:
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
19/10/2019 [10:33]:
Qubada avtomobili yanıb
19/10/2019 [10:00]:
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə
18/10/2019 [23:59]:
Nazir və müavinibölgələrdə vətəndaşları qəbul edəcək
18/10/2019 [22:32]:
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18/10/2019 [21:51]:
Tramp: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"
18/10/2019 [20:44]:
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan-İran sərhədində insident - Bir sərhədçimiz yaralanıb
Nazir: "Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb"
Prezident Qazaxıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin