Ölkədə istismara qəbul olunmamış çoxmənzilli binaların sayı açıqlandı

16/04/2019 [21:37] - İqtisadiyyat (234)



Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı görülmüş işlərin, habelə qarşıya çıxan problemlərin müzakirəsi mövzusunda müşavirə keçirilib.

FHN-dən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov dövət başçısının 19 fevral 2019-cu il tarixində imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının əhəmiyyətindən danışıb. Ə.Əsədov xüsusilə vurğulayıb ki, vətəndaşlar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış çoxsaylı müraciətlərə cavab olaraq, ölkə başçısı növbəti dəfə humanizm nümayiş etdirərək imzaladığı bu fərmanla yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut etdi. Prezidentin köməkçisi onu da əlavə edib ki, bu Fərmanın əsas məqsədi insanların normal yaşayışının təmin edilməsidir. O, qeyd edib ki, Fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülən işlər dövlət başçısının nəzarəti altındadır.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti dəfə böyük humanistlik göstərilərək, uzun müddət istismarda olan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul olunmayan çoxmənzilli yaşayış binalarının istismara qəbulunun sadələşdirilməsi ilə bağlı 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərman imzalanıb. Bu Fərmanın imzalanmasının möhtərəm Prezidentin xalqımızın sosial rifahının daha da yüksəldilməsi istiqamətində atdığı növbəti mühüm addım adlandıran nazir, bu ilin martın 14-də keçirilmiş ilk müşavirəni xatırladaraq bildirib ki, ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülüb və bu proses fasiləsiz olaraq davam etdirilir. K.Heydərov vurğulayıb ki, hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binlarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir deyib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib. Binalarda müayinə işlərinin yekunlaşdığını, bunun əsasında aşkar edilən çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildirən nazir onu da əlavə edib ki, 14 binaya dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Nazir işlərin Fərmanla müəyyən olunmuş zamanda həyata keçirilməsinin və aşkar edilən çatışmazlıqların operativ aradan qaldırılmasının vacibliyini bildirib.

Müşavirədə digər qurumların rəhbərləri ötən müddətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Xəbər lenti
08/12/2019 [23:59]:
6 minə yaxın etirazçı küçələrə çıxaraq yürüş edib
08/12/2019 [22:13]:
Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək
08/12/2019 [21:45]:
Messi yeni rekord müəyyənləşdirib
08/12/2019 [20:52]:
Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb
08/12/2019 [19:44]:
4,3 bal gücündə zəlzələ olub
08/12/2019 [18:36]:
Əhali bir ildə narkotik almağa azı 30 milyard avro xərcləyir
08/12/2019 [18:14]:
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
08/12/2019 [17:43]:
Morales prezident seçkilərində partiyasının qərargahına başçılıq edəcək
08/12/2019 [17:10]:
Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib
08/12/2019 [16:30]:
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
08/12/2019 [15:52]:
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi
08/12/2019 [15:22]:
Nazirdən şok: "İranı bombalamağa hazırıq"
08/12/2019 [14:50]:
İğtişaşlarda iştirak edən 77 nəfər saxlanılıb
08/12/2019 [14:23]:
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
08/12/2019 [13:54]:
"Həzi Aslanov" metrostansiyası bağlanır?
08/12/2019 [13:43]:
“Leviafan” filmi son on ilin “Ən yaxşı filmlər”i siyahısına daxil olub
08/12/2019 [13:17]:
Sudan qoşunlarını Yəməndən çıxaracağını açıqlayıb
08/12/2019 [12:49]:
Rusiya Ukrayna ilə qaz sazişi bağlamaq üçün şərtlərini açıqlayıb
08/12/2019 [12:22]:
Futbolçular rəhbərlikdən baş məşqçini istefaya göndərməməyi xahiş ediblər
08/12/2019 [11:41]:
Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
08/12/2019 [11:21]:
ABŞ və İran girov mübadiləsi həyata keçirib
08/12/2019 [10:54]:
Təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edilib
08/12/2019 [10:00]:
"Votford"a yeni baş məşqçi təyin edilib
07/12/2019 [23:59]:
Sakinlərə həftəsonu və tətillərdə evdə ölmək qadağan edildi
07/12/2019 [22:37]:
Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Gənclərlə bağlı layihə yekunlaşdı
İş və istirahət günlərinin yeri dəyişdirilib
“Azəriqaz”da yeni təyinat olub
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Ançelotti gələn həftə qovula bilər
Hərbi qulluqçumuz vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin