Rüstəm İbrahimbəyov: “İlham Əliyev sərəncam layihəsini cırıb atdı...”

11/04/2019 [11:43] - Siyasət (1163)



“Heydər Əliyevlə münasibətlərim olduqca mürəkkəb idi, bu münasibətlər o, istefa verdikdən sonra xeyli yaxşılaşdı. O, Moskvada olanda mən onunla ünsiyyət saxlayırdım və heç kim onun dönəcəyini hətta xəyal belə edə bilməzdi. Və o, geri döndükdən sonra biz bir müddət əlaqə saxladıq, o, mənim və qardaşımın yubileyində iştirak etdi. İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi".

Virtualaz.org bildirir ki, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov bunları "Dojd” telekanalına müsahibəsində deyib.

Məşhur kinorejissor Azərbaycan hökuməti ilə əlaqələrinin kəskinləşməsindən də danışıb. R.İbrahimbəyov əmindir ki, Azərbaycanda hakimiyyət öz mahiyyəti etibarilə yekcins deyil. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Bakıda onun başının üstünü təhlükə alıbmış: “Təhlükə kifayət qədər ciddi idi. Və nə vaxt ki, mən qardaşımın dəfninə gəldim, bəzi yüksək vəzifəli şəxslər dedilər: "Ah, bizim hakimiyyət necə də humanistdir, biz İbrahimbəyova dəfnə gəlməyə icazə verdik". Mən, təbii ki, onlara güldüm. Yəni başqa yerlərdə olduğu kimi, Azərbaycanda da hakimiyyət yekcins deyil. Orada çox radikal güclər var, hansılar ki, axırıncı dəfə, yarım il əvvəl -"Qafqaz triosu" filmimin ekranlara çıxması ilə əlaqədar mənimlə haqq-hesab çəkmək istədilər. Yarım il əvvəl elə bir KİV orqanı yox idi ki, mənə çamur atmasın”.

R. İbrahimbəyovun sözlərinə görə, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar, hətta Prezidentə müvafiq fərmanın layihəsi də təqdim olunub. Ancaq İ.Əliyev həmin fərman layihəsini, sözün hərfi mənasında, cırıb atıb: «Sizə deməliyəm ki, bu həqiqətdir, beş ay əvvəl mənim bütün titullardan və mükafatlardan məhrum edilməyim barədə prezident fərmanının layihəsi ona təqdim olunanda o. “bu biabırçılığı qurtarın” deyib və həmin layihəni cırıb atıb. Buna görə demək istəyirəm ki, orada hakimiyyət müxtəlif tərkiblidir".

R.İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirakından da danışıb. Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə, sözün müstəqim mənasında, təhrik ediblər. Və o öz keçmiş qərarına görə çox heyfsilənir: “Bütün məsələ ondadır ki, təxminən 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı çox ciddi problemlər yaranmışdı. Ziyalılar praktiki olaraq, ölkənin həyatında hansısa əhəmiyyətli bir rol oynamağı dayandırmışdılar. Mən uzun müddət hamını çağırırdım ki, belə olmaz, Azərbaycanda ziyalılar var, amma ziyalılarlar sosial təbəqə kimi yoxdur. Əvvəlcə Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandırılan bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər, amma çoxları deyirdilər ki, bu Şuraya sənə görə daxil olacağıq və daxil də oldular”.

R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz onun namizədliyini irəli sürəcəklərini bildiriblər: “Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq. Və qabaqcadan gördüyüm kimi, mənə Rusiya vətəndaşlığından vaxtında çıxmaq imkanı vermədilər. Prinsip etibarilə, bu məni çox sevindirdi. Və nəticədə mən, necə deyərlər, prezident yeri uğrunda mübarizədən çıxdım".

R. İbrahimbəyov müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Kinorejissorunun sözlərinə görə, Ermənistanda azərbaycanlılara qarşı daha çox dözümsüzdürlər, nəinki Azərbaycanda ermənilərə: "Azərbaycan ərazilərinin tutulması — bu, ağılsız, heç nə ilə bəraət qazandırılmayacaq təcavüzdür. Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal edilib, bu XX əsrdə olub".

R. İbrahimbəyov Azərbaycanda rus dilinə və Rusiyaya xüsusi, ehtiyatlı münasibət haqda da danışıb: "Azərbaycanda çoxlu rus məktəbləri var, bundan əlavə, onlar təkcə Bakıda yox, həm də rayonlarda çoxdur. Bu bir praqmatik fikirlə bağlıdır: son vaxtlara qədər bir çox azərbaycanlılar əyalətlərdən işləməyə Rusiyaya gedirdilər, buna görə onlara rus dilini bilmək lazım idi. Və rus məktəbləri Azərbaycanda istənilən başqa respublikada olduğundan daha çoxdur. Bizdə Slavyan institutu var, bizdə Moskva Dövlət Universitetinin və Moskvanın hansısa başqa ali məktəbinin filialları var”.
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Xəbər lenti
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin