Gəncədə futbol akademiyası açılacaq

17/04/2019 [13:22] - İdman (154)



AFFA Tovuzdan sonra Gəncədə də futbol akademiyası açacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov "Kəpəz TV"yə açıqlamasında məlumat verib. Bir neçə gün öncə qərb bölgəsinə səfər edən E. Məmmədov federasiya rəhbərliyinin artıq akademiya ilə bağlı tapşırıq verdiyini bildirib:

"Gəncədə də futbol akademiyasının yaradılmasına müvafiq tapşırıqlar verilib. Bununla bağlı bəzi hesabatlar hazırlayacağıq. Gəncədə hazırda neçə idman məktəbi fəaliyyət göstərir, stadion ərazisində infrastrukturu harada yerləşdirmək olar və bu kimi başqa məsələləri İcraiyyə Komitəsinin növbəti iclasında təqdim edəcəyik. AFFA rəhbərliyi bu tapşırığı verib və çalışacağıq ki, göstərişləri yerli icra hakimiyyəti ilə birgə qısa zamanda yerinə yetirək".

Daha sonra stadionun iki il öncə yenilənən əsas meydançasını nəzərdən keçirən baş katib şəhərin ən böyük futbol arenasının tezliklə təmir olumasını arzuladıqlarını dilə gətirib: “Təbii ki, biz də istəyərdik ki, stadion təmir olunsun və ümid edirik ki, yaxın gələcəkdə bu olacaq. Amma o vaxta qədər dövlətin dəstəyi ilə məşq meydançaları inşa olunacaq. Növbəti mövsümdən öncə bu meydançalar fəaliyyətə başlayacaq”.

E. Məmmədov “Kəpəz”in növbəti mövsümdə Premyer Liqaya buraxılması məsəlinə də toxunub: "Kəpəz” 3 il öncə Premyer Liqada çıxış etdi və uğurlu nəticə göstərdi. Hətta avrokuboklarda da ilkin mərhələdə oynadı. Bu, sevindirici haldır. Amma indi nəsə etmək istəsək, təməldən etməliyik. Yəni, bütün yaş qruplarında komandaların olmasını nəzərə almalıyıq. Bu, çox önəmlidir. Biz də istərdik ki, “Kəpəz” Premyer Liqada iştirak etsin. Lakin bütün şərtlərə cavab vermək lazımdır ki, sağlam, təməlli klub olaraq fəaliyyət göstərsin”.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
18/09/2019 [23:58]:
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18/09/2019 [22:43]:
Almaniya Səudiyyə Ərəbistanına qarşı silah embarqosunun müddətini uzadıb
18/09/2019 [21:44]:
10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
18/09/2019 [20:26]:
Həbsxana rəisi rüşvətə görə həbs olunub
18/09/2019 [19:31]:
Özbək ulduzlar Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Bakıda
18/09/2019 [18:46]:
"Qoşulmama Hərəkatına sədrliyi Azərbaycana ötürəcəyik"
18/09/2019 [18:27]:
17 nəfəri ildırım vurub
18/09/2019 [17:53]:
Tehran – İstanbul dəmir yolu marşrutunun açılması ilə bağlı razılıq əldə olunub
18/09/2019 [17:36]:
Xalqının taleyini yaşayan dahi
18/09/2019 [17:22]:
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günü start götürüb
18/09/2019 [16:50]:
Antibiotiklərin satışına nəzarət artırılsın - TƏKLİF
18/09/2019 [16:35]:
Dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsait arta bilər
18/09/2019 [16:20]:
Əli Əhmədov: "XX əsrin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” olub"
18/09/2019 [15:51]:
Dizel bahalaşıb
18/09/2019 [15:28]:
Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri artıb
18/09/2019 [15:14]:
Milli Konservatoriyada Milli Musiqi Günü qeyd edilib
18/09/2019 [14:48]:
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib
18/09/2019 [14:31]:
Onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılması təklif olunub
18/09/2019 [14:18]:
Monitorinq insidentsiz başa çatıb
18/09/2019 [13:50]:
Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər
18/09/2019 [13:47]:
30 min ağacın əkilməsini nəzərdə tutulan ağacəkmə kampaniyasına start verilib
18/09/2019 [13:38]:
“Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı maarifləndirmə tədbiləri keçirilib
18/09/2019 [13:37]:
Azərbaycan güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
18/09/2019 [13:15]:
Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18/09/2019 [13:12]:
İran ABŞ-a nota verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Bakıda Data Jurnalistikası kursu keçirildi
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin