Azercell-in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir

07/04/2019 [23:06] - İqtisadiyyat (174)




“I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keçirilməsinə yardım etmək istiqamətində öz fəaliyyətini uğurla davam etdirir. Bu dəfə layihə çərçivəsində Sumqayıt  və Gəncə şəhərlərinin ən uğurlu startap komandaları bəlli olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan layihə Sumqayıt və Gəncədə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Sumqayıtda Heydər Əliyev Mərkəzində keçirilən startap turuna 100-dən çox iştirakçı qatılıb. Tədbirin əvvəlində informativ sessiya keçirilib, “I2B - İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib. Daha sonra təşkilatçılar tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazar araşdırılması kimi aktual məsələləri əhatə edən təlim keçirilib. Növbəti mərhələdə iştirakçılardan ibarət komanda formalaşdırılıb və peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb. Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin qərarına əsasən “Part of me”, “Keep hot” və “Military modul” layihələri müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Sumqayıtdan sonra növbəti startap turu Gəncədə baş tutub. Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes təlimi keçirilib və iştirakçılardan ibarət komandalar formalaşdırılıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən biznes sxemləri hazırlanıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim edib və hər çıxışdan sonra layihənin müzakirəsi, interaktiv sual-cavab keçirilib. Münsiflər region üzrə 1-ci yerə “Biobone”, 2-ci yerə “Sağlam qida”, 3-cü yerə isə “P4Y” (Platform for Youth) layihəsini layiq görüblər.

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda ilk 3 yeri tutan komandalar layihədə nəzərdə tutulmuş əsas mükafatlara sahib olacaqlar. Bundan əlavə, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, sərmayələrin cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərdə iştirak etmə imkanları ilə təmin olunacaq.

Qeyd edək ki, Azercell və PAŞA Bank tərəfindən dəstəklənən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda biznes innovasiyasını artırmağa, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək verir. Fəaliyyətinin 10 illiyini qeyd edəcək mərkəzin əsas məqsədi startapların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdir.

 

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
18/09/2019 [23:58]:
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18/09/2019 [22:43]:
Almaniya Səudiyyə Ərəbistanına qarşı silah embarqosunun müddətini uzadıb
18/09/2019 [21:44]:
10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
18/09/2019 [20:26]:
Həbsxana rəisi rüşvətə görə həbs olunub
18/09/2019 [19:31]:
Özbək ulduzlar Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Bakıda
18/09/2019 [18:46]:
"Qoşulmama Hərəkatına sədrliyi Azərbaycana ötürəcəyik"
18/09/2019 [18:27]:
17 nəfəri ildırım vurub
18/09/2019 [17:53]:
Tehran – İstanbul dəmir yolu marşrutunun açılması ilə bağlı razılıq əldə olunub
18/09/2019 [17:36]:
Xalqının taleyini yaşayan dahi
18/09/2019 [17:22]:
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günü start götürüb
18/09/2019 [16:50]:
Antibiotiklərin satışına nəzarət artırılsın - TƏKLİF
18/09/2019 [16:35]:
Dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsait arta bilər
18/09/2019 [16:20]:
Əli Əhmədov: "XX əsrin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” olub"
18/09/2019 [15:51]:
Dizel bahalaşıb
18/09/2019 [15:28]:
Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri artıb
18/09/2019 [15:14]:
Milli Konservatoriyada Milli Musiqi Günü qeyd edilib
18/09/2019 [14:48]:
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib
18/09/2019 [14:31]:
Onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılması təklif olunub
18/09/2019 [14:18]:
Monitorinq insidentsiz başa çatıb
18/09/2019 [13:50]:
Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər
18/09/2019 [13:47]:
30 min ağacın əkilməsini nəzərdə tutulan ağacəkmə kampaniyasına start verilib
18/09/2019 [13:38]:
“Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı maarifləndirmə tədbiləri keçirilib
18/09/2019 [13:37]:
Azərbaycan güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
18/09/2019 [13:15]:
Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18/09/2019 [13:12]:
İran ABŞ-a nota verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Bakıda Data Jurnalistikası kursu keçirildi
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin