İlham Əliyev Qaraçuxurda yenidən qurulan Neftçilər parkında

18/04/2019 [14:26] - Siyasət (308)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

Qeyd edildi ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Sonra dövlətimizin başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət etdilər.

Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq “Stella” quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

Əhalisinin sayı 89 min nəfər olan Qaraçuxur Suraxanı rayonunun qədim qəsəbələrindən biridir. Bu parkın müasir səviyyədə yenidən qurulması qəsəbə sakinləri ilə yanaşı, paytaxtımıza gələn qonaqların da asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq yeni park, istirahət məkanları salınır, mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər bir daha göstərir ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter almaqla yüksək keyfiyyətlə icra olunur.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsində, onların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Paytaxtda yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması geniş vüsət alıb. Suraxanı rayonunun ərazisində yenidən qurulan bu istirahət məkanı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. (AzərTAc)
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
"Səs" qəzeti 29 yaşını qeyd edir
İranlı generalı öldürülməsinə niyə yas saxlamalıyıq?
Xəbər lenti
18/01/2020 [22:33]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18/01/2020 [21:17]:
Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilir
18/01/2020 [20:53]:
Futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb
18/01/2020 [19:23]:
Tramp İraq prezidenti ilə görüşəcək
18/01/2020 [18:40]:
"Mançester Siti" məni istefaya göndərməyincə, heç yerə getməyəcəm”
18/01/2020 [17:34]:
Rusiyada hökumət dəyişikliyi - Bakı ilə münasibətlərə təsiri olacaqmı?
18/01/2020 [16:45]:
İran Səudiyyə ilə barışmaq istəyir - Pakistan təsdiqlədi
18/01/2020 [15:30]:
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
18/01/2020 [14:41]:
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
18/01/2020 [14:22]:
ABŞ İran generalına sanksiya tətbiq edib
18/01/2020 [13:49]:
50 silahlı məhv edilib
18/01/2020 [13:19]:
Çində yeni pnevmoniyaya yoluxanların sayı 45 nəfərə çatıb
18/01/2020 [13:09]:
Nəsimi rayonunda 20 Yanvar facəsinə həsr olunmuş tədbirlər keçirilir
18/01/2020 [12:52]:
Növbəti qlobal böhran gözlənilir
18/01/2020 [12:21]:
İnsultun qarşısını almaq məqsədilə implant hazırlandı
18/01/2020 [11:51]:
Paytaxtda video bağlantılı bankomatlar quraşdırılıb
18/01/2020 [11:14]:
Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilib
18/01/2020 [10:47]:
Musiqili Teatrda “İstintaq” olacaq
18/01/2020 [10:00]:
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
17/01/2020 [23:59]:
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
17/01/2020 [22:34]:
ATƏT PA-nın qış sessiyasının vaxtı müəyyənləşib
17/01/2020 [21:28]:
"Keşlə" Almaniya klubuna məğlub olub
17/01/2020 [20:53]:
Angela Merkel: “Haftarın Liviyada atəşkəsə razılaşması yaxşı xəbərdir”
17/01/2020 [19:16]:
İsrail Həmas qruplaşmasının Qəzzadakı mövqelərinə hücum edib
17/01/2020 [18:44]:
Zahir Əzəmət: "Bu köhnə tərkiblə nə seçki, nə də islahat aparmaq olar"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yer kürəsinin ən qeyri-adi yerləri
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
"Zirə" və "Sabah" yoxlama matçlarında məğlub olublar
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin