Rəsmi Yerevan Elmar Məmmədyarovu təkzib edir

19/04/2019 [10:18] - Siyasət (342)



Rəsmi Yerevan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər nazirinin iştirakı ilə iki ölkə xarici işlər nazirlərinin Moskva görüşündə Rusiyanın 2016-cı ildəki təkliflərinin müzakirə edildiyi barədə dediklərinə münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan erməni jurnalistlərlə söhbətində xatırladıb ki, görüşün gündəliyi Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşdən dərhal sonrakı birgə bəyanatında dərc olunub.

"Birgə bəyanatlar məhz o hədəflə hazırlanır ki, görüşün bütün razılaşdırılmış fikirləri onların yekun mətnində əksini tapsın. Razılaşdırılmış mətnlə ziddiyyət təşkil edən kənar bəyanatların verilməsi qarşılıqlı etibarın möhkəmlənməsinə imkan vermir. Hazırda danışıqlar hansısa bir proqram ətrafında aparılmır. Bundan başqa, danışıqların əsas hissəsi bir-birinin mövqeləri ilə tanışlıq, onların aydınlaşdırılması və dəqiqləşdirilməsi üzərində gedir", - deyə Ermənistan XİN-in rəsmi nümayəndəsi bildirib.

O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.

A.Naqdalyan xatırladıb ki, görüşün tarixi və yeri hər iki tərəfdən eyni vaxtda elan edilir. "Həqiqətən də, əvvəlki belə görüşlərin coğrafiyasını nəzərə alaraq, növbəti görüşün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birində keçirilməsinin mümkünlüyü nəzərdən keçirilir. Ancaq bu məsələ hələ müzakirə mərhələsində olduğundan, birtərəfli ifadələrin tətbiqindən çəkinmək lazımdır. Bundan başqa, görüşün ATƏT-in MQ ölkələrindən birində keçirilmə yeri haqda qiyabi elan prosesin iştirakçılarına, ilk növbədə isə bu vasitəçiyə qarşı hörmətsiz münasibətdir. Hələ razılaşdırılmamış görüş barədə  elan vermək arzusu, qarşılıqlı güvənə əsaslanan iş üçün normal bir mühitin meydana gəlməsinə kömək etməyəcək", - deyə A.Naqdalyan fikrini yekunlaşdırıb.

Maraqlıdır ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov E.Məmmədyarovun Moskvada keçirilən görüşdə 2016-cı ildə irəli sürülən təkliflərin müzakirə olunduğunu bəyan etməsini təkzib etməyib: “Səhv etmirəmsə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonrakı müsahibələrinin birində xatırladıb ki, bu təkliflər müzakirə olunub. Buna görə mənim burada nəsə əlavə etməyə sözüm yoxdur”.
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
"Səs" qəzeti 29 yaşını qeyd edir
İranlı generalı öldürülməsinə niyə yas saxlamalıyıq?
Xəbər lenti
18/01/2020 [23:59]:
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
18/01/2020 [22:33]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18/01/2020 [21:17]:
Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilir
18/01/2020 [20:53]:
Futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb
18/01/2020 [19:23]:
Tramp İraq prezidenti ilə görüşəcək
18/01/2020 [18:40]:
"Mançester Siti" məni istefaya göndərməyincə, heç yerə getməyəcəm”
18/01/2020 [17:34]:
Rusiyada hökumət dəyişikliyi - Bakı ilə münasibətlərə təsiri olacaqmı?
18/01/2020 [16:45]:
İran Səudiyyə ilə barışmaq istəyir - Pakistan təsdiqlədi
18/01/2020 [15:30]:
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
18/01/2020 [14:41]:
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
18/01/2020 [14:22]:
ABŞ İran generalına sanksiya tətbiq edib
18/01/2020 [13:49]:
50 silahlı məhv edilib
18/01/2020 [13:19]:
Çində yeni pnevmoniyaya yoluxanların sayı 45 nəfərə çatıb
18/01/2020 [13:09]:
Nəsimi rayonunda 20 Yanvar facəsinə həsr olunmuş tədbirlər keçirilir
18/01/2020 [12:52]:
Növbəti qlobal böhran gözlənilir
18/01/2020 [12:21]:
İnsultun qarşısını almaq məqsədilə implant hazırlandı
18/01/2020 [11:51]:
Paytaxtda video bağlantılı bankomatlar quraşdırılıb
18/01/2020 [11:14]:
Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilib
18/01/2020 [10:47]:
Musiqili Teatrda “İstintaq” olacaq
18/01/2020 [10:00]:
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
17/01/2020 [23:59]:
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
17/01/2020 [22:34]:
ATƏT PA-nın qış sessiyasının vaxtı müəyyənləşib
17/01/2020 [21:28]:
"Keşlə" Almaniya klubuna məğlub olub
17/01/2020 [20:53]:
Angela Merkel: “Haftarın Liviyada atəşkəsə razılaşması yaxşı xəbərdir”
17/01/2020 [19:16]:
İsrail Həmas qruplaşmasının Qəzzadakı mövqelərinə hücum edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yer kürəsinin ən qeyri-adi yerləri
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
"Zirə" və "Sabah" yoxlama matçlarında məğlub olublar
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin