Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.
92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini 9:1 yenərək, karyerasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, Şərif Şərifovun daha əvvəl Olimpiya və dünya çempionluğu var.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.