“Putin Yerevandakı gülləbaranda ittiham olunur, Kreml isə susur” - araşdırma

12/04/2019 [13:59] - Dünya (234)



“Ermənistanın hakim partiyasının üzvü, baş nazir Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryanın “27 oktyabr cinayəti açılıb. 

Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” açıqlaması əsl sensasiyadır. Ermənistanın hakim partiyasının deputatının ittihamı ciddidir. Söhbət Ermənistan parlamentinin 1999-cu ildə gülləbaran olunmasından gedir”. Bu barədə “Atlas” araşdırma mərkəzinin virtualaz.org-un redaksiyasına daxil olmuş növbəti araşdırmasında deyilir. Mərkəzin rəhbəri Azərbaycanın məşhur politoloqu Elxan Şahinoğludur.

Araşdırmada daha sonra deyilir:

“Silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetirildilər.

Birincisi, o illərdə Dağlıq Qarabağ danışıqları intensivləşmişdi. O zaman belə xəbərlər yayılırdı ki, ATƏT-in 1999-cu ildə keçiriləcək İstanbul sammitində Dağlıq Qarabağla bağlı sülh sazişi imzalana bilər. Bu sülh sazişi Rusiyadakı bəlli mərkəzlərin maraqlarına cavab vermirdi. Ona görə də Ermənistan parlamentinin gülləbaran edilməsində Rusiya izi haqqında bugünə qədər danışılır.

İkincisi, Vladimir Putin gülləbaran zamanı cəmi bir ay idi ki, baş nazir vəsifəsinə təyin edilmişdi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin hökumətin formalaşdırılmasını Federal Təhlükəsizlik Xidmətinin rəisi Vladimir Putinə tapşırmışdı. Buna baxmayaraq, Ermənistan parlamentinə hücum planı daha əvvəl hazırlana bilərdi. Çünki bu cür əməliyyatların hazırlanması xeyli zaman tələb edir. Bu o deməkdir ki, əgər Rusiyada Ermənistanda qarışıqlıq yaratmaq planı hazırlanmışdısa Putinin bundan mütləq şəkildə xəbəri var idi. Sadəcə burada iki məsələ var. Ya planı Putin özü hazırlayıb və həyata keçirilməsini şöbələrə tapşırıb, ya da o hazır olan plana razılığını verib.

Əsas sual budur: Ermənistan parlamenti gülləbaran olunmasaydı sülh sazişi imzalanacaqdımı? Belə bir ehtimal var idi. Parlamentdə öldürülənlərin əksəriyyəti sülh sazişi imzalamağa üstünlük verirdi. Bu gülləbarandan əvvəl Azərbaycan prezidentinin 3 yaxın tərəfdarı vəzifələrindən istefa verdilər. Söhbət prezidentin köməkçisi Eldar Namazov, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarovdan gedir. Bu onların birgə verdiyi qərar idi. Onlar hesab edirdilər ki, bu istefa ilə Azərbaycan üçün əlverişsiz olan sülh sazişinin İstanbulda imzalanmasının qarşısını alacaqlar. Ancaq Ermənistan parlamentinin gülləbaran olunması daha erkən olsaydı, adı çəkilən rəsmilər bəlkə də istefa verməzdilər. Çünki onsuz da Ermənistan parlamentinin gülləbaran olunması İstanbulda mümkün razılaşmanı əngəllədi.

Ermənistanın hakim partiyasının deputatının Putin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğurmalıdır. Çünki bu açıqlama Ermənistanın hansısa müxalifət partiyasının nümayəndəsindən deyil hakim partiyasının deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var. Moskvadan bu açıqlamaya görə təzyiq olsa Ermənistanın baş naziri Nikol Paşinyan ya deyəcək ki, bu onun və partiyasının mövqeyi deyil, lap böyük təzyiq olacağı halda isə bəlkə də açıqlamanı səsləndirən deputatı partiyasından və ya komitə rəhbərliyindən xaric edəcək”.
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
Nazirlik milli parklara direktor axtarır
Azərbaycanda polis əməkdaşı göldə batıb
Xəbər lenti
21/05/2019 [00:03]:
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
20/05/2019 [23:28]:
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
20/05/2019 [22:41]:
Koçaryanın cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi
20/05/2019 [21:38]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
20/05/2019 [20:23]:
Azərbaycan buğda idxalını 28% artırıb
20/05/2019 [19:37]:
Saakaşvilinin xanımı İvanişvili rejiminə son qoymağın yolunu göstərdi
20/05/2019 [18:42]:
98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
20/05/2019 [17:58]:
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
20/05/2019 [17:11]:
Nazirlik milli parklara direktor axtarır
20/05/2019 [16:49]:
Azərbaycanda polis əməkdaşı göldə batıb
20/05/2019 [16:14]:
CASCFEN Şəkidə seminar keçirib
20/05/2019 [16:01]:
Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz edir
20/05/2019 [15:47]:
Mayın 21-ə hava proqnozu
20/05/2019 [15:34]:
Qüdrət Həsənquliyev: Paşinyanın cavabı döyüş meydanında verilməlidir
20/05/2019 [15:03]:
Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi
20/05/2019 [13:59]:
“Tramp-Putin görüşü hər kəsə xeyirlidir” –Uşakov
20/05/2019 [13:07]:
İTV-dən Avropa Yayımları Birliyinə etiraz – Azərbaycan xəritəsi ilə bağlı
20/05/2019 [11:39]:
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
20/05/2019 [10:21]:
Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşdü
20/05/2019 [00:03]:
Marneulidə qeydə alınan qayda pozuntuları nəticəyə təsir etməyib - yenilənib
19/05/2019 [23:42]:
Saakaşvili tərəfdarlarını hücuma səslədi
19/05/2019 [23:29]:
"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu oldu
19/05/2019 [22:44]:
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19/05/2019 [21:11]:
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
19/05/2019 [20:59]:
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polkovnik-leytenantı təqaüdə göndərdi
Qulamhüseyn Əlibəyli: Keşikçidağ monastrını Borçalı ilə dəyişdirmək olar
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Jirinovski: "İrandan gələn milyonlarla qaçqın hər şeyi silib-süpürəcək"
Vergi generalı Əmanətlərin Sığortalanması Fondunu necə idarə edir? - təfsilat
Azərbaycan yeni alyansa daxil olur
Azərbaycanın ən riskli bankları - siyahı
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
Azərbaycanda qızıl-gümüş bahalaşıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin