AFFA şirkəti məhkəməyə verir

11/04/2019 [23:28] - İdman (329)



AFFA “Ağ şəhər”də tikilməkdə olan “Hünər qüllələri” adlanan yaşayış kompleksinin məxsus olduğu “Huner Group” şirkətini məhkəməyə vermək niyyətindədir.

Qol.az cebhe.info saytına istinadən xəbər verir ki, bu yaxınlarda sosial şəbəkələrdə yaşayış kompleksində olan futbol meydançasından çəkilən bir videoçarx paylaşılıb. Orada millimizin və “Keşlə“ klubunun  qapıçısı Kamran Ağayev də yer alıb. Bu isə ciddi narazılığa səbəb olub. AFFA reklamı çəkən şirkəti məhkəməyə verməklə hədələyib.

Məsələ ilə bağlı “Huner Group”un mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında federasiyanın onları məhkəməyə vermək istədiklərini təsdiq edib:

“Bu məsələyə görə, bizə AFFA-dan zəng eləmişdilər. Biz konkret olaraq Kamran Ağayevlə reklam xarakterli videoçarx çəkmişik. Zəng edən – AFFA-nın hüquq məsələləri üzrə əməkdaşı bildirdi ki, Kamran Ağayevin əynindəki formaya görə, reklam paylaşılan hər yerdən silinməlidir. Biz də qeyd etdik ki, bu forma bazarda satılır, almışıq və hər kəs də bundan istifadə edə bilər. Biz AFFA-nın loqosundan məqsədli şəkildə istifadə etməmişik. Federasiyanı reklam və ya antireklam da etməmişik. Hüquqşünas xanım bildirdi ki, AFFA-nın tərəfdaşı olmayan şirkətlər loqodan istifadə edə bilməzlər. Hər hansısa futbolçunu reklama çəkmək üçün onlardan icazə almalıyıq. Biz də qeyd etdik ki, bir çox futbolçulara müraciət etdik. Onlar bu məsələyə görə, AFFA-dan icazə almalı olduğumuzu dedilər. Lakin Kamran Ağayevlə əlaqə quranda bizə belə bir məsələ haqda məlumat vermədi. Artıq bu, onunla federasiya arasında olan bir problemdir. Xanım bizə bir daha xatırlatdı ki, videoçarxı silməyəcəkləri təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Biz də qanunsuz heç bir iş görmədiyimizi, istənilən dairəyə müraciət edə biləcəklərini xatırlatdıq. Onların məhkəməyə müraciət edib-etmədikləri haqda bizə məlumat verilməyib”.

Nəsimi Paşayev problemin sırf reklamdan qaynaqlanmadığını vurğulayıb:

“Mən belə düşünürəm ki, onlar Qurban Qurbanov məsələsini ortaya atıblar. Mən sizin vasitənizlə xahiş edirəm ki, bizi belə problemlərə aid eləməsinlər. Biz sadəcə bazardan forma almışıq, Kamran Ağayevə geyindirmişik və video çəkmişik. Qurban Qurbanovla, Kamran Ağayevlə bağlı məsələlərini, planlarını bizim üstümüzdən həll etməyə çalışmasınlar. Əgər qanunsuzluq etmişiksə, istənilən zaman hüquq-mühafizə orqanları qarşısında cavab verməyə hazırıq”.

Qeyd edək ki, sözügedən reklamın çəkildiyi idman zalında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun posteri var. Bəzi məlumatlara görə, posterin vurulmasına səbəb “Huner Group”un sahibi ilə Q.Qurbanov arasında münasibətlərin yaxşı olmasıdır.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
27/01/2020 [23:59]:
MDB müşahidə missiyası seçkilərin monitorinqini davam etdirir
27/01/2020 [22:17]:
BNA qanunsuz park edilmiş avtomobilləri təxliyyə edib
27/01/2020 [21:39]:
AŞPA-nın yeni prezidenti bəlli olub
27/01/2020 [20:48]:
Mahmud Abbas Donald Trampın telefonla danışmaq təklifini rədd edib
27/01/2020 [20:30]:
İqbal Ağazadənin Mehmandarov küçəsində növbəti görüşü oldu
27/01/2020 [20:26]:
İlham Əliyev “Rossiya-24” kanalına müsahibə verib
27/01/2020 [19:46]:
Tokio birjasında indekslər Çindəki koronavirusa görə azalıb
27/01/2020 [18:35]:
TAP kəmərinin tikintisi yekunlaşmaq üzrədir
27/01/2020 [17:39]:
Çin dünyada silah satışı üzrə ikincidir
27/01/2020 [16:23]:
Xəzərdə uzunluğu 51 km olan 27 küçə və yol asfaltlanıb - Ötən il
27/01/2020 [15:55]:
Gender bərabərliyi
27/01/2020 [15:49]:
ABŞ Konqresi Gürcüstana qarşı sanksiyalar hazırlayır?
27/01/2020 [14:54]:
Zərif Trampa faktlara əsaslanmağı tövsiyə edib
27/01/2020 [14:35]:
Malidə silahlılar hərbi düşərgəyə hücum edib, 19 hərbçi ölüb
27/01/2020 [14:06]:
Çingiz Qənizadə İmişlidə seçiciləri ilə bir arada
27/01/2020 [13:52]:
İlon Maskın sərvəti bir həftədə 1,7 milyard dollar artıb
27/01/2020 [13:22]:
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərli
27/01/2020 [12:45]:
Çinin Vuhan şəhərini 5 milyondan çox insan tərk edib
27/01/2020 [12:29]:
Bakıda keçirilən assambleyada Qafqazın şərab marşrutu yaradılıb
27/01/2020 [12:16]:
Karateçilərimizə ilin mükafatı təqdim edilib
27/01/2020 [11:43]:
Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb
27/01/2020 [11:14]:
İran Azərbaycanla elektron koridor üzrə müzakirələr aparır
27/01/2020 [10:51]:
İraqda etiraz aksiyaları zamanı onlarla insan xəsarət alıb
27/01/2020 [10:00]:
Çin koronavirusla bağlı vəhşi heyvanların satışını qadağan edib
26/01/2020 [23:59]:
Ukrayna prezidenti 2019-cu ildə 97 nəfəri əfv edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ötən il 1,5% artıb
Səfir: “Hindistan bu gün Azərbaycan ixracatı üçün dördüncü ən böyük bazardır”
XİN: Ermənistan XİN etnik təmizləmə siyasətini etiraf etməlidir
Polad Aslanov kimdir, kimlərə işləyir?— Azərbaycana qarşı CASUS OYUNLARI
MSK: “237 nəfər deputatlığa namizədliyini geri götürüb”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin