İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq

10/04/2019 [11:46] - İqtisadiyyat (318)



Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində “SOCAR Aviation” markası ilə qalib gəlib.

Şirkətdən Trend-ə verilən məlumata görə, “SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan 5 il müddətində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəklərini bildirib. “SOCAR Türkiye” İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə “SOCAR Aviation” markası ilə qalib gəlib. İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.

M.Ərdoğan “SOCAR Türkiye”nin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini də bildirib: “Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60 faizini qarşılayacağı gözlənilir. Hava limanı və Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız “SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”.

SOCAR-ın törəmə şirkəti olan STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan M.Ərdoğan daha sonra deyib: “SOCAR Aviation” qurulduğu gündən etibarən çox səmərəli fəaliyyət göstərib, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olub. STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. “SOCAR Türkiye”nin qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”.

Qeyd edək ki, Türkiyənin aviasiya sektoruna 2013-cü ildə “SOCAR Aviation” ilə daxil olan SOCAR təyyarə yanacağı təchizatına ilk olaraq İstanbulun Sabiha Gökçen hava limanında “Pegasus” aviaşirkəti ilə böyük bir saziş imzalayaraq başlayıb. Sektorun qabaqcıl qlobal şirkətləri ilə bağladığı müqavilələrlə genişlənməyə davam eden “SOCAR Aviation” 2016-cı ildə “Türk Hava Yolları”nın Atatürk hava limanındakı yanacaq ehtiyacının bir hissəsi ilə yanaşı, İzmirin Adnan Menderes hava limanı və Bodrum hava limanını da yanacaqla təchiz etməyə başlayıb. Cari il ərzində “Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının yarısı, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı “SOCAR Aviation” tərəfindən həyata keçiriləcək.
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
Xəbər lenti
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin