Bakının Baş Planını Almaniya şirkəti hazırlayacaq

12/04/2019 [22:17] - Cəmiyyət (218)



Bakının Baş Planını Almaniyanın “AS+P” şirkəti hazırlayacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Komitə Bakı şəhərinin Baş planının hazırlanması işini davam etdirir.

İki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsində görülmüş təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib.

Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilib.

Keçirilmiş açıq tender bir çox aparıcı şəhərsalma və memarlıq şirkətinin marağını cəlb edib. Dünyanın müxtəlif ölkələrini təmsil edən 20-yə yaxın iri beynəlxalq şirkət tərəfindən iştirakla bağlı tender komissiyasına müraciət olunub. İştirakçıların təkliflərinin dəyərləndirilməsi beynəlxalq təcrübə, işçi heyətinin peşəkarlığı, yanaşma tərzi, qiymət və 40-dan çox digər meyar üzrə hərtərəfli təhlil əsasında aparılıb. Tenderdə iştirak üçün müraciət etmiş şirkətlərin əvvəlki illərdə reallaşdırdıqları işlər sırasında Paris, Frankfurt, London, İstanbul, Çikaqo kimi iri şəhərlərin planlaşdırılması layihələri qeyd oluna bilər.

Qalib gəlmiş “AS+P” – qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunmuş “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə uğurla icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

Baş planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.

Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, paytaxtın sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan Bakının Baş planının vaxtında və keyfiyyətli hazırlanması məqsədilə bütün resurslarını səfərbər edib, bu prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun və aparıcı dünya təcrübəsi nəzərə alınmaqla təşkili üçün bütün səylərini əsirgəməyəcək.
Mnatsakanyan: “Məmmədyarovla Vaşinqtonda görüşə bilərəm”
“Təbriz” kinoteatrının yerində müasir ticarət-əyləncə mərkəzi tikiləcək
“Almaniyada mənim və anamın adına bank hesabları var” - Hüseyn Abdullayev
Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü - keçmiş olsun
Aprelin 20-ə hava proqnozu
Xəbər lenti
25/04/2019 [23:23]:
Mnatsakanyan: “Məmmədyarovla Vaşinqtonda görüşə bilərəm”
25/04/2019 [22:27]:
Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılacağı yer məlum olub
25/04/2019 [21:48]:
Dollar 6 Türk Lirəsinə yaxınlaşdı
25/04/2019 [20:33]:
“Təbriz” kinoteatrının yerində müasir ticarət-əyləncə mərkəzi tikiləcək
25/04/2019 [19:14]:
“Almaniyada mənim və anamın adına bank hesabları var” - Hüseyn Abdullayev
25/04/2019 [18:26]:
Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü - keçmiş olsun
25/04/2019 [17:43]:
Aprelin 20-ə hava proqnozu
25/04/2019 [16:39]:
İTV-nin Yayım Şurasının yeni üzvüləri danışdı
25/04/2019 [16:38]:
Ermənistan generalı Rusiyadan siyasi sığınacaq istədi
25/04/2019 [16:29]:
Pambıqçılıqda 2018-ci ildə də qarşıya qoyulan məqsədə nail olunmadı - ekspert
25/04/2019 [15:51]:
Türkiyə kubokunda ilk finalçı bəlli olub
25/04/2019 [14:17]:
DİM qabiliyyət imtahanlarının şərtlərində dəyişiklər edib
25/04/2019 [13:04]:
İlham Əliyev Pekində görüşlərini davam etdirir
25/04/2019 [11:24]:
Azərbaycan nefti bahalaşır
25/04/2019 [10:41]:
Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişlədi
25/04/2019 [10:17]:
Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət etdi
24/04/2019 [23:38]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim olundu
24/04/2019 [23:29]:
“Space” telekanalı efirdə ədəbsiz ifadələrə görə cərimələndi
24/04/2019 [22:41]:
FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
24/04/2019 [21:34]:
Həsən Ruhani: ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur
24/04/2019 [20:44]:
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar - fotolar
24/04/2019 [20:18]:
Aprelin 25-ə hava proqnozu
24/04/2019 [19:07]:
Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq
24/04/2019 [18:46]:
AMEA-da kadr təyinatları olub
24/04/2019 [17:52]:
ABŞ-ın Yerevandakı səfiri “soyqırım” tədbirində erməniləri məyus etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
Bədənində 152 tikiş olan Aprel qazisi: 12 kvadratmetrlik otaqda qalırıq
Meriya 100 min insanın rahatlığını "Formula-1"ə qurban verdi - şərh
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Aprelin 20-ə hava proqnozu
İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı - yenilənib
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
“Formula 1”lə əlaqədar sabahdan Bakıda bu yollar bağlı olacaq - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin