Ukrayna Azərbaycanlıları Radası təsis qurultayı keçirdi

14/04/2019 [17:01] - Gündəm (67)



Aprelin 14-də Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib.

Qurultaydan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümumilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin heykəlini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açıq elan olunan qurultayı 200 nümayəndədən 178 nəfər iştirak etdiyindən tədbir baş tutmuş elan edilib. Təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Diaspor təşkilatlarının birliyindən söz açan F.Muradov bildirib ki, ümumilikdə, bir çox ölkələrdə, sözügedən birliyə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər: “Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu”.

O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib”.

Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradılmasını qeyd edib.

“Ukraynada yaşayan azərbaycanlılar da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Ukraynanın inkişafına öz töhfələrini verirlər. İnanıram ki, Azərbaycan diasporu yeni formatda daha böyük uğurlara imza atacaq”, - deyə deputat vurğulayıb. O, çıxışında Ermənistan tərəfindən işğal olunan ərazilərimizin Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.

Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrindən danışan Ali Radanın digər deputatı Qeorqiy Meparaşvili deyib ki, yeni təşkilatlanma azərbaycanlıların effektli fəaliyyətinə təkan verəcək.

Ukrayna Mədəniyyət Nazirliyinin dinlər və millətlərlə iş departamentində milli azlıqlarla iş şöbəsinin müdiri Vladimir Xodakovskiy və digərləri UAR-a fəaliyyətində uğurlar arzulayıblar.

Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Mnatsakanyan: “Məmmədyarovla Vaşinqtonda görüşə bilərəm”
“Təbriz” kinoteatrının yerində müasir ticarət-əyləncə mərkəzi tikiləcək
“Almaniyada mənim və anamın adına bank hesabları var” - Hüseyn Abdullayev
Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü - keçmiş olsun
Aprelin 20-ə hava proqnozu
Xəbər lenti
25/04/2019 [23:23]:
Mnatsakanyan: “Məmmədyarovla Vaşinqtonda görüşə bilərəm”
25/04/2019 [22:27]:
Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılacağı yer məlum olub
25/04/2019 [21:48]:
Dollar 6 Türk Lirəsinə yaxınlaşdı
25/04/2019 [20:33]:
“Təbriz” kinoteatrının yerində müasir ticarət-əyləncə mərkəzi tikiləcək
25/04/2019 [19:14]:
“Almaniyada mənim və anamın adına bank hesabları var” - Hüseyn Abdullayev
25/04/2019 [18:26]:
Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü - keçmiş olsun
25/04/2019 [17:43]:
Aprelin 20-ə hava proqnozu
25/04/2019 [16:39]:
İTV-nin Yayım Şurasının yeni üzvüləri danışdı
25/04/2019 [16:38]:
Ermənistan generalı Rusiyadan siyasi sığınacaq istədi
25/04/2019 [16:29]:
Pambıqçılıqda 2018-ci ildə də qarşıya qoyulan məqsədə nail olunmadı - ekspert
25/04/2019 [15:51]:
Türkiyə kubokunda ilk finalçı bəlli olub
25/04/2019 [14:17]:
DİM qabiliyyət imtahanlarının şərtlərində dəyişiklər edib
25/04/2019 [13:04]:
İlham Əliyev Pekində görüşlərini davam etdirir
25/04/2019 [11:24]:
Azərbaycan nefti bahalaşır
25/04/2019 [10:41]:
Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişlədi
25/04/2019 [10:17]:
Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət etdi
24/04/2019 [23:38]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim olundu
24/04/2019 [23:29]:
“Space” telekanalı efirdə ədəbsiz ifadələrə görə cərimələndi
24/04/2019 [22:41]:
FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
24/04/2019 [21:34]:
Həsən Ruhani: ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur
24/04/2019 [20:44]:
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar - fotolar
24/04/2019 [20:18]:
Aprelin 25-ə hava proqnozu
24/04/2019 [19:07]:
Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq
24/04/2019 [18:46]:
AMEA-da kadr təyinatları olub
24/04/2019 [17:52]:
ABŞ-ın Yerevandakı səfiri “soyqırım” tədbirində erməniləri məyus etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
Bədənində 152 tikiş olan Aprel qazisi: 12 kvadratmetrlik otaqda qalırıq
Meriya 100 min insanın rahatlığını "Formula-1"ə qurban verdi - şərh
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Aprelin 20-ə hava proqnozu
İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı - yenilənib
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
“Formula 1”lə əlaqədar sabahdan Bakıda bu yollar bağlı olacaq - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin