Səməd Seyidov: Paşinyan Qarabağ probleminin girovuna çevrilib

16/04/2019 [20:49] - Siyasət (206)



Ermənistan hakimiyyəti, həmçinin, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ probleminin girovuna çevrilib. Bunu Paşinyanın bir müddət öncə AŞPA-dakı çıxışında tam açıq-aydın sezmək olardı, onun çıxışı, fikirləri məhz buna dəlalət edirdi.

Bunu oxu.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Mən bir dəfə qeyd etmişdim və indi də qeyd etmək istəyirəm, Paşinyan bilir ki, artıq geriyə yol yoxdur. O çox gözəl başa düşür və özü də AŞPA-dakı çıxışında dəfələrlə qeyd etdi ki, münaqişənin həll olunması mütləq lazımdır.

Münaqişənin həll olunmaması isə regionun, xüsusilə Ermənistanın gələcəyini çox böyük sual işarəsi altına qoyur”, - deyən S.Seyidovun sözlərinə görə, bununla belə, Paşinyanın çıxışından onun Ermənistanın daxilindəki şovinist, müharibə tərəfdarı olan, Dağlıq Qarabağ və ona bitişik rayonların Ermənistana birləşdirilməsini, yaxud da oyuncaq rejimi müstəqil görmək istəyən insanlardan qorxması, təhlükə içərisində olması açıq-aydın sezilirdi.

“Onun çıxışı Ermənistanı təmsil edən başqa şəxslərin çıxışlarından xeyli fərqlənirdi.

Bildiyiniz kimi, bir müddət öncə danışıqların formatının dəyişdirilməsi ilə bağlı Paşinyan tərəfindən bəyanatlar səsləndirilmişdi. Sonra beynəlxalq ictimaiyyət, Minsk qrupu, həmsədrlər, Avropa İttifaqı bu təkliflərdən imtina etdi.

Paşinyan isə indi görün nə deyir, bildirir ki, biz heç vaxt formatın dəyişdirilməsini istəməmişik, sadəcə, dəyişdirilməmiş fotmatın içərisində Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin də iştirakını istəyirik.

Yaxud Sarqsyanla Koçaryan Qarabağ sakinləri olublar, onlar həm Ermənistanı, həm də elə də Dağlıq Qarabağı təmsil ediblər və sair. Görün, nə qədər boş və ağlasığmaz məntiqdir.

Yəni onun çıxışında, fikirlərində vəziyyətdən çıxış yolu axtarmaq, vəziyyəti hansısa formada özünə uyğunlaşdırmaq istəkləri, cəhdləri özünü göstərirdi.

Bütün hallarda Ermənistan hakimiyyətinin və Paşinyanın Dağlıq Qarabağ probleminin girovuna çevrildikləri göz önündədir”, - deyə S.Seyidov əlavə edib.
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Müşavirədən daha hansı qənaətlərə gəldik? - Bəhruz Quliyev yazır
İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
Xəbər lenti
19/10/2019 [20:32]:
14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb
19/10/2019 [19:48]:
Radikal müxalifətin ikinci oktyabr iflası
19/10/2019 [18:42]:
Nazirlik: "Aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək"
19/10/2019 [17:23]:
Axtarışda olan şəxs İran-Azərbaycan sərhədini pozarkən saxlanılıb
19/10/2019 [16:53]:
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
19/10/2019 [16:33]:
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
19/10/2019 [15:48]:
Neftin qiyməti ucuzlaşır
19/10/2019 [15:22]:
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19/10/2019 [14:52]:
"Qalatasaray" "Sivasspor"u məğlub edib
19/10/2019 [14:25]:
Çilidə fövqəladə vəziyyət elan edilib
19/10/2019 [13:47]:
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19/10/2019 [13:20]:
Bakıda 15 yaşlı məktəbli qız itkin düşüb
19/10/2019 [12:53]:
Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə müraciət edib
19/10/2019 [12:51]:
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
19/10/2019 [12:43]:
Mitinqlə əlaqədar metronun bu stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır
19/10/2019 [12:31]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:43]:
2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi - Gəncədə
19/10/2019 [11:28]:
Ölkədə bu şəxslərə enerji içkilərinin satışı qadağan olunur
19/10/2019 [10:49]:
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
19/10/2019 [10:33]:
Qubada avtomobili yanıb
19/10/2019 [10:00]:
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə
18/10/2019 [23:59]:
Nazir və müavinibölgələrdə vətəndaşları qəbul edəcək
18/10/2019 [22:32]:
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18/10/2019 [21:51]:
Tramp: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"
18/10/2019 [20:44]:
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan-İran sərhədində insident - Bir sərhədçimiz yaralanıb
Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Nazir: "Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb"
Prezident Qazaxıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin