Azərbaycan yığması Avropa çempionatında daha 3 medal qazanıb

14/04/2019 [10:19] - İdman (128)



Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlarda 5 dəst medal öz sahibini tapıb. 

ONA-nın məlumatına görə, Şaban Donatın rəhbərlik etdiyi komanda günü 1 gümüş və 2 bürünc medalla bitirib. 

Yığmamızın heyətində İslam Abbasov çempionatı ikinci yerdə başa vurub. 87 kq çəki dərəcəsində finala kimi irəliləyən pəhləvanımız çempionluq üçün ukraynalı Jan Belenyukla üz-üzə gəlib. Təmsilçimizin qarşılaşmada öndə olsa da, yekunda 1:5 hesabı ilə uduzub. 

Komandamıza digər medalı Eldəniz Əzizli (55 kq) qazandırıb. Dünya və Avropa çempionumuz 3-cü yerlə kifayətlənib. O, bürünc medal uğrunda görüşdə Şerif Kılıcı (Türkiyə) 8:0 hesabı ilə məğlub edib. 

63 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov da qitə birinciliyində fəxri kürsüyə yüksəlməyi bacarıb. Həmyerlimiz bürünc medal uğrunda Slavik Qalstyana 6:2 hesabı ilə qalib gələrək, 3-cü yeri tutub. 

Bu güləşçilərdən fərqli, Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) təsəlliverici görüşlərdə uduzublar. Güləşçilərimizi müvafiq olaraq, Arsen Culfalakyan (Ermənistan) və Aleksu Çiure (Rumıniya) məğlub edib. 

Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq. 

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərin yarışında Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb. 

Qadın güləşçilərin yarışında isə Elis Manalova (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq) və Tatyana Omelçenko (62 kq) qitə birinciliyini üçüncü yerdə bitirib. 
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
Xəbər lenti
25/06/2019 [17:59]:
Bakı Hava limanında Hindistan şousu
25/06/2019 [17:43]:
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
25/06/2019 [16:52]:
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
25/06/2019 [16:41]:
Prezident Ramil Usubovu qəbul edib
25/06/2019 [16:24]:
Robert Köçəryan yenidən həbs olundu
25/06/2019 [15:38]:
İnquşetiyanın rəhbəri istefaya gedir
25/06/2019 [14:23]:
"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı
25/06/2019 [13:07]:
İran Azərbaycanı dollardan imtina etmək üçün dilə tutur
25/06/2019 [11:42]:
Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?
25/06/2019 [10:26]:
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
24/06/2019 [23:28]:
80 dövlət əmlakı hərraca çıxarılacaq
24/06/2019 [23:26]:
Azercell-dən #Hədiyyə
24/06/2019 [22:49]:
Türkiyədə daha 32 hərbçi saxlanıldı
24/06/2019 [22:01]:
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib
24/06/2019 [21:47]:
II Avropa Oyunları: 4 cüdoçumuz bürünc uğrunda yarışacaq
24/06/2019 [20:26]:
Almaniyada iki qırıcı təyyarə toqquşub
24/06/2019 [19:33]:
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
24/06/2019 [18:58]:
Sami Yusuf Bakıya gəlib
24/06/2019 [18:41]:
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
24/06/2019 [18:09]:
İlham Əliyev 6 nəfərə genreal rütbəsi verdi - sərəncam
24/06/2019 [17:03]:
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
24/06/2019 [16:29]:
BMT ilə əmək nazirliyin birgə layihəsi
24/06/2019 [16:12]:
Polisi güvənc yerinə çevirməliyik… - Daxili İşlər naziri
24/06/2019 [15:21]:
Neft bahalaşır
24/06/2019 [14:17]:
“Ovod” filmindən tanınan aktyor vəfat edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən yeni təyinat
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
Minimum əmək haqqının artımından 950 min insan faydalanacaq - təhlil
Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq
Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər – Deputatdan sensasiyalı açıqlama
General rəisi işdən çıxardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin